Laçın dəhlizinin bağlanması üçün əsas yaranır - Deputat
Tarix: 17-05-2021 16:40 | Bölmə: Slayd
Laçın dəhlizinin bağlanması üçün əsas yaranır

“Bu açıqlamadan sonra Azərbaycan Laçın dəhlizinin bağlanması ilə bağlı məsələ qaldırmalıdır. Əgər doğurdan da bu fikirlər Nikol Paşinyan tərəfindən ciddi şəkildə səsləndirilibsə, artıq Azərbaycanın Laçın dəhlizini bağlaması üçün əsas yaranır. Çünki bu, Azərbaycan üçün çox önəmli məsələlərdən biridir”.

Reyting.az
xəbər verir ki, bu sözləri Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın son açıqlamasını şərh edərkən deyib.

Məlumat üçün bildirək ki, bu gün Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib. O, iclasda bəyan edib ki, Ermənistan Respublikası heç vaxt dəhliz məsələsini müzakirə etməyib və etməyəcək.


F. Mustafa

Paşinyan iddia edib ki, keçirilən müzakirələr ictimai xarakter daşıyır.

“Demək istəyirəm ki, bölgədə kommunikasiyaların açılması siyasi gündəmimizdədir, amma bu günlərdə Azərbaycan və Ermənistanın xüsusi siyasi dairələrinin davam etdirdiyi “dəhliz” təbliğatı ilə heç bir əlaqəsi ola bilməz”, - Paşinyan bildirib.

Fazil Mustafa isə deyib ki, Azərbaycanın Laçın dəhizini verməkdə məqsədi Zəngəzur dəhlizinin açılması üçündür: “Əgər ermənilərin marağı yoxdursa, bundan imtina edirlərsə, biz, üçtərəfli bəyanatın müddəasına uyğun olaraq ya əraziyə qoşunla girib məsələni həll etməliyik, ya da Laçın dəhlizini bağlamalıyıq. Artıq burada ruslar da razılaşmanın icra edilməməsinə görə, məsuliyyət daşıyırlar. Biz onları sülhməramlı kimi bölgəyə buraxanda Zəngəzur məsələsini qoymuşuq. Hər hansı şəkildə Zəngəzur dəhlizinin açılmaması bu razılaşmanın qüvvədən düşməsi mənasına gəlir. Odur ki, bu məsələdə vacib addımlarımızı atmalıyıq. Əgər həqiqətən Paşinyan belə fikirlər işlədibsə, bu, faktiki razılaşmadan imtina deməkdir. Əgər belədirsə, bəyanat qüvvədən düşmüş sayılır və Azərbaycan addımlarında müstəqildir”.

N. Paşinyanın bu kimi açıqlamalarının Ermənistandakı seçkilərlə əlaqəli olub-olmadığına gəldikdə deputat bildirib ki, bunun əhəmiyyəti yoxdur: “Vacibi odur ki, bundan imtina edilibsə, bunun seçkiyə aidiyyatı ola bilməz. Paşinyan deyə bilərdi ki, biz bunu 3 və ya 5 ay sonra icra etməyi nəzərdə tutmuşuq. Amma “məsələni müzakirə etmirik”, - demək faktiki bizə imkan verir ki, Laçın dəhlizini bağlayaq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər