İran Türkiyəni təhdid edir: İraq uğrunda savaş şiddətlənir
Tarix: 24-05-2021 11:48 | Bölmə: Slayd
İran Türkiyəni təhdid edir: İraq uğrunda savaş şiddətlənir

İrana yaxınlığı ilə seçilən Həşdi Şəbi çətiri altında olan Asaib Əhli Haq şəbəkəsinin sözçüsü əl-Rubayə İraqdakı türk hücumlarına qarşı bütün ssenarilərin masada olduğunu bəyan edib. Bildirib ki, Türkiyə ordusunun İraqdakı addımlarına hərbi qarşılıq verməyə hazırdırlar.

Reyting.az
xatırladır ki, Türk Silahlı Qüvvələrinin “Pençe Şimşək” və “Pençe İldırım” adlı əməliyyatları terror təşkilatı PKK-nın İraqın şimalında mövcud olan varlığını silmək məqsədilə həyata keçirilir. Əməliyyat ötən il başlayıb və onlarla terrorçu hava və quru əməliyyatları sayəsində zərərsizləşdirilib.

Başda Merina məntəqəsi olmaqla Avaşin, Basyan, Zap, Qara və Qəndilin bəzi bölgələrində həyata keçirilən hava və quru əməliyyatları nəticəsində 124 terrorçu öldürülüb, PKK-nın yüzlərlə hədəfi məhv edilib.

Ancaq hansısa səbəbdən bu əməliyyatlar artıq İran tərəfindən birmənalı dəstəklənən Həşdi-Şəbin uzantısı olan Asaib Əhli Haq silahlı qüvvələrini narahat etməyə başlayıb. Bu qurumun sözçüsü əl-Rubaye bəyan edib ki, regionda Türk ordusunun hücumlarına qarşı bütün ehtimallar masaya yatırılıb.

Sahib olduları qüvvələrin İraqın suverenliyini müdafiə etmək qabiliyyətində olduğunu bəyan edən sözçünün iddiasına görə, Türkiyəyə hərbi cavab verməyə hazırdırlar. O, həmçinin “İraq hökuməti Türk ordusunun hücumlarına qarşı hava müdafiə qüvvələrinin qabiliyyətini artırmalı və inkişaf etdirməlidir”,- bəyanatı ilə çıxış edib.

Məlumat üçün qeyd edək ki, ABŞ Dövlət Departamenti Asaib Əhli Haq təşkilatını bu ilin başlanğıcında “Xarici terrorçu təşkilatlar” siyahısına daxil edib.

Görünən budur ki, hazırda Türk ordusunun Şimali İraq ərazilərində terrorçulara ağır zərbələr vurması və həm də bərkiməsi əslində Həşdi-Şəbin nəzarətində olan bu qüvvəni deyil, daha çox İranı narahat edir. Bu səbəbdən də İran öz sözünü Asaib Əhli Haq təşkilatının vasitəsilə deyir. Amma bu cür terrorçu qurumların fikirləri Türkiyə üçün ciddi əhəmyyət daşımır.

Reyting.az




Bölməyə aid digər xəbərlər