Fransada təhlükə artır - Ordu ölkəni nəzarətə götürə bilər
Tarix: 10-05-2021 13:37 | Bölmə: Slayd
Fransada təhlükə artır - Ordu ölkəni nəzarətə götürə bilər

Fransada hər rütbədən olan hərbçilərin təmsil olunduğu qurum prezident Emmanuel Makrona ölkədə vətəndaş müharibəsinin olacağını və bu baş verəcəyi təqdirdə ordunun vəziyyətə nəzarət edəcəyinə dair xəbərdarlıq edib.

Reyting.az
xəbər verir ki, hərbçilərin Fransa prezidenti Makrona son iki ayda üçüncü xəbərdarlığı “Valeurs Actuelles” dərgisində yayımlanıb.

Prezident, nazirlər, deputat və generallara xitabən yayımlanan xəbərdarlıqda “Fransanın düşmənləri ilə mübarizə aparan və 21 apreldə açıq məktuba imza atan təqaüdçü general, zabit və əsgərlərin “ölkə daxilində iqtidara problem yaradan” şəxslər kimi təqdim edilməsinə rəğmən onların yeganə qüsuru ölkəsini sevməkdir”,- ifadələrinə yer verilib.

Müraciətdə qeyd edilib ki, hərbi xidmətdə olan hər rütbəli hərbçinin qanuni tələb olaraq özlərini ifadə etməyib, səsiz qalmaqları da imkansızdır: “Aramızda bəziləri Əfqanıstanda, Mali, Orta Afrika və digər yerlərdə düşmən atəşini görüb. Bəziləri xidmət zamanı həmkarlarını itirib. Sizin torpaqlarımızda güzəştə getdiyiniz islamçılığı məhv etmək üçün onlar canlarını ortaya qoyublar”.

Müraciətdə hərbçilərin ölkədə terrorla mübarizə məqsədilə başladılan “Növbətçi əməliyyat”da iştirak etdiyi xatırladılır: “Bir neçə dini toplumun alətləşdirmək cəhdlərini gördük. Bu dini toplumlar üçün Fransa heç bir şey ifadə etmir. Hadisə, aşağılama və hətta nifrət mövzusundan başqa bir şey deyil”.

Daha əvvəl müraciət yayan təqaüdçü generalların haqlı olduğu bəyan edən açıqlamada bildirilir ki, şəhər və qəsəbələrdə zorakılıqlar görürlər: “İctimaiyyətə açıq yerlərdə və ictimai müzakirələrdə məzhəbçiliyin özünə yer tapdığı müşahidə edilir. Fransaya və tarixinə qarşı nifrətin normal hala gəldiyini görürük”.

Açıqlamada bunları deməyin hərbçilərin işi olmadığı, ancaq “peşə müşahidələrini” dilə gətirdikləri qeyd edilib. Digər ölkələrdə də müşahidə olunan qarışıqlıq və şiddətin meydana gələcəyini və bunun əsgərlərdən çox “vətəndaş qiyamı”nın nəticəsi kimi ortaya çıxacağını xatırladan bəyanatda “Vətəndaş müharibəsi başlayarsa, ordu öz torpaqlarında asayişi qoruyacaq, çünki bu, ondan tələb olunacaq”,- ifadəsinə xüsusi vurğu edilib.

Əlavə olunur ki, heç kim belə dəhşətli bir vəziyyəti tələb edə bilməz: “Təqaüdçü hərbçilər də bunu arzulamaz. Ancaq Fransada vətəndaş müharibəsi səssiz şəkildə hazırlanır və bunu çox yaxşı bilirsiniz”.

Sənəddə prezident Makron, nazir və deputatlar, eləcədə generallar hərəkətə keçməyə çağırılır.

Qeyd edək ki, Fransa Polisi Həmkarlar İttifaqının mayın 6-da etdiyi açıqlamada İsrailin Fələstin torpaqlarında tətbiq etdiyi model səbəbindən ölkəyə giriş və çıxışları məhdudlaşdırmaq məqsədilə nəzarət mərkəzlərinin yaradılmasının vacibliyinə dair hökumətə xəbərdarlıq edib.

Məlumat üçün bildirək ki, bundan əvvəl - aprelin 21-də 20 təqaüdçü general, 100-ə qədər zabit və mindən çox əsgərin yayımladığı müraciətdə ölkədə xaos olacağına dair xəbərdarlıq edilib və buna görə məsuliyyəti prezidentin daşıyacağı bildirilib.

Fransa ordusunun təqaüddə olan 16 generalı isə ölkə parlamentinə anoloji xəbərdarlıqla müraciət edib.

Bu gün ortaya çıxan sayca üçüncü müraciətdir və daha sərt ifadələr yer alıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}