ABŞ Yunanıstan sərhədlərinə ordu yığır: 28 min əsgər və minlərlə texnika Balkanlara daxil olur
Tarix: 06-05-2021 14:30 | Bölmə: Slayd
ABŞ Yunanıstan sərhədlərinə ordu yığır: 28 min əsgər və minlərlə texnika Balkanlara daxil olur

ABŞ Yunanıstan sərhədindəki Dədəağaca əsgər, silah və hərbi ləvazimatlar yığmaqda davam edir. ABŞ-ın “Liberty Promise” karqo gəmisi çoxlu sayda əsgər və helikopterləri əraziyə gətirib.

Reyting.az
xəbər verir ki, bu ayın sonunda ABŞ liderliyində NATO qüvvələri Balkanlarda son 30 ilin ən böyük hərbi təlimlərini keçirməyə hazırlaşır.

NATO-nun “Defender Europe-21” (Avropanın Müdafiəsi-21) hərbi təlimlərinə qatılacaq əsgər və hərbi texnika məhz bu səbəbdən Yunanıstana daşınır.

İlkin məlumatlara görə, Yunanıstana “Liberty Promise” karqo gəmisi ilə gətirilən çoxlu sayda əsgər və helikopterlər iki gün ərzində bura boşaldılacaq.



Yunan mətbuatı yazır ki, 800 hərbi avtomobil və təchizatın yük gəmisindən endirilməsi üçün işlərə dünən gecədən başlanılıb. Karqo gəmisindən boşaldılan yüklər arasında onlarla “Black Hav” və “Chinook” model hərbi nəqliyyat, 25 ədəd “Apaçi” model hücum helikopterləri də var.

Məlumat üçün qeyd edək ki, 26 ölkənin iştirakı ilə keçiriləcək “Defender Europe-21” təlimləri 27 may-2 iyun tarixlərində Balkanlarda baş tutacaq. Təlimlərə qatılacaq NATO ölkələri təchizat və texnikasının əraziyə gətirilməsinə çoxdan başlayıb. ABŞ qırıcıları artıq Yunanıstan-Türkiyə sərhəddinə enib. ABŞ Dəniz Qüvvələrinin bir hərbi gəmisi təlimlərin 5 paylama mərkəzindən biri olan Albaniyanın Dirac limanına çatıb. Böyük Britaniyanın hərbi gəmisi də limana çatmaq üzrədir.

Qardaş Türkiyənin də iştirak etdiyi hərbi təlimlərə 21 NATO ölkəsi ilə paralel hərbi ittifaqın üzvü olmayan 5 respublika da qatılır.



Hərbi təlimlərdə ən azı 28 min əsgərin iştirak edəcəyi ehtimal olunur.

Son bir ayda Rusiya Müdafiə naziri Şoyqunun “ABŞ və NATO böyük hərbi güc toplayır və sərhədimizə yaxınlaşır” mesajı da məhz bu təlimlərlə əlaqədardır. Moskvada ehtiyat edirlər ki, ABŞ və digər güclü NATO dövlətləri təlimlərdən sonra gətirdikləri son model hərbi məhsulları ərazidə saxlaya bilər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}