Maskadan istifadənin ləğvi, toy və digər mərasimlərin təşkili qaydaları hazırlanır
Tarix: 20-05-2021 12:53 | Bölmə: Slayd
Maskadan istifadənin ləğvi, toy və digər mərasimlərin təşkili qaydaları hazırlanır

Nazirlər Kabineti yanında Operativ Qəraragah ölkəmizdə epidemioloji vəziyyəti dəyərləndirərək, karantin qaydalarının yumşaldılması tədbirləri barədə müzakirələr aparılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Məlumata görə, bununla bağlı hələ rəsmi qərar qəbul edilməyib.

Qeyd edək ki, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayevanın sözlərinə görə, açıq havada fiziki məsafə qorunmaq şərtilə maskadan istifadənin ləğvi, habelə toy və digər mərasimlərin təşkili ilə bağlı qaydalar hazırlanır. Yaxın vaxtlarda həmin qaydaların açıqlanması nəzərdə tutulur.




Bölməyə aid digər xəbərlər