23:54 / 18-06-2025
İsrail İrana "üçüncü zərbə" dalğasına başlayıb
21:33 / 18-06-2025
DİM 1 iyunda keçirilmiş qəbul imtahanının nəticəsini elan edib
21:08 / 18-06-2025
Bu gecə Bakının iki qəsəbəsində işıq olmayacaq
20:55 / 18-06-2025
İsrail İran liderinin bunkeri olan ərazini bombalayıb
19:32 / 18-06-2025
Azər Qasımlının məhkəməsi başlayıb
19:22 / 18-06-2025
Marsda güclü vulkan püskürüb
19:07 / 18-06-2025
Deputatlar daha 21 qanuna dəyişiklik edəcək - Siyahı
18:43 / 18-06-2025
MEDİA: Solovyovdan üzrxahlıq gözləyirik
18:36 / 18-06-2025
Oğuz-Qəbələ-Bakı su kəmərindəki qəza aradan qaldırılıb
17:35 / 18-06-2025
Kino şirkətinin direktoru 3 milyon dollar maaş alacaq
17:21 / 18-06-2025
Gələn həftə Məhərrəm ayı başlayır
17:17 / 18-06-2025
Kamran Əliyev üç rayona prokuror təyin edib
17:09 / 18-06-2025
ABŞ prezidenti Ukrayna rəsmilərini qəzəbləndirib
16:25 / 18-06-2025
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
16:01 / 18-06-2025
Natanz nüvə obyektində sızma var
15:37 / 18-06-2025
"Zeytun” aptekləri Tarif Şurasının qərarına tabe olmur
15:31 / 18-06-2025
İsrail Yaxın Şərqdə hegemon dövlətə çevrilir
15:21 / 18-06-2025
ASC və MMC-yə məxsus əmlaklar hərraca çıxarılacaq
14:49 / 18-06-2025
Ukrayna daha iki yaşayış məntəqəsini itirib
14:19 / 18-06-2025
Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bəlli olub
14:14 / 18-06-2025
Prezident İlham Əliyev Nataliya Kiselovanı qəbul edib - Fotolar
14:03 / 18-06-2025
Zakir Həsənov Belarusda hərbi zavodlara baş çəkib
13:48 / 18-06-2025
İsrailin İrana hücumları nəticəsində 585 nəfər ölüb
13:37 / 18-06-2025
Rus Pravoslav Kilsəsi Erməni Apostol Kilsəsinin müdafiəsinə qalxır
13:33 / 18-06-2025
Sabahın hava proqnozu açıqlanıb
13:22 / 18-06-2025
TikTok qadağası daha 90 gün təxirə salınıb
13:18 / 18-06-2025
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
13:12 / 18-06-2025
Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
12:44 / 18-06-2025
Müdafiə naziri Türkiyə-İran sərhədinə gəlib
12:34 / 18-06-2025
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
08:07 / 14-06-2025

11:37 / 16-06-2025

08:47 / 16-06-2025

22:59 / 17-06-2025

08:51 / 14-06-2025

11:06 / 16-06-2025

09:58 / 16-06-2025

14:29 / 14-06-2025

00:13 / 16-06-2025

12:35 / 16-06-2025

Zahid Oruc: “İnformasiya məkanında heç vaxt atəşkəs olmayacaq”
Tarix: 25-05-2021 13:04 | Bölmə: Slayd

