Türk kəşfiyyatının “Sofi Nurəddin” həmləsi: əməliyyatın detalları və təsiri - Fotolar
Tarix: 18-05-2021 23:18 | Bölmə: Slayd
Türk kəşfiyyatının “Sofi Nurəddin” həmləsi: əməliyyatın detalları və təsiri

Dünən hökumətin müşavirəsindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-nın sözdə hərbi qanadının yüksək səviyyəli təmsilçisi kimi tanınan və Türkiyəyə Suriyadan olan terror hücmlarına rəhbərlik edən Sofi Nurəddinin zərərləşdirdiyini açıqlamışdı.

Reyting.az
Sofi Nürəddinin son 30 ildə türk kəşfiyyatı tərəfindən öldürülən PKK-nın ən yüksək səviyyəli nümayəndəsi olduğunu bildirir. Yüzlərlə türkün öldürülməsinə rəhbərlik edən bu terrorçuya qarşı Milli Kəşfiyyat İdarəsi (MİT) və Türk Silahlı Qüvvələrinin (TSK) həyata keçirdiyi əməliyyatın detallarını təqdim edirik:

Türkiyənin İnterpol xətti ilə axtarışa verdiyi “Sofi Nurəddin” ləqəbli Haləf El Məhəmməd MİT və TSK-nın birgə əməliyyatı sayəsində mayın 8-də məhv edilib. O, PKK-nın hərbi qanadında bu günə qədər zərərləşdirilən ən yüksək səviyyəli şəxsdir.



Əməliyyat necə keçirilib?

Öncə təhlükəsizlik və kəşfiyyat qaynaqlarından əldə edilən məlumatdan ortaya çıxıb ki, Sofi Nurəddin Suriyanı tərk edib. Bunu araşdırmaq üçün Türkiyə kəşfiyyatının xüsusi qrupu yaradılıb. Terrorçunun Suriyada yaşayan ailəsi və yaxınlarını nəzarətə alan MİT Sofi Nurəddinin İraq ərazisinə keçdiyini təspit edib. PKK ilə YPG-nin ciddi bağlantı və birgə olmasını dünya ictimaiyyətindən gizli saxlanılması üçün YPG-nin Suriya lideri “vəzifəsində” olmuş Sofi Nurəddinin İraq ərazisinə keçməsinin məxfi saxlanıldığı müəyyən edilib. Aparılan kəşfiyyat işi sayəsində Sofi Nurəddinin Qəndil dağlarında uzun illərdir ki, gizlənən Murad Qarailanla birlikdə yüksək səviyyədə fəaliyyət yürütdüyü dəqiqləşdirilib. Bunun ardınca əməliyyata strat verilib. Beləcə, zərərləşdirilən Sofi Nurəddin olmasını MİT-in İraqdakı yerli qaynaqları da təsdiqləyib.

Məlumat üçün bildirək ki, Sofi Nurəddin 1990-cı illərdə PKK-ya qoşulub. 2015-2020-ci illərdə PKK, KCK-PYD/YPG-nin Suriya üzrə rəhbər nümayəndəsi olub. Suriya sərhədlərindən Türkiyəyə qarşı həyata keçirilən bütün silahlı basqınlar, fəaliyyətlərin əsas təşkilatçısı və idarəçisi Sofi Nirəddin olub. Bu şəxs TSK-nın Suriyada keçirdiyi “Zeytun Budağı” və “Fərat qalxanı” kimi əməliyyatlara qarşı terrorçuların silahlı müqavimətini təşkil edib. Məhz onun əmri ilə TSK-nın Qarada keçirilən “Pençe Qartal-2” əməliyyatı sırasında 13 türk qətlə yetirilib.



TSK və MİT-in birgə əməliyyatının əhəmiyyəti nədir?

Sofi Nurəddinin İraq ərazilərində məhv edilməsi həm də YPG-nin Suriya üzrə rəhbərinin İraq ərazisində fəaliyyət göstərməsi deməkdir. Başqa sözlə, bu əməliyyat isbat edir ki, PYD/YPG-nin PKK/KCK terror şəbəkəsinin Suriya qoludur və əslində adları fərqli olsa da, bu terror təşkilatları Türkiyəyə qarşı vahid mərkəzdən idarə olunur.

Türk kəşfiyyatının əldə etdiyi bilgilərdən belə aydın olur ki, Sofi Nurəddinin məhvi terror təkilatını idarə edənlər arasında böyük qorxuya səbəb olub. Terror təşkilatının idarə edilməsində perspektivli sayılan gənc terrorçuların üzərində xüsusi təsiri olan Sofi Nurəddinin zərərsizləşdirilməsi bu terror şəbəkəsinin sıradan çıxarılması prosesini sürətləndirəcəyinə töhvə verəcək. Məz bu səbəbdən də terror təşkilatı rəhbərliyi Sofi Nurəddinin öldürülməsini sıravi terrorçulardan gizli saxlamağa çalışır.





Bölməyə aid digər xəbərlər