21:33 / 18-06-2025
DİM 1 iyunda keçirilmiş qəbul imtahanının nəticəsini elan edib
21:08 / 18-06-2025
Bu gecə Bakının iki qəsəbəsində işıq olmayacaq
20:55 / 18-06-2025
İsrail İran liderinin bunkeri olan ərazini bombalayıb
19:32 / 18-06-2025
Azər Qasımlının məhkəməsi başlayıb
19:22 / 18-06-2025
Marsda güclü vulkan püskürüb
19:07 / 18-06-2025
Deputatlar daha 21 qanuna dəyişiklik edəcək - Siyahı
18:43 / 18-06-2025
MEDİA: Solovyovdan üzrxahlıq gözləyirik
18:36 / 18-06-2025
Oğuz-Qəbələ-Bakı su kəmərindəki qəza aradan qaldırılıb
17:35 / 18-06-2025
Kino şirkətinin direktoru 3 milyon dollar maaş alacaq
17:21 / 18-06-2025
Gələn həftə Məhərrəm ayı başlayır
17:17 / 18-06-2025
Kamran Əliyev üç rayona prokuror təyin edib
17:09 / 18-06-2025
ABŞ prezidenti Ukrayna rəsmilərini qəzəbləndirib
16:25 / 18-06-2025
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
16:01 / 18-06-2025
Natanz nüvə obyektində sızma var
15:37 / 18-06-2025
"Zeytun” aptekləri Tarif Şurasının qərarına tabe olmur
15:31 / 18-06-2025
İsrail Yaxın Şərqdə hegemon dövlətə çevrilir
15:21 / 18-06-2025
ASC və MMC-yə məxsus əmlaklar hərraca çıxarılacaq
14:49 / 18-06-2025
Ukrayna daha iki yaşayış məntəqəsini itirib
14:19 / 18-06-2025
Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bəlli olub
14:14 / 18-06-2025
Prezident İlham Əliyev Nataliya Kiselovanı qəbul edib - Fotolar
14:03 / 18-06-2025
Zakir Həsənov Belarusda hərbi zavodlara baş çəkib
13:48 / 18-06-2025
İsrailin İrana hücumları nəticəsində 585 nəfər ölüb
13:37 / 18-06-2025
Rus Pravoslav Kilsəsi Erməni Apostol Kilsəsinin müdafiəsinə qalxır
13:33 / 18-06-2025
Sabahın hava proqnozu açıqlanıb
13:22 / 18-06-2025
TikTok qadağası daha 90 gün təxirə salınıb
13:18 / 18-06-2025
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
13:12 / 18-06-2025
Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
12:44 / 18-06-2025
Müdafiə naziri Türkiyə-İran sərhədinə gəlib
12:34 / 18-06-2025
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
11:49 / 18-06-2025
MEDİA jurnalistlər üçün müsabiqə elan edib
08:07 / 14-06-2025

11:37 / 16-06-2025

08:47 / 16-06-2025

22:59 / 17-06-2025

08:51 / 14-06-2025

11:06 / 16-06-2025

09:58 / 16-06-2025

23:40 / 13-06-2025

14:29 / 14-06-2025

00:13 / 16-06-2025

Laricani tapmacası: elitaların toqquşmasında məğlub tərəf kimdir?
Tarix: 07-06-2021 16:50 | Bölmə: Slayd

İyunun 4-də Ayətullah Xamnəi İran prezidentliyinə namizədliyin təsdiqlənmə prosesində bəzi namizədlər və onların ailə üzvləri haqqında qərəzli hesabatlara vurğu edib. Onun sözlərinə görə, saxta rəylər sonradan maneəsiz şəkildə KİV-lərdə yayımlanıb. Ayətullah Xamnəi: "Şərəf və ləyaqəti alçaldılan namizədlərə haqqı qaytarılmalıdır", - dedikdə, eyhamın Əli Laricani və ailə üzvlərinə vurulduğuna yalnız azlığın şübhəsi vardı.
Nəzarətçilər (Nəzarət-Təftiş) Şurası dərhal məsələni gündəliyinə saldı, amma günün sonunda verilən bəyanatda təsdiqlənmə prosesində Nəzarətçilər Şurasının "heç bir qərəzli hesabat əsasında rəy çıxarmadığı" elan olundu. Qərar dəyişmədikdən sonra Əli Laricaninin Ayətullah Xamnəiyə qısa məktub yazaraq, bir növ, diqqətə görə təşəkkür etməkdən başqa çarəsi qalmadı.
Bir sözlə, 7 nəfərdən ibarət prezident marafonuna daha bir iddialının əlavə olunacağı fikri doğulmamış öldü.
Və... bir çox suallar ortaya çıxdı:
- Əgər namizədlərdən biri (və ya bir neçəsi) haqqında rəy çıxarılarkən, saxta hesabatlara istinad edilmişdisə, niyə Ayətullah Xamnəi özünün "hokme hokumət" (müstəsna veto) hüququndan istifadə edib həmin şəxsi (və ya şəxsləri) prezident seçkilərində iştiraka buraxmadı? Axı əvvəlki seçkilərdə bu hal müşahidə edilib, həm də bir dəfə deyil, bir neçə dəfə...
- Ayətullah Xamnəidə saxta hesabatlara dair danılmaz dəlillər vardısa, həmin hesabatın mənbəyi hansı dövlət qurumudur: "Sepah"ın kəşfiyyatı, "Ettelaat" və s.?
- Saxta hesabatın müəllifi niyə cəzalandırılmadı?
- KİV-də yayımlanan məlumatlarda Əli Laricaninin ailə üzvləri (qızı və kürəkəni), daha doğrusu, onların Böyük Britaniya təbəəliyini qəbul etməsi haqqında hesabatı "Ettelaat"ın əks-kəşfiyyat bölməsinin təqdim etdiyi bildirilib. Amma Nəzarətçilər Şurasının üzvü Əhməd Xatəmi namizədlər haqqında rəylər formalaşarkən, "Sepah"ın kəşfiyyat hesabatının da nəzərdən keçirildiyini bildirib. Elə isə "Sepah"ın hesabatında Laricani ailəsinin ikili vətəndaşlığı qeyd olunubmu?
- Söhbətin məhz Əli Laricaninin namizədliyini qeydə almamaqdan getdiyinə şübhə yeri qalmır, çünki KİV-də məhz onun ailə üzvləri ilə bağlı ifşaedici məlumatlar yayımlanıb və Nəzarətçilər Şurasının üzvü olan qardaşı Sadeq Laricani kəşfiyyat hesabatında "saxta məlumatlar"ın olduğunu açıq şəkildə bəyan edib. Bunu Ayətullah Xamnəiyə çatdıran odurmu? Yəni cütlük arasında pünhan görüş olubmu?
- "Nəzarətçilər Şurasında 20 ildir ki, təmsil olunuram və ilk dəfədir ki, Şuranı müdafiə etmək üçün söz tapmıram", - deyən Sadeq Laricani niyə sonradan fikrini dəyişdi və "Namizədləri təsdiqləyən yeganə qanuni qurum Nəzarətçilər Şurasıdır", - dedi? Sadeq Laricaniyə təzyiq göstərilibmi? Təzyiq kimdən gəlib: kəşfiyyat qurumlarından, yaxud Şuranın digər üzvlərindən?
- Nəzarətçilər Şurasının 12 üzvündən 6-nı (fəqih) Ayətullah Xamnəi təyin edir? Onun "prezidentliyə namizədin cəfa və zülm görməsi" barədə sözləri həm də Şura üzvlərinə ümumi töhmətdirmi?
- KİV-in iddiasına görə, Şuradakı səsvermə zamanı Şuranın sədri Əhməd Cənnəti və Abbasəli Kədxudayi Laricaninin lehinə səs verib, bəs, digər üzvlərin səsləri necə bölünüb?
Bu suallara cavab tapılana qədər qeyd ediləcək mühüm bir məqam var: 2021-ci ilin prezident seçkiləri sadəcə, icraedici hakimiyyət rəhbəri seçkisi deyil, həm də post-Xamnəi dövrünə hazırlıq mərhələsidir. Buna görə də, elitalar arasında ziddiyyətlər və gizli çarpışmalar çılpaqlaşmaqdadır. İndi İranda prezident seçkiləri fonunda siyasi qrupların əlverişli mövqe tutma uğrunda toqquşmasını görmək daha asandır.
Laricani ailəsi (klanı) də bu mövqe çarpışmasında iştirak edirmi? Cavabın təsdiqləyici olmaması qeyri-mümkündür. Bu mənada, yaxın keçmişdə baş verənləri ötəri xatırlatmağa dəyər, xüsusən, 2019-cu ildə (artıq mərhum) Ayətullah Məhəmməd Yəzdi və Sadeq Laricani arasında söz duelini.
Ekpertlər Şurasının (Şurayi Xobreqan) keçmiş sədrinin o zaman məhkəmə hakimiyyətinin eks-rəhbərini hədəfə almasının arxasında nə dururdu?
Məhəmməd Yəzdi həmişə sərt mövqeyi ilə tanınıb, ötən illərdə fəqih həmkarlarını belə çəkinmədən sözlə daşqalaq edib. Sadeq Laricaniyə gəlincə, Ayətullah Xamnəi onu "müdrik alim" adlandıraraq Ali Məhkəməyə sədr təyin etdikdə, bu, Qum hövzəsində, xüsusən, dövlət təyinatlarında həlledici səsə malik olduğu iddia edilən Məhəmməd Yəzdidə qısqanclıq oyatmışdı. Ali Məhkəmə sədri Qumda öz mədrəsəsini açmağa çalışdıqda isə Məhəmməd Yəzdi tərəddüd etmədən hərəkətə keçib, rəqibinin ünvanına bir sıra, o cümlədən korrupsiyaya bulaşma ittihamı səsləndirdi.
Sadeq Laricani də bildiklərini beş qaba çəkib, təkcə Məhəmməd Yəzdini deyil, "Sepah"ın kəşfiyyat rəhbəri Hüseyn Taeb, parlamentin hazırkı sədri Məhəmməd Baqer Qalibafı eyni ittihamla hədəfə alıb. Korrupsiyada ittiham olunan bir sıra digər nüfuzlu şəxslərin də adları səslənib, siyasi mühit əməllicə qarışıb.
Bu ağız davası sonradan tərəflərin gözlənilməz barışığı, "Pirr sülhü" ilə bitib. Amma onlardan hər birinin qisas gününü gələcəyə saxlaması şübhəsi özünün doğruldub. İki keçmiş baş hakim arasındakı şəxsi qovğanın məhz Laricani qardaşlarının gələcəyi ilə əlaqəli olduğu fərziyyəsi doğru çıxıb. Sadeq Laricaninin növbəti Ali Lider və qardaşı Əli Laricaninin prezidentliyə namizəd (və hətta prezident) ola biləcəyi barədə ehtimal Ali Məhkəmənin hazırkı sədri İbrahim Rəisini dəstəkləyən elitanı lazımi anda hərəkətə keçirib.
Ayətullah Xamnəinin nüfuz savaşı aparan elitalardan kimə məhrəm olduğu hələ aydın deyil. Ancaq "cəda və zülm", habelə "haqqın qaytarılması tələbim" sözlərinə baxmayaraq, Laricani klanı artıq məğlub tərəf kimi görünür. Nə əvvəlki səlahiyyətlər var, nə də zahiri Ali liderə yaxınlıq gözə dəyir. Ən azı indiki mərhələdə.
Əziz Rzazadə
Reyting.az
P.S. 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan haqqında ən bədniyyət və hətta təhqiramiz ifadələri məhz Laricani ailəsinin üzvü olan Məhəmməd Cavad Laricani söyləmişdi.
Bölməyə aid digər xəbərlər

Bu gün, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
Bu gün, 13:12
Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
Bu gün, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
Bu gün, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
Bu gün, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
Bu gün, 08:30
Günəşdə güclü partlayış baş verib
Dünən, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
Dünən, 17:42
İrandakı rejimi dəyişirlər?
Dünən, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
Dünən, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
Dünən, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
Dünən, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
16-06-2025, 12:35
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
16-06-2025, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
16-06-2025, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
16-06-2025, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”