İnfeksionist: “Maska taxmaq müəyyən yerlərdə ləğv olunmalıdır”
Tarix: 24-05-2021 12:32 | Bölmə: Slayd
İnfeksionist: “Maska taxmaq müəyyən yerlərdə ləğv olunmalıdır”

“Havalar istiləşir, insanlar artıq açıq havada daha çox vaxt keçirirlər. Maskada nəfəs almaq üçün müəyyən çətinliklər törədir”.

Bunu Reyting.az-a Azərbaycan Tibb Universitetinin (ATU) Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, infeksionist Vüqar Cavadzadə deyib. O insanların əksəriyyətinin küçədə maska taxmadığını, taxanların isə maskanı çənəsində saxladığını vurğulayıb:

“Açıq havada maska taxmaq öz aktuallığını itirir. Onsuz da insanlar açıq havada maskadan istifadə etmirlər. Amma insanlarımız unutmamalıdır ki, pandemiya dövrüdür, aramızda virus gəzdirənlərin sayı çoxdur və xəstəliyə yoluxa bilərlər. Digər tərəfdən, maska insanlara müəyyən fəsadlar verə və narahatlıq törədə bilir. Fikrimcə, maska taxmaq müəyyən yerlərdə ləğv olunmalıdır. Parklarda, bulvarda və insanların az toplaşdığı digər yerlərdə maska qadağasını götürmək olar. Tutaq ki, insan parkda tək gəzirsə, onun maska taxmasının elə bir önəmi yoxdur”.

İnfeksionist qeyd edib ki, bu aylarda maska taxmağın müsbət tərəfləri də var:

“Bu aylarda maska taxmağın müsbət tərəfi odur ki, müəyyən bitki toz və çiçəklərindən qorumaqla allergik xəstəliklərin qarşısını alır. Həmçinin toz-torpaqdan, havada olan müəyyən zərərli vasitələrdən qoruyur. Eyni zamanda viruslarla yanaşı, digər infeksion xəstəliklərdən də qoruyuculuğu var”.

Reyting.az




Bölməyə aid digər xəbərlər