Paşinyan qisas vəd edir – “Troya atları”na
Tarix: 08-06-2021 16:56 | Bölmə: Slayd
Paşinyan qisas vəd edir – “Troya atları”na

“2018-ci ildə kadr süpürlməsinin olmayacağını dedim. İndi demək istərdim ki, olacaq”.

Reyting.az
“Armenian News”a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri əvəzi Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, 2018-ci ildən sonra “inqilab”ın yaratdığı fürsətlərdən istifadə edən “Troya atı” rolunu oynayan məmurlar idarəçilikdən təmizlənəcək.

“Vətəndaş müqaviləsi” blokunun lideri əlavə edib: “Bəli, “Troya atları”nı hökumət sistemindən kənarlaşdıracağıq. Bəzi qurumların rəhbərləri, bəzi icmaların rəhbərləri inzibati alətlərdən istifadə edərək insanları mitinqlərə aparırlar. İndi açıq şəkildə deyirəm: seçkilərdən sonra xalqı məcbur etməyə çalışan icma başçılarına qarşı qisas olacaq. Müəssisə rəhbərləri, işçilərini məcbur edən özəl və ya dövlətin olmaları məni maraqlandırmır, ən qəddar, lakin siyasi qisasa məruz qalacaqlar. Bu fiziki deyil, siyasi və mülki bir qisasdır. Bir sözlə, bu icmaların rəhbərləri vəzifədən kənarlaşdırılacaq, çünki erkən seçkilər olacaq. Seçki məntəqələrinə gedin, məxmər mandatınızı poladla dəyişdirin; siyasi vendetaları, mülki vendetaları, kadr talanlarını görəcəksiniz, bütün pislər dövlət idarəetmə sistemindən atılacaq”.




Bölməyə aid digər xəbərlər