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlametin bu gün keçirilən plenar iclasında sosial şəbəkələrdə baş verən proseslərə, “trol ordusu” və onun fəaliyyətinə toxunub, bəzi məqamları açıqlayıb.
Reyting.az xəbər verir ki, komitə sədri “trol ordusu”nun informasiya məkanımızı zəbt etdiyini bildirib.
Onun sözlərinə görə, xalqımızı məhz onlar məlumatlandırır: “Bu, çox təhlükəlidir. Tik-toklaşan media, tik-tok mədəniyyəti və min bir xırdavat ictimai şüur yaradır”.
Z. Oruc əlavə edib ki, informasiya üzərində hakimiyyəti əldən verəndə onun ağır nəticələri qaçılmaz olur: “Düşüncə terrorçularının hücumu millətə pandemiyadan da təhlükəli viruslar, qara təbliğat ötürür, vaxtilə Sovet-Amerika ideoloji müharibəsinin amansız formaları sanki təkrarlanır. Soyuq müharibə illərində belə şiddətli hücumlar və milyonlarla insanın beynini yumağa xidmət edən şəbəkə terrorunun hədəfində olmamışıq. Göbbelsin sözlərini xatırlatmalı olsaq, min dəfə təkrarlanan yalan həqiqət kimi qəbul olunur.
Son 6 ayda hər gün Qarabağda növbəti hərbi toqquşmaların, Rusiyanın hərbi paradı ətrafında ajiotajın, məmurlar arasında iqtisadi-mənefe ugrunda uydurulan parçalanmanın üzərindən insanlarımız təbliğat hücumlarına məruz qalır. Lakin təkcə bir misalın nəticəsi - 9 Mayda iddiaların gerçəkləşməməsini sorğu-sual edən yoxdur, əvəzində yeni qara təbliğatla süni, qeyri-real gerçəklik formalaşdırır, obyektiv, inanılmış xəbərlər şübhə altında qoyulur. Azərbaycana qarşı maliyyələşdirən informasiya platformalarına iqtidarı linç etmək üçün aşağıdakı tezislər ətrafında tapşırıqlar verilib:
- Dövləti şəhid ailələri üz-üzə qoyun və onun müqəddəsliyə söykənən təbliğatını ləkələyin!
- Dövləti qazilərlə qarşıdırmada qələmə verin və belə mənzərə yaradın ki, düşmənlə silahla vuruşan oğullar məmurlarla da eyni üsulla mübarizə aparmalıdır.
- Dövləti Rusiya ilə gizli işbirliyində ittiham edin və Kremldən idarə olunan iqtidar imicinə hər gün yeni cizgilər qatın.
- Ənənəvi korrupsiya mövzusu ilə hakimiyyətdə hamını oğurluqda suçlayın, qanundankənar elan edin.
- Dünyada azərbaycanlılarla bağlı baş verən istənilən neqativ hadisəni, ölən, itən, ailə draması yaşayan hər kəsi hakimiyyətlə əlaqələndirin, onların cansız varlığını, şəxsi uğursuzluqlarını iqtidarın üzərinə atıb onu dünyanın xəbər məkanında hədəfə çevirin.
- Mənəvi dəyərləri inkar edən bir xətti qabardın, ailələrin etnik, dini, siyasi və region mənsubiyyəti, cinsəl kimliyi əsasında dağılmasını tirajlayın, “mavi inqilab” üçün mühit hazırlayın!
Beləliklə, bir sıra Avropa ölkələrində Azərbaycan əleyhinə maliyyələşdirilən kanalların hibrid müharibəsinin əsaslandığı arqumentləri, miqyas və məqsədləri görmək çətin deyil. Kütləvi informasiya vasitələri adı altında kütləvi psixoz və isterika yayılır.
Halbuki, mətbuat azadlığı ilə öyünən Qərbdə “Russia Today” və “Sputnik”lə mübarizə üçün rəsmi xüsusi mərkəzlər yaradılıb və on milyonlarla vəsait informasiya məkanını qorumağa, dezinformasiyalarla mübarizəyə yönəldilib.
Gördündüyü kimi, vətəndaşlarımız həqiqi hadisələrin təsiri altında deyil, virtual dünyanın içərisinə atılmış vəziyyətdədir. Onların izlənmə sayı bunu sübut edir. Bir ayda 30 milyondan artıq baxış sayı dediklərimizi təsdiqləyir. Saxta xəbərlərin dövriyyəyə çıxmasının texnologiyası isə çox sadədir. İlk olaraq, diqqət çəkməyən şəxsi hesablarda bir iddia ortaya atılır, daha sonra həmin versiya dövlətdaxili ziddiyyət kimi qələmə verilir. Üçüncü etapda, hakimiyyət və siyasi qüvvələr, o cümlədən xalq arasında çözülə bilməyən konfliktlər gerçək faktlar kimi şəbəkə resurslarında eyni anda, müxtəlif platformalarda oxşar süjetlərlərlə gücləndirilir, bir ovuc müxalif ekspertin gündə 5-6 saat sürən debatları və translyasiyalarının baş mövzusuna çevrilir.
Beşinci mərhələdə guya böhran səviyyəsində olan problemi mütləq xarici güc mərkəzlərinin əli ilə çözmək yolları təklif olunur.
Nəhayət son etapda, problem “mövcud hakimiyyətin getməsi halında öz-özünə çözüləcək” hökmü ilə kütlələrin beyinlərinə yeridilir. Ona görə də informasiyanın silahdan da təhülkəli olduğunu hamı qəbul edir.
Dövlət korrupsioner məmurlara qarşı sərt tədbirlər görür, şəffaf idarəçilik yaratmağa çalışır, hərbi qələbələrini davam etdirərək Ermənistanın Azərbayacanın bütövlüyünü tanımağa vadar edən bir gələcək formalaşdırır, bütün bunların “qara ideologiya” daşıyıcılarına heç bir faydası yoxdur, onlar hər gün hakimiyyətin xəyanətlərindən danışmaqda davam edirlər, yüzlərlə poster, sloqan, plakat, şüar istehsal edib informasiya dövriyyəsinə atırlar.
Dövlət rəhbərinə və ailəsinə qarşı şəxsi, açıq və daimi hücumlar çirkli kampaniyanın ana xəttini təşkil edir. Ardıcıl metodlarla, aqressiv və emosional yolarla ölkə başçısının nüfuzuna xələl gətirmək üçün yüzlərlə yalan tarixçə, siyasi mifologiya uyduran Azərbaycan üzrə kuratorların, kəşfiyyat mərkəzlərinin pozucu kanallara hər gün yeni-yeni tezislər ötürdüyü faktdır. Cəmiyyətə faydalı ideyalar çıxaran istənilən insanı linç edib gözdən salaraq xaricdən asılı alternativ informasiya mühiti, ziyanlı gerçəklik təlqin olunur, daxili aqressiyanı artırmaqla, pandemiyanın və müharibənin ağır sosial-psixoloji mirasını kəskinləşdirməklə ölkəmizi beynəlxalq aləmdə yaşamaq üçün təhlükəli məkan elan edirlər. Siyasi qeyri-sabitliklə idarəetmə aparatını iflic etmək və əhalinin sosial narazılığı körükləmək üçün nəinki hər gün, hər saat, hər dəqiqə savaş gedir”.
Z. Oruc əlavə edib ki, bir yandan da ölkədaxili medianın bir qismi kütləvi oxucu axtarışında Azərbaycan və Bakı kimi müqəddəs adları klikbeyltərin, süni reytinqlərin əsiri edərək informasiya mühitimizi daha da ağırlaşdırırlar.
Onun sözlərinə görə, bir neçə başlığı Google sistemində axtarışa verin, qarşınıza çıxacaq materiallar gerçəkdən də həyacan siqnalıdır:
“Azərbaycanda şok olay” başlığı - 6 milyon 350 000; “Azərbaycanda dəhşət” - 3. 270 000, “Azərbaycanda zorlama”: 1 260 000; “Azərbaycanda rüsvayçılıq”: 210 000, “Azərbaycanda biabırçılıq”: 61 000 nəticə verir. Həmçinin, YouTube şəbəkəsində eyni sözlərlə axtarış yüzminlərlə nəticə verir. Eyni klikbeyt başlıqlar dövlətimizin paytaxtı Bakı şəhərinin adını da gözdən salır: “Bakıda şok”: 6.260 000 nəticə; “Bakıda dəhşət”: 3.720 000; “Bakıda biabırçılıq”: 1. 190 000; “Bakıda iyrənclik”: 465. 000; “Bakıda rüsvayçılıq”: 265. 