Türkiyə 15 ölkənin hərbçilərinə komandanlıq edir - Fotolar
Tarix: 01-06-2021 17:33 | Bölmə: Slayd
Türkiyə 15 ölkənin hərbçilərinə komandanlıq edir

ABŞ ordusunun “Tvitter” hesabından yayılan fotolarda NATO-nun minlərlə hərbçisinə türk zabitinin komandanlıq etdiyi ortaya çıxıb. Hərbi gəmilərini Qara dənizdə saxlayan Rusiya isə NATO-ya qarşı planlarını açıqlayıb.

Reyting.az
xəbər verir ki, bir aydır Rusiyanı gərginlikdə saxlayan NATO-nun “Avropanın müdafiəsi-2021” hərbi təlimlərinin Rumıniyada keçirilən ən böyük hərbi personalına Türkiyə komandanlıq edir.

Qeyd edək ki, 26 NATO ölkəsindən 16-nın iştirakı ilə keçirilən təlimlər çərçivəsində ilk təhlükəli hal ABŞ dronunun rus ordusuna aid hərbi gəmilərə yaxınlaşması olub. Eyni gündə ABŞ-ın Estoniyada Rusiya sərhədlərinə 100 kilometrlik məsafədə Tapa bazasında raket və artilleriya atəşi gərginliyi daha da artırıb.



Kremlə yaxın mətbuat raketlərin Rusiyaya qarşı atıldığını yazarkən, 10 minlərlə hərbçinin iştirak etdiyi NATO təlimləri 2021-ci ilin ən böyük hərbi tədbiri sayılmaqla yanaşı minlərlə kilometri əhatə edir.

NATO təlimlərində Türk ordusu da iştirak edir. Türk ordusunun təlimlərə qatılacaq personalı mayın ortalarında Rumıniyaya doğru yola çıxıb. 1356 hərbçinin və 214 hərbi avtomobilin yer aldığı karvan Rumıniyaya çoxdan çatıb. Rumıniyanın Kinku məntəqəsində 15 ölkənin iştirakı ilə icra olunan təlimlərə komandanlığı Türkiyə edir. ABŞ ordusunun rəsmi fotoqraf hesabında bununla bağlı görüntülər də yayılıb.

NATO Türk ordusunun da əhəmiyyətli rol oynadığı təlimlərin hədəfinin Rusiya olmadığını bəyan edir. NATO Baş katibinin müavini Mirkea Geoana bildirib ki, Rumıniyadan net mesaj göndərmək istəyirlər:



“2021-ci il üçün “Avropanın müdafiəsi-2021” ən böyük təlimdir. Bu təlimlər uzun müddət əvvəl planlaşdırılıb və heç bir ölkəyə qarşı deyil, müdafiə məqsədilə keçirilir. NATO olaraq müttəfiqləri və onların torpaqlarını hər cür təhdiddən qorumağa hazırıq”.

Ancaq gözlənildiyi kimi, Rusiya NATO-dan fərqli düşünür. Artıq Rusiya müdafiə naziri Sergey Şoyqu NATO təhlükəsinə qarşı ölkənin Qərb sərhədlərinə 20-ə qədər hərbi birləşmə göndərəcəyini bəyan edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər