“İnsan qəssabı” azadlığa buraxılıb - Foto
Tarix: 02-06-2021 12:19 | Bölmə: Slayd
“İnsan qəssabı” azadlığa buraxılıb

İtaliyada mafiya ilə mübarizə prokuroru Giovanni Falkona sui-qəsd edən, 14 yaşlı yeniyetməni amansızcasına qətlə yetirən, 150 cinayətdə əli olan Siciliya mafiyasının nümayəndəsi Giovanni Bruskanın əvvəlcə ömürlük həbs cəzası 25 ilə endirilib, bunun ardınca isə azadlığa buraxılıb.

Reyting.az
xəbər verir ki, Cosa Nostra mafiyasının üzvü Giovanni Bruskanın dövlətlə əməkdaşlığı əsas gətirilərək azadlığa buraxılması ölkədə qəzəblə qarşılanıb.

Xatırladaq ki, Siciliya kökənli mafiyanın üzvü olan Bruska törətdiyi cinayətlər səbəbindən “insan qəssabı” və “donuz” ləqəbi ilə tanınır.

O, 1992-ci ildə mafiya ilə mübarizə prokuroru Falkonanı, onun xanımı və 3 mühafizəçisi ilə birlikdə öldürüb.

Bruskanın dəhşətli cinayətlərindən biri də 14 yaşlı Matteonu boğaraq öldürməsindən sonra cəsədini turşu ilə yox etməsidir.

Qeyd edək ki, Giuseppe Di Matteonun 1993-cü ildə - 12 yaşında qaçırılmasına səbəb mafiya ilə bağlı dövlətlə əməkdaşlıq edən atası Santino Di Matteonu susdurmaq olub. İki il uşağı girov saxlayan Bruskaya həmin dövürdə qiyabi ömürlük cəza kəsilib.

Giovanni Bruska 1996-cı ildə həbs edildikdən sonra dövlətlə əməkdaşlıq edərək Cosa Nostra mafiyası ilə əlaqəli dövlətə informasiya verməyə başlayıb. O, bunun sayəsində ömürlük həbs cəzasının 25 illik həbsə endirilməsinə nail olub, bunun ardınca isə azadlığa buraxılıb.

Bruskanın dövlətlə əməkdaşlıq edərək həbs müddətini azaltması onun öldürdüyü prokuror Giovanni Falkonenin zamanında təklif etdiyi qanuna dəyişiklik sayəsində mümkün olub.



Bruskanın azadlığa çıxmasından sonra danışan Falkonenin qardaşı Maria Falkone bildirib ki, belə xəbər insana acı verir: “Ancaq qanun belədir. Üstəlik, qardaşımın arzu etdiyi qanundur. Buna hörmət etmək lazım gəlir”.

Boğularaq öldürüldükdən sonra cəsədi turşu ilə yox edilən 14 yaşlı yeniyetmənin atası Santino Di Matteo isə “insan qəssabının” azadlığa buraxılmasına sərt reaksiya verib. Deyib ki, Bruska sadəcə, dövləti aldadıb:

“Donuz” oğlumu kiçik yaşlarından tanıyırdı. Birlikdə kompüterdə oynayırdılar. Amma sonradan oğlumun cəsədini turşu ilə əritdi. Bu dəhşətin qarşılığı 20-25 ildirmi? Mən oğlumun məzarı olmadığından onun başdaşı yanında durub ağlaya bilmirəm, ancaq bu qəssab küçədə yürüş edir”.

Ən azı 150 cinayətdə əli olan mafioz Bruskanın azadlığa buraxılması İtaliya siyasətində də ciddi narazılıqla qarşılanıb.

Demokrat Partiyasının lideri Enriko Letta bildirib ki, bu, insanın qarnına yumruq vurmaq kimidir. “Sanki adamın nəfəsi kəsilir. İnsan öz-özünə “belə bir şey necə mümkün ola bilər”,- deyə sual verir”.

Liq Partiyasının lideri Ç. Salvini isə bəyan edib ki, mafiya lideri Bruskanın 25 il həbsdən sonra azadlığa çıxması ədalət deyil: “İtalyanların haqq etdiyi “ədalət” bu deyil”.

Reyting.az




Bölməyə aid digər xəbərlər