23:54 / 18-06-2025
İsrail İrana "üçüncü zərbə" dalğasına başlayıb
21:33 / 18-06-2025
DİM 1 iyunda keçirilmiş qəbul imtahanının nəticəsini elan edib
21:08 / 18-06-2025
Bu gecə Bakının iki qəsəbəsində işıq olmayacaq
20:55 / 18-06-2025
İsrail İran liderinin bunkeri olan ərazini bombalayıb
19:32 / 18-06-2025
Azər Qasımlının məhkəməsi başlayıb
19:22 / 18-06-2025
Marsda güclü vulkan püskürüb
19:07 / 18-06-2025
Deputatlar daha 21 qanuna dəyişiklik edəcək - Siyahı
18:43 / 18-06-2025
MEDİA: Solovyovdan üzrxahlıq gözləyirik
18:36 / 18-06-2025
Oğuz-Qəbələ-Bakı su kəmərindəki qəza aradan qaldırılıb
17:35 / 18-06-2025
Kino şirkətinin direktoru 3 milyon dollar maaş alacaq
17:21 / 18-06-2025
Gələn həftə Məhərrəm ayı başlayır
17:17 / 18-06-2025
Kamran Əliyev üç rayona prokuror təyin edib
17:09 / 18-06-2025
ABŞ prezidenti Ukrayna rəsmilərini qəzəbləndirib
16:25 / 18-06-2025
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
16:01 / 18-06-2025
Natanz nüvə obyektində sızma var
15:37 / 18-06-2025
"Zeytun” aptekləri Tarif Şurasının qərarına tabe olmur
15:31 / 18-06-2025
İsrail Yaxın Şərqdə hegemon dövlətə çevrilir
15:21 / 18-06-2025
ASC və MMC-yə məxsus əmlaklar hərraca çıxarılacaq
14:49 / 18-06-2025
Ukrayna daha iki yaşayış məntəqəsini itirib
14:19 / 18-06-2025
Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bəlli olub
14:14 / 18-06-2025
Prezident İlham Əliyev Nataliya Kiselovanı qəbul edib - Fotolar
14:03 / 18-06-2025
Zakir Həsənov Belarusda hərbi zavodlara baş çəkib
13:48 / 18-06-2025
İsrailin İrana hücumları nəticəsində 585 nəfər ölüb
13:37 / 18-06-2025
Rus Pravoslav Kilsəsi Erməni Apostol Kilsəsinin müdafiəsinə qalxır
13:33 / 18-06-2025
Sabahın hava proqnozu açıqlanıb
13:22 / 18-06-2025
TikTok qadağası daha 90 gün təxirə salınıb
13:18 / 18-06-2025
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
13:12 / 18-06-2025
Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
12:44 / 18-06-2025
Müdafiə naziri Türkiyə-İran sərhədinə gəlib
12:34 / 18-06-2025
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
08:07 / 14-06-2025

11:37 / 16-06-2025

08:47 / 16-06-2025

22:59 / 17-06-2025

08:51 / 14-06-2025

11:06 / 16-06-2025

09:58 / 16-06-2025

14:29 / 14-06-2025

00:13 / 16-06-2025

12:35 / 16-06-2025

Bütün yollar Romaya, bəs Zəngəzur dəhlizi hara aparır?
Tarix: 20-05-2021 17:42 | Bölmə: Slayd

Mayın 18-də Rusiya Xarici işlər nazirinin müavini Andrey Rudenko İranın Moskvadakı səfiri Kazem Cəlalini qəbul edib və tərəflər Ermənistan-Azərbaycan sərhədində, o cümlədən Qara göl ərazisindəki vəziyyəti müzakirə ediblər.
Eyni gündə Xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Ermənistanla Azərbaycan arasındakı sərhədin müəyyənləşdirilməsi məsələsində vasitəçi olmağı təklif edib. “Tərəflər arasındakı ilkin razılığa əsasən, Rusiya Federasiyası sərhədlərin delimitasiyası və demarkasiyasının başlanmasına və həyata keçirilməsinə kömək edəcək”.
Lavrovun sözlərinə görə, Moskva bu məsələləri həll edəcək xüsusi Ermənistan-Azərbaycan komissiyasının məsləhətçisi kimi çıxış edəcək.
Andrey Rudenko-Kazem Cəlali görüşündən əvvəl Tehranda Ermənistanın İslam Respublikasındakı səfiri Artaşes Tumanyan Xarici işlər nazirinin müavini Möhsün Baharvənd ilə görüşüb. Yəni sərhədlərin delimitasiyası və demarkasiyası, habelə Üçtərəfli Atəşkəs Bəyanatından irəli gələn digər öhdəliklərin, o cümlədən nəqliyyat-tranzit dəhlizlərinin açılışının icrası ilə bağlı istər Rusiya, istərsə də Ermənistanın mövqeləri Tehranın qulağına çatdırılıb.
Əlbəttə, rəsmi Tehranın yaxın sərhədlərində baş verən hadisələrdən tam bilgisizliyini iddia etmək olmaz. Bununla bərabər, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadənin açıqlamasını da unutmamaq gərəkdir.
Mayın 15-də Xətibzadə bildirib ki, “İslam Respublikası son bir neçə gündə iki qonşu ölkə - Ermənistan-Azərbaycan sərhədlərində baş verən hadisələri yaxından və həssaslıqla izləyir. İran ümid edir ki, mübahisələr ən qısa zamanda, hər iki tərəfdən ehtiyatlılıq və sülh yolu ilə həll ediləcəkdir. Rəsmi Tehran bölgədəki sabitliyi və əmin-amanlığı qorumağın vacibliyini vurğulayır və hər iki tərəfi təmkinli olmağa, vəziyyəti gərginləşməməyə və iki ölkənin sərhədlərinə hörmət etməyə çağırır”.
XİN sözçüsü İranın, son mübahisələr də daxil olmaqla, iki ölkə arasındakı fikir ayrılıqlarının sülh yolu ilə həllinə töhfə verməyə, yəni vasitəçiliyə hazır olduğunu bildirib.
Azərbaycan XİN və ya İrandakı səfir Bünyad Hüseynovun son günlərdə Tehranla yenidən eyni mövzuya dair məsləhətləşmələr aparmasına dair məlumat yoxdur. Amma rəsmi Bakının mövqeyi dəfələrlə açıq şəkildə ifadə olunub.
Ümumiyyətlə, həm Azərbaycan, həm də Ermənistanla sərhədlərə malik olan İranın mövzuya marağı anlaşılandır. Üstəlik, Tehran bölgədə sərhədlərin toxunulmazlığını “qırmızı xətt” elan edərək mövqeyini çoxdan açıqlayıb. Amma Zəngəzur dəhlizi məsələsində qavrama çətinliyi hələ də qalmaqdadır.
Bu, son günlərdə Tehranda rəsmi səviyyədə dilə gətirilməsə də, müxtəlif media hesabatları və beyin mərkəzlərinin təhlili əsasında qayğılanmanı görmək mümkündür.
2021-ci il aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda İslam Respublikasını nəzərdə tutaraq bildirib: “Sərhədlə bağlı narahatlıqlara gəlincə, düşünürəm ki, bu narahatlıqlar tamamilə əsassızdır”.
O, 44 günlük müharibə və post-müharibə dövründə İran XİN təmsilçiləri ilə danışıqları xatırladıb. Üstəlik, “İran beyin mərkəzləri, vətəndaş cəmiyyəti və siyasətçilərinin həqiqəti bilməsi üçün yaxşı olacağını” vurğuladıqdan sonra əlavə edib ki, rəsmi Tehran “3+3 əməkdaşlıq formatına güclü dəstək verir ki, hazırda faktiki olaraq əsas məsələ budur. Bu, heç bir halda İranı Ermənistandan ayırmayacaq”.
Bununla belə, bəsit məlumatsızlıq, açıq qərəz və yanlış qavrama İranda bəzi beyin mərkəzlərinin Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiyası, habelə Zəngəzur dəhlizi ilə bağlı mülahizələrinə hopur.
“İrandakı mövcud seçki vəziyyəti Azərbaycan Respublikasının yeni hərbi hərəkətlərində ciddi və operativ mövqe görməməyimizə səbəb olub. 7 ay əvvəl Azərbaycan Türkiyə və sionist rejimin (oxu: İsrailin) dəstəyi ilə İslam Respublikasını qonşuları ilə rəqabətdə bəzi tranzit və geosiyasi üstünlüklərindən məhrum etməyi bacarıb. Prezident seçkiləri və diqqəti daxili siyasət məsələlərinə yetirmək bəhanəsi ilə bu mövzuda daha susmaq olmaz. Rusiya kimi ölkələrin Azərbaycanın bu təxribatçı hərəkətlərinə necə təpki verməsindən asılı olmayaraq, İran qonşusunun (oxu: Ermənistanın) milli maraqlarını təmin etməyə çalışmalıdır. Ermənistanın ərazi bütövlüyünü qorumaq üçün Qarabağdakı sülhməramlı qüvvələrinə qoşulma, həmçinin, Ermənistan Respublikası ilə 20 kilometrlik sərhədin qorunub saxlanılması üçün Ermənistanla sərhəddə və digər həssas, əlçatan coğrafi ərazilərdə ciddi hərbi mövcudluq səyləri göstərilməlidir. Ermənistan Respublikasının rəsmi tələbindən sonra bu ölkədə [İran tərəfdən] bir müşavirin olması, Orta Asiya bölgəsi və Avropa ilə əlaqəli müstəqil tranzit-nəqliyyat marşrutunu nəyin bahasına olursa-olsun açıq saxlanılması xarici siyasət rəsmiləri və hərbi qüvvələr üçün gündəmdə olan minimum tədbirlərdir”.
Bu, beynəlxalq məsələlər üzrə ekspert Ehsan Mövəhhedyanın İran XİN-ə bağlı “Diplomacy Irani” saytında əks olunan mülahizələridir və açıq şəkildə Azərbaycanın ittiham edilməsi üzərində qurulub.
Sözarası, oxşar məzmun və qayəli təhlillərin bir çoxu İsraillə antoqonist ziddiyyətlər, Türkiyə ilə bölgə təsiri rəqabəti, “möhtəşəm tarix” xiffəti, irqçi turkofobiya, erməni informasiya resurslarının hesabat qarışığı ilə qələmə alınır və eyni davakar, təhdidkar “ana xətt” izlənilir. Açıq deyim, Azərbaycan və Türkiyə mətbuatında Zəngəzur dəhlizinin Türk dəhlizi, yaxud Turan dəhlizi adlandırılması bölgədə pantürkist istəklərin reallaşdırılması kimi İranın bəzi siyasi kəsimlərində qıcıq doğurur. İlham Əliyevin “Ermənistan istəsə də, istəməsə də, “Zəngəzur dəhlizi”ni açacağıq. Ermənistan istəsə, bu məsələni daha asan həll edəcəyik. İstəməsə, zorla həll edəcəyik”,- sözləri isə son günlərdə İrəvana ünvanlanmış təhdid, Ankaranın hərbi dəstəyi ilə yeni müharibə ehtimalı, Ermənistandan İranla həmsərhəd ərazilərin qoparılması çağırışı kimi təfsir olunur. Odur ki, Tehranda yenidən və daha israrlı şəkildə “qırmızı xətlər” xatırlanır.
ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda iştirak etmiş Avrasiya Tədqiqatları İnstitutunun təmsilçisi Vəli Kaleci hələ ki Cənubi Qafqazda gedən prosesləri, müxtəlif mənbələrdən yayılan məlumatların müqayisəli təhlili ilə, nəticə çıxaran yeganə iranlı analitikdir.
“Diplomacy Irani” saytında eyni mövzudakı geniş məqaləsində o, İkinci Qarabağ müharibəsinin gedişi və nəticəsi, yaxın inkişaflar və s. ilə bağlı daha məntiqli, hissiyyatsız mülahizələr irəli sürüb. Doğrudur, müəllif Üçtərəfli Atəşkəs Bəyanatının təfsirində, Ermənistan kimi, Azərbaycanı da səhv yozumda qınayır.
İranla 750 km sərhədin 138 km-ni yenidən nəzarətinə qaytarmış Azərbaycana, ümumən Cənubi Qafqaza münasibətdə Tehranın illərlə davam edən siyasətini o bu cür səciyyələndirib:
“İranın son 30 ildə prinsipial mövqeyi həmişə Qafqaz bölgəsindəki beynəlxalq sərhədlərin dəyişdirilməməsi olub. Bu məntiqə əsasən, İran 1990-cı illərin əvvəllərindən bəri Dağlıq Qarabağ bölgəsinin müstəqilliyini tanımayıb, bu bölgəni və işğal olunmuş ətraf rayonları Azərbaycan Respublikasının suveren ərazisi sayıb. Rusiya ilə yaxın və strateji əlaqələrinə baxmayaraq, Tehran Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyini” və Krımın Rusiyaya “birləşdirilməsi”ni qəbul etməyib. Halbuki son illərdə İranın bölgədəki yaxın müttəfiqi olan Suriya həm Abxaziya, həm Cənubi Osetiyanın “müstəqilliyi”ni, həm də Krımın Rusiyaya “birləşdirilməsi”ni tanıyıb”.
Sərhədlərin delimitasiyası və demarkasiyasının yeni hərbi toqquşma ehtimalı doğuracağı və bunun məhz Azərbaycanın təhriki ilə olacağı iddiasına dair Vəli Kalecinin qeydi: “İkinci Qarabağ müharibəsi zamanı Rusiya və ümumən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Ermənistanın nəfinə hərəkətə keçməsi üçün Ermənistan Azərbaycanın Qarabağ bölgəsindən kənarda yerləşən müxtəlif şəhərlərinə raket hücumları həyata keçirib. Lakin insan və maliyyə itkilərinə, xüsusən də, Gəncə şəhərinə edilən viranedici raket hücumuna baxmayaraq, Azərbaycan hökuməti və ordusu Rusiyanın müharibəyə müdaxiləsi və Ermənistanı dəstəkləməsinin qarşısını almaqdan ötrü Ermənistan ərazisinə əks-raket həmləsindən çəkinib. Buna görə də, İkinci Qarabağ müharibəsindəki qələbədən sonra Azərbaycanın Naxçıvanı Azərbaycan Respublikasına bağlayacaq dəhliz naminə Rusiyanı və KTMT-ni hərbi qarşıdurmaya təhrik etmək istədiyinə dair fikir məntiqli deyil”.
Rəsmi Bakı İranın Azərbaycanla 750 km-lik sərhədi kimi, həm də Ermənistanla 38 km-lik sərhədinin Tehran üçün strateji əhəmiyyətini anlayır. Məcazi ada - Zəngəzur dəhlizinə gəlincə, bunun Laçın dəhlizi ilə eyni məna daşıya bilməyəcəyi fikri doğrudur. Birinci halda, söhbət heç bir halda anklav bölgəni (Naxçıvan) Azərbaycanla birləşdirəcək torpaq parçasından, Ermənistandan qoparılan ərazidən yox, Rusiya FTX-nin nəzarətində olacaq nəqliyyat-tranzit xəttindən gedir. İkinci halda isə, Dağlıq Qarabağı Ermənistana bağlayan və Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycanın suveren ərazisi nəzərdə tutulur. Bu ciddi fərqi Tehranda, nədənsə, ayırd edə bilmirlər.
İranın “mühüm tranzit-nəqliyyat üstünlüklərini itirməsi” iddialarına gəlincə, Üçtərəfli Bəyanatın 9-cu maddəsinin icrası halında belə, yəni Zəngəzur dəhlizinin yaranması halında, Vəli Kalecinin qeyd etdiyi kimi, təhlükəsizlik məntiqinə uyğun olaraq, “Azərbaycan vətəndaşları və nəqliyyat vasitələri Azərbaycan Respublikası ilə Naxçıvan arasında əlaqə üçün İran marşrutundan istifadə etməyə üstünlük verəcəklər”sə, deməli, Tehranın qayğılanması üçün ümumiyyətlə, səbəb qalmır.
Üstəlik, “Birinci Qarabağ müharibəsi nəticəsində İran Qafqaz bölgəsi ilə dəmir yolu əlaqəsi kəsilən yeganə ölkədir”, - deyən Vəli Kaleci Zəngəzur dəhlizinin İran üçün faydalarını da anlayır və onları sadalayır. “Naxçıvandan Azərbaycan Respublikasına gedən nəqliyyat yolunun (Sovet İttifaqı dövründə Cənubi Qafqazda, yəni Naxçıvan bölgəsində, Ermənistanın Sünik vilayətində, Cəbrayıl, Füzuli və Zəngilan bölgələrində mövcud dəmir yolunun) dirçəlməsi ölkəmizə qarşı təhlükə olmayacaq, əksinə, İranın dəmir yolu şəbəkəsini 30 il sonra Qafqaz bölgəsinə bağlayacaqdır. Azərbaycanın İranın içərisindən Naxçıvana tranzit yolu tamamilə kəsilsə belə, İran Qafqaz bölgəsinin dəmir yolu şəbəkəsinə qoşularsa, ölkəmiz daha geniş ticarət-tranzit maraqlarına sahib olacaq.
Culfa-Naxçıvan-İrəvan dəmir yolu marşrutu İrəvan-Mehri dəmir yolu layihəsini əvəz edə bilər. Ermənistanın cənubuna və Azərbaycan Respublikasına, Rəşt-Astara dəmir yoluna paralel olan Culfa dəmir yolu marşrutu Azərbaycan və Rusiya dəmir yolu şəbəkəsinə qoşular. Buna görə də, Qafqaz bölgəsində bu prosesi gücləndirmək və Ermənistanla Azərbaycan Respublikası arasında gərginliyin artmaması üçün bütün mümkün imkanlar istifadə olunmalıdır”.
Artıq Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan da yeni üçtərəfli müqavilənin hazırlanması anonsunu verib. Ehtimal ki, Rusiyanın vasitəçiliyi ilə sərhədlərin delimitasiya və demarkasiyası yaxın vaxtlarda başlayacaq. Lakin onun qısa müddətdə bitməsinə ümid bağlamağa dəyməz. (Azərbaycanın Gürcüstanla sərhədlərin delimitasiya və demarkasiyası (Rusiya ilə bu sahədə işlər 2012-ci ildə tamamlanıb) da hələ uzun müddət yerində sayacaq, Ermənistanla mübahisələrin bitməsini gözləyəcək).
Regionun gələcək mənzərəsinə vurulan naxışlar, şübhəsiz, bütün tərəflərin ümumi razılığını tələb edir. Vəli Kaleci kimi, Əmir İmaninin “Diplomacy Irani” saytında nəşr edilən “Bayden və erməni məsələsi” məqaləsində müxtəlif oyunçuların fərqli mövqelərinə toxunularkən, “3+3” formatlı əməkdaşlığın bəzi digər məhək daşları xatırlanır:
1. Ermənistanın Türkiyənin sərhədlərini yazılı şəkildə tanıması;
2. Ortaq Tarix Komissiyanın yaradılması ilə “erməni soyqırımı” iddialarının araşdırılması;
3. Dağlıq Qarabağ məsələsinin tam həlli.
Uzun sözün qısası, Zəngəzur dəhlizinin icrası təkcə Azərbaycan-Ermənistan münasibətlərinin gələcək rəngindən asılı deyil. Bu “dəhliz”dən yol bir çox paytaxtlara uzanır.
Əziz RZAZADƏ
Reyting.az
Bölməyə aid digər xəbərlər

Dünən, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
Dünən, 13:12
Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
Dünən, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
Dünən, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
Dünən, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
17-06-2025, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
16-06-2025, 12:35
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
16-06-2025, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
16-06-2025, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
16-06-2025, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”