ABŞ nüvə silahı istehsalına 634 milyard dollar xərcləyəcək - Fotolar
Tarix: 26-05-2021 11:45 | Bölmə: Slayd
ABŞ nüvə silahı istehsalına 634 milyard dollar xərcləyəcək

ABŞ 2030-cu ilə qədər nüvə silahı texnologiyasına 634 milyard dollar xərcləməyi planlaşdırır.

Reyting.az
xəbər verir ki, Konqresin Büdcə ofisi ABŞ-ın Müdafiə və Enerji nazirliklərinin gələcək 10 ildə nüvə silahının dəyəri və xərclərinə dair hesabat hazırlayıb.

Hesabatda “Konqresin Büdcə ofisi 2020-ci ilin fevralında təqdim edilən Pentaqon və Enerji Nazirliyinin 2021-ci il büdcə tələblərində 2021-2030-cu illərdə nüvə qüvvələri üçün hazırlanan planların ildə ortalama 60 milyard dollara, 10 ildə isə 634 milyard dollara başa gələcəyi təxmin olunur”,- ifadələri yer alıb.

Bu maliyyənin üçdə ikisinin Pentaqonun büdcəsi çərçivəsində xərclər olduğunu nəzərdə tutan hesabatda ən çox maliyyə vəsaitinin balistik sualtı raketlər və qitələrarası balistik raketlərə sərf ediləcəyi vurğulanıb.



Raporda Enerji Nazirliyi büdcəsindən nüvə qüvvələri üçün əhəmiyyətli xərcləmələrin silah laboratoriyaları və dəstək fəaliyyətlərinə gedəcəyi bildirilib.

Bundan əvvəlki hesabatla müqayisədə bu rəqəm 28 faiz çoxdur.

Qeyd edək ki, 2019-2028-ci illər üçün nüvə sisteminə dair maliyyələşmənin 494 milyard dollar olacağı təxmin edilib.

Gələcək 10 ildə gözlənilən 140 milyard dollar artımın 49 faizinin “mövcud proqnozu əhatə etdiyi 10 illlik müddətin 2019-cu il proqnozunun əhatə etdiyi müddətdən iki il sonra başlayıb bitməsindən” qaynaqlandığı, habelə 2028-2030-cu illər arasında iqtisadiyyat daxilində gözlənilən inflyasiyanı əks etdirir.

Hesabatda gözlənilən 140 milyard dollar artımın 36 faizinin 2021-2028-ci ilə qədər reallaşması nəzərdə tutulan nüvə xərcləmələri çərçivəsində Enerji və Pentaqonun modernizasiya planlarının bir qisminin artımında önəmli rol oynayacağı ilə əlaqədardır.



Reyting.az




Bölməyə aid digər xəbərlər