Yerə yaxınlaşan asteroid Şərqi Avropanı vura, toqquşma nüvə silahı effekti yarada bilər
Tarix: 02-06-2021 13:34 | Bölmə: Slayd
Yerə yaxınlaşan asteroid Şərqi Avropanı vura, toqquşma nüvə silahı effekti yarada bilər

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Eyfel qülləsi böyüklüyündə asteroidlə bağlı açıqlama yayıb. Bildirilir ki, həmin asteroid Yer kürəsi üçün potensial təhlükədir.

Reyting.az
xəbər verir ki, 2019-cu ilin sonlarından bu günədək planetimizin əsas təhlükəsinə çevrilən COVİD-19 pandemiyasının davam etdiyi bir vaxtda dünya digər təhdidlə üzləşib.

NASA dünya üçün “potensial təhlükə” saydığı asteroidin Yer kürəsinin yaxınlığından keçdiyini bəyan edib. “2021 KT1” adı verilən asteroid iyunun 1-də planetimizin yanından keçərək kosmos boşluğunda səfərini davam etdirib.



Asteroid planetimizdən 7 milyon 240 kilometr aralıqda keçib. Asteroidin hansısa şəhərə düşəcəyi təqdirdə nəticələrinin fəlakətli olacağı bildirilir.

Mərmidən 20 dəfədən artıq sürətlə hərəkət edən asteroidin Parisin simvolu olan Eyfel qülləsi böyüklüyündə olduğu ehtimal edilir.

Qeyd edək ki, NASA və Avropa Kosmik Agentliyinin (ESA) elm adamları planetimizə yaxınlaşmaqda olan asteroid üçün simulyasiya hazırlayıblar.

Asteroidin Yer kürəsinə dəyəcəyi təqdirdə yarana biləcək vəziyyəti nəzərdən keçirən elm adamları həm fövqəladə durum, həm də bu cismin dayandırılması üçün nələrin edilə biləcəyinə dair planlar üzərində işləyiblər. Bu işlə bağlı tədqiqat aparan qrup hipotetik asteroidin təsiri ssenarisini 2021PDCr adlandırıb. Bu ssenariyə görə, planetimizdən 56 milyon kilometr məsafədə yerləşən asteroid 6 ay müddətində dünyaya çata bilər. Bu ssenaridə 19 apreldə aşkarlanan asteroidin planetimizə 20 oktyabrda düşmə ehtimalı 5 faizdir.

Hesablamalara görə, asteroidin vuracağı ərazinin Şərqi Avropa və ya Afrikanın şimalı ola bilər. Başqa sözlə, sözügedən simulyasiya nəticəsində Türkiyə risk zonasına daxil edilir. Alimlər belə bir vəziyyətdə asteroidin nəhəng bir nüvə partlayışı təsiri yaradacağına və dəhşətli nəticələrə səbəb olacağını düşünürlər.



Dünyanın öz texnologiyası ilə belə bir vəziyyətə qarşı təsirsiz olduğunu vurğulayan alimlər yeganə çıxış yolunu toqquşma zonasında yaşayanların erkən boşaltmaq olduğunu düşünürlər. Bu isə 10 milyonlarla insanın evlərini, hətta ölkələrini tərk etməsi, başqa sözlə, dünyada böyük qaçqın probleminin yaranması deməkdir.

Yeni planlar

Planetimizlə ehtimal olunan asteroid çarpışmasına qarşı NASA hərəkətə keçdiyini bir müddət əvvəl açıqlayıb. NASA-nın yeni yol xəritəsi bir sıra dövlət qurumlarının ortaq işləməsini nəzərdə tutur.

İlk alınacaq tədbir səmada göy cisimlərinin müşahidə edilməsini asanlaşdıracaq texnologiyaların inkiaşfıdır. 1990-cı illərdən səma cisimlərini seyr edən NASA həm yerdə, həm də orbitdə teleskopların yaradılmasını nəzərdə tutur.

İkinci addım toqquşmanın təsirini proqnozlaşdırmaq və modelləşdirmək üçün proqramların hazırlanmasıdır. Bu çərçivədə bütün qurumlara məlumatlar göndərəcək proqramlar, eyni anda məlumat axını təmin erməlidir.



Üçüncü addım toqquşmanın baş verməməsi üçün səmadakı asteroidləri dayandırmaqdır. Burada daha çox toqquşma zamanı onları məhv edəcək və ya gedişatını dəyişdirəcək planlar nəzərdə tutulur.

Dördüncü addım bu məsələdə beynəlxalq həmrəylik və əməkdaşlığn gücləndirilməsi, təhlükəyə qarşı dünyanın birgə fəaliyyətidir.

Beşinci və son hədəf isə, əgər əvvəlki addımların heç biri uğurla nəticələnməzsə və ya bu addımları tətbiq etməyə zaman qalmırsa, insanları təxliyə etmək və qorunmasına yönəlik tədbirlər hazırlamaqdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər