Bayden-Putin görüşü: İsveçrədən səs çıxmır
Tarix: 18-05-2021 23:30 | Bölmə: Slayd
Bayden-Putin görüşü: İsveçrədən səs çıxmır

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden Cenevrədə bir görüş keçirə bilər, lakin İsveçrə hələ bu mövzuda şərh verməyib.

Reyting.az
“RİA Kremlinpool”-a istinadla xəbər verir ki, bundan əvvəl sammitlə bağlı son qərarın xarici işlər nazirləri Sergey Lavrov və Entoni Blinken arasında 19-20 may tarixlərində keçirilməsi planlaşdırılan danışıqların nəticələrindən asılı olduğu bildirilmişdi.

Reykyavikdəki görüş zamanı Lavrov və Blinken də görüşün gündəliyini müzakirə etməlidirlər.

Xatırladaq ki, bir müddət əvvəl “Politico” nəşri sammitin Helsinki, Praqa və Bakıda keçirilə biləcəyini də xəbər verib.




Bölməyə aid digər xəbərlər