000 nəticə göstərir. Digər məsələ, sosial problemlərin sensasiya naminə şişirdilərək, hökmən dövlətin adı ilə ümumiləşdirilməsi kimi yolverilməz xəbər başlığı praktikasıdır. Məsələn, “Azərbaycanda oğul atasını güllələdi”, “Azərbaycanda oğul atasını döyüb öldürdü”, “Azərbaycanda oğul atasını balta ilə öldürdü”, “Azərbaycanda həbsdən çıxan oğul ana və atasını baltaladı”, “Azərbaycanda oğul atasını polisə verdi”, “Azərbaycanda dəhşətli ailə dramı: ata qızını və arvadını öldürdü”, “Azərbaycanda ana beş uşağını atdı”, “Azərbaycanda ana 10 aylıq körpəsini boğub öldürdü”. Baxın, cəmiyyətimizi maksimalizmə elə öyrədirlər ki, sensasiya və şok olmayan hadisənin, normal xəbərin qəbulu get-gedə çətinləşir. Beləliklə, doğru xəbərin meydanını genişləndirmək, mətbuatın müstəqilliyini artırmaq və peşəkarlıq üçün mediadan uzaqlaşmış yüzlərlə insanın yerini doldurmaq gərəkdir.
Saxta informasiya ilə müharibə üzrə yeni dövlət startegiyasına ehtiyac var. Biz parlamentarilər də onun hazırlanmasında iştrak etməliyik.
İkinci Dünya müharibəsindən sonra qalib liderlər Çörçill, Ruzvelt və Stalinə qarşı hücumlar intensivləşmişdi. Azərbaycan nümunəsində də eyni vəziyyət yaranıb. Qələbəmiz bir liderin şəxsiyyətində təcəssüm etdiyi üçün İlham Əliyevin üzərinə xaricdən yönləndirilən antitəbliğat və təşviqat materillarının artdığını görməkdəyik.
Xatırladaq ki, prezident 26 fevralda dünya ilə dialoqunda 50-dən artıq mətbuat orqanı üzərindən meynstrimi özü müəyyənləşdirərkən, 44 günlük savaş dövründə xarici mediada dərc olunan yaxşı xəbərlərin, obyektiv təhlil və şərhlərin çoxluğunun onu təəccübləndirdiyini demişdi. Biz o xəbərləri çevik kommunikasiya alətləri ilə hər gün tirajlamalıyıq, demək olarsa, upakovka edib ictimai rəyə çıxarmalıyıq.
Doğru xəbərin meydanını genişləndirmək, mətbuatın müstəqilliyini artırmaq və peşəkarlıq üçün mediadan uzaqlaşmış yüzlərlə insanın yerini dodlurmalıyıq.
İkincisi, bütün teleradioların sosial şəbəkə və Youtube üzərindən audotosiyasını genişləndirməliyik. Şəbəkə mütəxəssislərini yetişdirmədən işlər getməz. Çünki çoxmilyonlu auditoriya uğrunda mübarizə əraziləri ələ keçirmək üçün aparılan silahlı döyüşlərdən daha amansız gedir.
Nəhayət, sonda böyük yazıçı Soljenitsının məhşur kəlamından - yalansız yaşamaq çağırışından çıxış edərək, indi xalqımıza düzgün, obyektiv və gələcəyini qurmağa kömək edən informasiya məkanının hava-su kimi gərəkliyini başa düşməliyik. Biz Vətən müharibəsini qazanmışıq, lakin informasiya məkanında gündəlik, bəzən dəqiqə ölçüsündə gedən hücumlarsa davam edir. Orada heç vaxt atəşkəs olmayacaq!"
Reyting.az
Bölməyə aid digər xəbərlər

Dünən, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
Dünən, 13:12
Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
Dünən, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
Dünən, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
Dünən, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
17-06-2025, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
16-06-2025, 12:35
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
16-06-2025, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
16-06-2025, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
16-06-2025, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”