Əli Həsənovun kürəkəni daxili işlər orqanlarından xaric edilib - Foto
Tarix: 09-06-2021 09:25 | Bölmə: Slayd
Əli Həsənovun kürəkəni daxili işlər orqanlarından xaric edilib

Qaradağ Rayon Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyev vəzifəsindən azad edilib.

Reyting.az
“Report”a istinadla xəbər verir ki, İsfəndiyar Mehbalıyevin vəzifədən azad edilməsi ilə bağlı daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki İsfəndiyar Mehbalıyev öz arzusu ilə daxili işlər orqanlarından xaric edilib.

Hələlik onun yerinə təyinat yoxdur.


İ. Mehbalıyev

Qeyd edək ki, İsfəndiyar Mehbalıyev Prezidentin keçmiş köməkçisi, Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun kürəkəni, deputat Səttar Mehbalıyevin oğludur.




Bölməyə aid digər xəbərlər