00:13 / 16-06-2025
İran XİN-in binası vurulub - Ölən və yaralanan var
19:08 / 15-06-2025
İranda indiyədək 128 nəfər həlak olub
16:47 / 15-06-2025
Hidayət Heydərov ilk görüşdə məğlub olub
13:19 / 15-06-2025
Sabah leysan yağacaq, güclü külək əsəcək
13:10 / 15-06-2025
Şıx çimərliyində iki nəfər boğulub - Video
12:59 / 15-06-2025
Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - Fotolar
10:00 / 15-06-2025
Mehriban Əliyeva Mlli Qurtuluş Günü ilə bağlı fotolar paylaşıb
09:14 / 15-06-2025
Vəhdət Partiyasının sədri dəyişib - Fotolar
08:50 / 15-06-2025
İranın zərbəsindən sonra İsraildə tədqiqat mərkəzi yanıb
00:49 / 15-06-2025
İlham Əliyev Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - Foto
00:16 / 15-06-2025
İranda daha bir general həlak olub
00:07 / 15-06-2025
Bu gün Milli Qurtuluş Günüdür
20:24 / 14-06-2025
Ərdoğan İlham Əliyevə zəng edib
19:00 / 14-06-2025
AZAL uçuşların sayını artırır
18:57 / 14-06-2025
İlham Əliyev krala məktub göndərib
18:19 / 14-06-2025
İranın 20-dən çox komandanı zərərsizləşdririlib
18:07 / 14-06-2025
Lənkəranda yeniyetmə dənizdə boğulub
17:50 / 14-06-2025
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
16:01 / 14-06-2025
Ceyhun Bayramov Hakan Fidanla telefonda danışıb
15:09 / 14-06-2025
Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar
14:29 / 14-06-2025
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
13:32 / 14-06-2025
Hikmət Hacıyev: "Azərbaycan Avropa İttifaqı və Çin arasında vacib birləşdirici tərəfdir"
12:36 / 14-06-2025
Sabah yağış yağacaq
11:49 / 14-06-2025
İranın Baş Qərargah rəisinin iki müavini həlak olub
08:51 / 14-06-2025
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur - Fotolar
08:07 / 14-06-2025
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
07:38 / 14-06-2025
Bu gün orta məktəblərdə “Son zəng” çalınacaq
23:40 / 13-06-2025
Putin Pezeşkian və Netanyahu ilə telefon danışıqları aparıb
13:40 / 11-06-2025

08:07 / 14-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

07:17 / 12-06-2025

07:23 / 13-06-2025

21:06 / 11-06-2025

17:06 / 13-06-2025

22:53 / 11-06-2025

21:38 / 12-06-2025

18:49 / 13-06-2025

15:00 / 11-06-2025

Hökumət ali məktəblərin ciddi problemini həll etmir
Tarix: 18-09-2017 12:33 | Bölmə: Slayd

Gələcəyin mütəxəssisləri müasir dövr üçün əhəmiyyətini itirmiş və oğurluq dərsliklərin ümidinə qalıb; Dərs vəsaiti çatışmazlığından ən çox əziyyət çəkən Tibb Universitetinin tələbələridir
Hər ilin 15 sentyabrı Azərbaycanda Bilik günüdür. Bu gün orta və ali məktəblər qapılarını Azərbaycanın gələcəyi olan uşaq və gənclərin üzünə açıb, onları bağrına bassa da, bu sahədəki ciddi problemlərdən biri həllini tapmır.
Doğrudur, əvvəlki illərlə müqayisədə orta məktəblərin problemləri bir neçə istisnaları çıxmaq şərtilə, həll edilib. Həllini tapan problemlər sırasında yeni məktəb binalarının tikilməsi, ən əsası, dərs vəsaiti ilə təminat məsələsi qeyd edilməlidir. Büdcə vəsaitləri hesabına şagirdlərimiz pulsuz dərsliklərlə təmin olunur ki, bu da valideynləri həm də əlavə vəsait sərfiyyatından azad edir.
Yeri gəlmişkən qeyd edək ki, bu il ölkəmizdə 71 məktəb binası inşa edilib. Həmin məktəblərdən 61-i modul tiplidir. İlin sonunadək 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəzlənməsi nəzərdə tutulur.
İl ərzində 12 məktəb binası əsaslı, 484 məktəb binası cari təmir edilib. 1 peşə, 1 uşaq-gənclər, 1 tədris-idman mərkəzi yeni tikilib. 3 ali təhsil müəssisəsinin kampusu və korpusu tikilib, əsaslı təmir olunub.
Ən əsası, 2017/2018-ci tədris ilinə ölkənin dövlət ümumtəhsil məktəbləri üçün ümumilikdə 241 adda 4563416 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunaraq, yerlərə çatdırılıb.
Əsas məsələlərdən biri də orta məktəb dərslikləri ilə bağlı sosial şəbəkələrdə ictimai müzakirələrin aparılmasıdır. Belə müzakirələr gələcəkdə keyfiyyətsiz dərs vəsaitlərinin (həm məzmun, həm də tərtibat baxımından) işıq üzü görməsini əngəlləyir, bu sahənin inhisarçı buxovundan azad olmasına və dövlət vəsaitinin şəffaf xərclənməsinə qismən təkan verir. Bütün bunlar təqdirəlayiqdir.
Reyting.az saytı xəbər verir ki, hökumətin orta məktəblərə olan müsbət münasibətini ali, orta ixtisas və peşə təhsili müəssisələrinə şamil eləmək olmaz.
Dərslik çatışmazlığı orta ixtisas və peşə təhsili müəssisələri ilə yanaşı ali məktəb tələbələri üçün də ciddi problemə çevrilib.
Bəzi universitetlərdə daxili imkanlar hesabına müəyyən dərs vəsaitləri hazırlansa da, onların keyfiyyəti bir o qədər də yüksək olmur. Bəzi müəllimlər xarici ədəbiyyatlardan tərcümə edərək müəyyən dəyişikliklərlə dərslik hazırlasa da, həmin materialların əksəriyyəti müasir tələblərə cavab vermir.

Təhsil üzrə ekspert Kamran Əsədov “Reytinq” qəzetinin əməkdaşına deyib ki, hazırda ali məktəb tələbələrinin oxuduqları ixtisaslar üzrə dərslik tapmaları ciddi problemə çevrilib.
Onun sözlərinə görə, ali məktəb müəllimləri ədəbiyyat siyahısı kimi dərsliklərin adını yazdırsalar da, tələbələr mühazirələrlə kifayətlənməli olurlar. Səbəb həmin dərsliklərin çətin tapılmasıdır: “Həmin vəsaitlər ya tapılmır, ya da materiallar rus dilindədir. Rus dilində olan dərsliklərin tərcüməsində problem olduğundan yetərli məlumat əldə edə bilmirik. Əlavə məlumat əldə etmək isə müşkül məsələyə çevrilib”.
K.Əsədovun fikrincə, müasir texnologiyalardan xəbərsiz keçmişin kitabları tələbənin istəyi ilə tərs mütənasibdir. Latın qrafikası ilə yazılmış dərsliklərin əksəriyyəti isə tərcümələrdir: “Həmin tərcümələrdə qrammatik səhvlərlə yanaşı məna səhvləri də olur. Təəssüf ki, bu gün ali məktəblərdə dərsliklərin vəziyyəti ürəkağrıdıcıdır”.
Müsahibimizin iddiasına görə, dərslik problemi Azərbaycan Tibb Universitetində (ATU) özünü daha qabarıq göstərir. ATU tələbələrinin istifadə etdiyi dərsliklər 20-30 il bundan əvvələ aiddir:
“Köhnə dərsliklərdəki materiallar indiki dövrə uyğun gəlmir. Yeni xəstəliklər, dərmanlar, müalicə üsulları var axı. Biz isə, hələ də sovetdənqalma kitablardan istifadə edirik. Buna baxmayaraq, bəzi kafedralar tələbələrə məcburi kitab aldırırlar. Dərs zamanı kitabı tələbəyə verirlər ki, almalısan! İmkanı olmayan tələbələri düşünən yoxdur".
Ekspertin sözlərinə görə, universitetlərdə bəzi dərsliklər kommersiya məqsədi ilə yazılır. Tələbələr də bu kitabları almaq məcburiyyətində qalır: “Amma həmin dərsliklərdəki materiallar ya tələbələrə lazım olmur, ya da çox pis şəkildə olur. Lazımsız mövzular isə üstünlük təşkil edir. Hətta müəllimlər də bu kitabların tələbələrə lazım olmadığını deyirlər.
Biabırçı vəziyyət odur ki, bəzi hallarda eyni kafedranın bir müəllimi digər müəllimin dərsliyini bəyənmir və ya qəbul etmir. Müəllimlərin bu konflikti tələbələrə əlavə problemlər yaradır.
Rus sektorunu bitirərək ali məktəbə qəbul olmuş tələbələr də dərslik sarıdan çox əziyyət çəkirlər”.
K.Əsədov plagiat dərsliklər məsələsinə də toxunub. Ekspert deyib ki, digər problem yerli müəlliflərin yazdığı dərsliklərin keyfiyyətsiz və əksər hissəsinin plagiat olmasıdır:
“Universitetlərdəki dərsliklərin daha bir problemi məzmunların köhnə olmasıdır. Xüsusilə də texniki ixtisas dərslikləri tələbələri müasir biliklərdən uzaq salır”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov da problemlə bağlı maraqlı məqamlara toxunub.
Professor “Reytinq”in əməkdaşına deyib ki, hazırda ali təhsil müəssisələrində bir sıra problemlər var ki, bunlardan bəlkə də, həlli ən vacib olanı dərslik məsələsidir:
“Tədris prosesinin komponentləri təhsildə arzuolunan nəticəni əldə etmək üçün mühüm rol oynayır. Bu komponentlər müəllim, tələbə, tədris planı, tədris proqramı və ona uyğun yazılan dərsliklərdir. Bu komponentlərin hər hansı birinin olmaması tədris prosesinə mane olur və arzuolunan nəticəni əldə etmək mümkün olmur.
Hazırda müəllim, tələbə, tədris planı, tədris proqramı var. Lakin baxaq görək tədris planına, tədris proqramına uyğun dərsliklər varmı? Məsələn, bizim fakültəmizdə Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə 14 fənn tədris olunur. Onlardan 7-də dərslik var. Həmin ixtisas üzrə ədəbiyyatdan 12 fənn keçirilir. Bu fənlər üzrə isə cəmi 4 dərslik var.
Dilin tədrisi və ədəbiyyatın tədrisi metodikası fənləri üzrə də dərslik mövcuddur.
Son dövrlərdə, yəni müstəqillik qazanıldıqdan sonra ümumilikdə 13 dərslik, xeyli sayda dərs vəsaiti yazılıb. Bu siyahıya “Ədəbiyyat dərslərində yeni texnologiyalar; fəal interaktiv təlim” və “Nitq mədəniyyətinin əsasları” dərsliklərini də əlavə etmək olar”.
B.Xəlilovun sözlərinə görə, humanitar fənlərdən, əsasən də dilçiliklə bağlı olan fənlərdən az da olsa, dərsliklər var: “Lakin elə fənlər var ki, ümumiyyətlə, Azərbaycan dilində dərslik yoxdur. Həmin fənlərlə bağlı dərsliklər əsasən rus və ingilis dillərindədir. Bu da, daha çox Sovetlər Birliyi dövründən qalan dərsliklərdir.
Etiraf edək ki, əvvəlki illərlə müqayisədə indi rus dilini bilən tələbələr bir o qədər də çox deyil. Buna görə də, hazırkı tələbələrin həmin dərsliklərdən istifadə imkanları çox məhduddur. Bu baxımdan, bir qrup fənlər var ki, onların tədrisində müəllimin mühazirəsi aparıcı rol oynayır”.
Professor qeyd edib ki, dərslik problemini aradan qaldırmaq üçün, bəzi müəllimlər xarici ölkələrdə nəşr olunan kitabları tərcümə edərək öz adlarından təqdim edirlər. “Hesab edirəm ki, bu, yaxşı hal deyil. Bu, bizim elmimizi, alimimizi nüfuzdan salır”, - deyə B.Xəlilov fikrini tamamlayıb.
Son olaraq qeyd edək ki, çoxlarının bəlkə də ciddi qəbul etmək istəmədiyi bu problemin həlli olduqca vacibdir. Çünki ali, orta ixtisas və peşə məktəblərinin dərslik probleminin ciddi təsirləri savadsız kadrların simasında, gələcəkdə ölkəmizin ayrı-ayrı tibb müəssisələrində, istehsal, kommunikasiya və s. sahələrdə özünü daha qabarıq göstərəcək. Yaxşı olardı ki, mütəxəssislərin iştirakı ilə, hökumət səviyyəsində problem müzakirəyə çıxarılıb, həlli yolları tapılsın. Təhsil kimi strateji sahəni kiminsə oğurluq (plagiat) dərs vəsaitinin ümidinə qoymaq olmaz. Bunun ölkə həyatına vuracağı yara sağalmaz ola bilər.
Z.MƏMMƏDLİ
Bölməyə aid digər xəbərlər

Bu gün, 00:13
İran XİN-in binası vurulub - Ölən və yaralanan var
Dünən, 13:19
Sabah leysan yağacaq, güclü külək əsəcək
14-06-2025, 20:24
Ərdoğan İlham Əliyevə zəng edib
14-06-2025, 15:09
Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar
14-06-2025, 14:29
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
14-06-2025, 08:51
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur - Fotolar
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 22:31
İran İsrailə raket hücumuna başlayıb
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib