ABŞ və Avropa Birliyi Türkiyə ilə əməkdaşlığa, Rusiya və Çinə qarşı birgə fəaliyyətə qərar verib
Tarix: 16-06-2021 12:29 | Bölmə: Slayd
ABŞ və Avropa Birliyi Türkiyə ilə əməkdaşlığa, Rusiya və Çinə qarşı birgə fəaliyyətə qərar verib

Avropa Birliyi (AB) ilə ABŞ arasında keçirilən zirvə toplantısının sonunda yayımlanan birgə açıqlamada “Türkiyə ilə əməkdaşlıq və qarşılıqlı maraqlara dayanan əlaqələr”ə vurğu edildiyi halda Rusiya və Çinə qarşı birgə fəaliyyət və əməkdaşlıq yer alıb.

Reyting.az
xəbər verir ki, ABŞ prezidenti Con Bayden, AB lideri Çarles Mişel və AB-nin Kommisiya rəhbəri Urusula von der Leyen arasında Belçikanın paytaxtı Brüsseldə AB-ABŞ birgə zirvə görüşü baş tutub.

Bu toplantı ABŞ lideri Baydenin Avropa turnesi çərçivəsində keçirdiyi sonuncu iclas sayıla bilər. Baydenin bundan sonrakı qrafiki yalnız Rusiya lideri Vladimir Putinlə görüş olacaq.

Bir sıra mütəxəssislər ABŞ-AB zirvə toplantısında hansı qərarların qəbul olunacağına xüsusi əhəmiyyət verirdi. Çünki bu toplantı qarşıdakı yaxın 10 il ərzində ABŞ və Avropanın birgə fəaliyyətini nəzərdə tutur.



Rəsmi açıqlama da bu baxımdan əhəmiyyət kəsb edir.

“Fərqlilik və yaxşı niyyətli dialoq, beynəlxalq hüquq şərtlərinə əsasən həll edilməsi Şərqi Aralıq dənizində gərginliyi aradan qaldırmaq üçün əl-ələ işləməyə qərarlıyıq. Demokratik bir Türkiyə ilə əməkdaşlıq və qarşılıqlı maraqlara dayanan münasibətləri hədəfləyirik”,-açıqlamada qeyd edilib.

Açıqlamada Çin və xüsusilə Rusiyaya geniş yer ayrılıb. Çinlə münasibətdə yaxın məsləhətləşmələr və əməkdaşlığı nəzərdə tutan açıqlamada qeyd edilir: “Sincan və Tibetdə insan haqlarının pozulması, Honkonqdakı demokratik mərhələyə təzyiq, iqtisadi basqılar, dezinformasiya kampaniyaları və regional təhlükəsizlik məsələləri də daxil olmaqla narahatlıqlarımızla əlaqəli koordinasiyanı davam etdirmək niyyətindəyik”.

AB və ABŞ-ın birgə məsləhətləşmələrinin sonunda Rusiyaya da xüsusi yer ayrılıb. Rusiyaya qarşı yanaşmada “birlik” vurğusu edilib. Bəyan olunub ki, Rusiya mövzusunda AB-ABŞ yüksək çərçivəli dialoq qurulması planı nəzərdə tutulub.

“Rusiyanın Ukrayna və Gürcüstanın süverenliyinə, ərazi bütövlüyünə və azadlığına qarşı olan tədbirləri qınayırıq”,- yekun açıqlamada Rusiya nəzərdə tutularaq bildirilib.

Qeyd edilib ki, əlaqə kanallarının açıq saxlanıldığı, AB-nin Moldova, Ukrayna və Gürcüstan kimi ortaqlarına dəstəyin davam edəcəyi, Belarusda xalqla həmrəylik içində olacağı bildirilib.



Açıqlamada Suriya mövzusunda Bəşər Əsədin keçirdiyi son prezident seçkiləri qanunsuz elan olunub, Əsədin törətdiyi cinayətlər səbəbindən cavab verməli olduğu və BMT Təhlükəsizlik Şurasının qərarları işığında siyasi həll yolunun tapılmasına dair çağırış da öz əksini tapıb.

Sənəddə Liviyanın sülh, təhlükəsizlik və istiqlalı ilə bağlı narahatlıqla yanaşı Yaxın Şərqdə əldə olunan atəşkəsdən məmnuniyyət ifadə edilib.

Həmçinin Vyanada davam edən İranla danışıqlara dəstək ifadə olunub.

Avropanın 27 dövləti və Amerikanın birgə açıqlamasında COVİD-19 pandemiyasına da diqqət ayrılıb. Bildirilib ki, koronavirusun ortaya çıxmasının təspit edilməsi mütəxəssislərin şəffaf, fakta söykənən və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən aparılan yeni fəaliyyətə ehtiyac var.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}