16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Rusiya ən güclü silahının sınağına hazırlaşır - Foto
Tarix: 06-05-2021 13:29 | Bölmə: Slayd
Rusiya ən güclü silahının sınağına hazırlaşır

Rusiya termonüvə raketi “Satan 2” üçün üç yeni test keçirəcək.

Reyting.az
xəbər verir ki, sözügedən nüvə raketi İngiltərə böyüklüyündə bir sahəni xəritədən silə bilmək gücünə malikdir.

Son dövrlər NATO və ABŞ-la tarixin ən gərgin münasibətlərini yaşayan Rusiya xeyli diqqət çəkəcək bir addım ataraq yeni silahı ilə bağlı üç sınaq planlaşdırır.

Adını açıqlamayan mənbə “TASS” agentliyinə deyib ki, testlər, bu sınaqların 2021-ci ildəki uçuşların sınağı çərçivəsində olacaq.

İngiltərə mətbuatı yazır ki, Rusiya ordusunun “Satan 2” olaraq qiymətləndirdiyi “RS-28 Sarmat” raketi İngiltərə böyüklüyündə sahəni bir zərbə ilə xəritədən silə bilər.

“Satan 2”nin ABŞ-ın İkinci Dünya müharibəsi zamanı Yaponiyanın Hiroşima və Naqasaki şəhərlərinə atdığı nüvə-atom bombasından 2 min dəfə güclü olduğu deyilir.

İddialara görə, 16 nüvə başlığı daşımaq imkanına sahib olan “Satan 2”nin radarlardan qaçma özəlliyi də var.



Rusiyanın dövlət başçısı Vladimir Putinin göz bəbəyi kimi qoruduğu “Satan 2” raketləri paytaxt Moskvadan buraxıldığı zaman İngiltərə paytaxtı Londona çata bilir. Yəni Rusiya bu raketləri ilə Avropanın istənilən paytaxtını vurmaq imkanına malikdir.

Qeyd edək ki, Rusiya daha əvvəl raket buraxmaq və ya raket vurmaq sınaqları müsbət nəticə verdikdən sonra bu il uçuş sınaqları keçirmək planlarını açıqlayıb.

208 tonluq silah dünyanın ən güclüsü kimi qəbul edilən və 1970-ci illərdən bu yana fəaliyyətdə olan “R-36M2 Voevoda” raketlərinin yerini tutacaq. Rusiyanın yeni testlərindən sonra “Satan 2”nin 2022-ci ildə ordunun arsenalına daxil edilməsi planlaşdırılır.

V. Putin dekabr ayında “Sarmat” qitələrarası ballistik sistemlərinin tamamlanmağa yaxınlaşdığını təsdiq edib.

“TASS”-ın iddiasına görə, “Sarmat” üzərindəki işlər aktiv şəkildə davam etdirilir və hazırda proses son mərhələdədir.

Onu da xatırladaq ki, Rusiya prezidenti bundan əvvəl ABŞ sahillərində sunami yarada biləcək “Poseidon” adlı nüvə torpedosunu Şimali qütbdə test etməyə başlayıb.

Rəsmi adı “2M39” olan “Poseidon” dünyanın ən böyük torpedosu kimi qiymətləndirilir. İddia olunur ki, bu silahın ABŞ sahillərində sunami yaratmaq qabiliyyəti var.



Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}