16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Bir milyon insan Ermənistanı tərk edəcək - Sabiq səfir
Tarix: 11-05-2021 22:17 | Bölmə: Slayd
Bir milyon insan Ermənistanı tərk edəcək

“Hərəkət etməsəniz Nikol (Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanı nəzərdə tutur-red.) Sünik (Zəngəzur) üzərində nəzarəti Azərbaycana təhvil verəcək. Ölənlərin, yaralananların və itkin düşənlərin sayı gizlədiləcək”.

Reyting.az
xəbər verir ki, bunu Ermənistanın Vatikandakı sabiq səfiri Nikael Minasyan bəyan edib.

Keçmiş səfir iddia edir ki, Nikol Paşinyan hakimiyyəti Ermənistanı faciələrə sürükləyir:

“Ordu simvolik statusa sahib olacaq, təhlükəsizlik sistemi qonşu ölkələrin qərarlarından asılı qalacaq. Yoxsulluq artacaq, qiymətlər bahalaşacaq, dolların məzənnəsi yüksələcək. Beləcə, yeni böyük mühacirət başlayacaq, bir milyon insan Ermənistanı tərk edəcək”.

Minasyan təklif edir ki, sosial şəbəkələrdə #Antinikol Hərakatı yaransın: “Ölkəsini sevən, yaşından, cinsindən, yaşayış yerindən, peşəsindən və sosial vəziyyətindən asılı olmayaraq, təhlükəsiz və firavan bir gələcək arzusunda olan bütün ermənilər Vətənə sahib olmaq və xoşbəxt yaşamaq məqsədi ilə birləşsin. Hərakat bu xain Nikol xaricində hər kəsə açıqdır”.

Sabiq səfir əlavə edib ki, N. Paşinyan 44 günlük müharibə ərzində Ermənistanın qalib gəldiyini deyib, erməniləri aldadıb və iki saat içərisində xalqdan gizli şəkildə təslim müqaviləsi imzalayıb: “Nikol müharibədə məğlub oldu və məğlub olan hər bir lider hakimiyyətdən getməlidir.

Nikol ordunu məhv etdi. Qurbanların, itkin düşənlərin və hərbi əsirlərin sayı hələ də gizli saxlanılır. Yüzlərlə əsgərin qalıqları hələ də soyuducularda saxlanılır”.

Sabiq səfirin iddiasına görə, N. Paşinyanın komandasında Türkiyə və Azərbaycanın təsir agentləri və faktiki agentləri var:

“Nikolun dövründə malların qiyməti bir neçə dəfə artdı, Ermənistanda həyat qeyri-mümkün oldu. Əslində üç il ərzində ölkəyə ciddi bir investisiya qoyulmayıb. İqtisadi fəlakət gözlənilir.

Nikolun dövründə Ermənistanın hər ikinci sakini rəsmi olaraq kasıbdır, hər üçüncüsü isə işsizdir. Nikol Ermənistanın xarici borcunu 3 milyard dollardan çox artırdı.

Müharibə zamanı göndərilən yardım naməlum məqsədlər üçün mənimsənildi. Buna, məsələn, “Hayastan Ümumerməni” Fondu tərəfindən qanunsuz olaraq dövlət hesabına köçürülmüş “itkin” 52 milyard daxildir”.

Serj Sarksiyanın kürəkəni və Ermənistanda revanşist qüvvələrin fəallarından olan, eyni zamanda saxta ideologiya ilə erməni xalqını aldadaraq ölkənin tar-mar edilməsində rol oynamış və indi Avropada rahat yaşayan Minosyan erməniləri N. Paşinyana qarşı fəallıq göstərməyə çağırıb: “#Antinikol haştaqı və məzmunu ilə hər gün ən azı bir status paylaşın. Həqiqi və virtual mobil qruplar təşkil edin, insanlarla ünsiyyət qurun və onlara izah edin. “Nikolla gələcək yoxdur” şüarı ilə və #Antinikol haştaqı ilə bir selfie videosu çəkin, burada Nikolun hərəkətləri və onunla mümkün bir gələcəyin 5 fəlakətli nəticəsini sadalayın”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}