20 müttəfiq dövlət Rusiyaya qarşı: çoxsaylı əsgər və hərbi texnikalar səfərbər olunub
Tarix: 28-05-2021 22:55 | Bölmə: Slayd
20 müttəfiq dövlət Rusiyaya qarşı: çoxsaylı əsgər və hərbi texnikalar səfərbər olunub

NATO-nun minlərlə əsgəri, onlarla döyüş gəmisi və onlarla qırıcı təyyarəsi Atlantik okeanı, Avropa və Qara dəniz bölgəsində eyni anda hərbi təlimlərə cəlb edilib.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, “Sabit müdafiəçi 21” adlanan hərbi təlimlər hərbi alyansın üzvlərindən hər hansı birinə hücuma reaksiyanı nümayiş etdirmək məqsədi daşıyır.

Təlimlər, eyni zamanda NATO qoşunlarının Amerikadan köçürmək və tədarük xətlərini açıq saxlamaq qabliyyətini yoxlamaq üçün də sınaq məqsədi daşıyır.

Son illər Amerika və müttəfiqləri Rusiya ilə qonşu dövlətləri razı salmaq üçün Estoniya, Latviya, Litva və Polşaya qoşun və hərbi texnika yerləşdirib.

NATO-nun yüksək vəzifəli şəxslərinin də iştirak etdiyi son təlimlərdə 20 müttəfiq dövlətin ən azı doqquz min hərbçisi iştirak edir.

Ekspertlər bu təlimlərlə NATO-nun Rusiyanı deyil, Qara dəniz bölgəsini hədəfə aldığını bildirirlər.

NATO Baş katibi Yens Stoltenberq bəyan edib ki, bu təlimlərlə NATO döyüşə hazır olduğunu nümayiş etdirir: “Bu, hər hansı potensial düşmən üçün əhəmiyyətli bir siqnaldır”.

Qeyd edək ki, ötən ilin fevral ayında NATO-Rusiya danışıqları faktiki olaraq dayandırılıb. NATO rəhbərliyi bəyan edib ki, danışıqların dayandırılmasına səbəb Rusiya tərəfidir.

Rusiya Xarici işlər naziri Sergey Lavrov isə ötən həftə bəyan etmişdi ki, Rusiya belə müzakirələrdən imtina etməyib.

Münasibətlərin indiki mərhələdə korlanmasına səbəb kimi Ukrayna məsələsi göstərilir. Ehtimal olunur ki, NATO müzakirələr zamanı Ukrayna problemini qabardır, Rusiya isə bu mövzuya prioritet məsələ kimi yanaşmır.

Onu da qeyd edək ki, bir ay əvvəl Rusiya Müdafiə naziri Sergey Şoyqu NATO-nun Avropaya silah topladığını bəyan edərək münasibətlərin gərgin olması siqnalını vermişdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər