Vahid Əhmədov: “Ermənistanın Azərbaycana hücum etməsi utopiyadır”
Tarix: 16-06-2021 12:54 | Bölmə: Slayd
Vahid Əhmədov: “Ermənistanın Azərbaycana hücum etməsi utopiyadır”

“Əslində Robert Köçəryanın Şuşa və Hadrut haqqında son sərsəmləməsinə Levon Ter-Petrosyan cavab verdi. Açıq dedi ki, axmaq-axmaq danışırsınız, görmürsünüz Azərbaycan necə inkişaf edib? Birmənalı dedi ki, Qarabağı yaddan çıxarın, bu məsələ qapandı. Əlbəttə, İrəvanda reallığı başa düşürlər. Sadəcə, orada seçki kampaniyası gedir. Köçəryan və Paşinyan arasında seçki mübarizəsi gedir, tərəflər siyasi dvident qazanmaq istəyirlər”.

Bu sözləri Reyting.az-a millət vəkili Vahid Əhmədov Ermənistanın sabiq prezidenti, hərbi cani Robert Köçəryanın Şuşa haqqında son fikirlərini şərh edərkən deyib.

Deputat bildirib ki, ehtiyac yaransa Azərbaycan prezidentinin dəmir yumruğu yenə işə düşəcək:

“Azərbaycan xalqı prezidentlə həmrəydir və onun arxasında dayanıb. İqtisadi baxımdan Ermənistanın ayağa qalxması və nələrəsə iddia etməsi nağıldır. Onlar dövlət kimi bu bölgədə qalıb-qala bilməyəcəkləri haqqında düşünməlidirlər. Mən qeyd etmişəm ki, onlar belə səhv siyasət aparacaqlarsa, bu zaman onların bölgədə dövlət kimi qalması sual altına düşəcək. Nəzərə almaq lazımdır ki, Azərbaycanın özü ilə yanaşı müttəfiqi Türkiyə həm güclü dövlətdir, həm də NATO üzvüdür, onunla hesablaşırlar. Bu dövlətə münasibət həm NATO daxilində, həm Avropada, həm də ABŞ-da tamamilə başqa cürdür. Prezident Ərdoğan ciddi siyasətçidir, dünya lideridir və onunla hesablaşırlar. NATO sammiti zamanı Prezident Baydenin cənab Ərdoğanın yanına gəlib onunla görüşməsini dünya müşahidə etdi. Yəni Türkiyə dünyaya lazımlı dövlətdir”.

V. Əhmədov qeyd edib ki, Azərbaycan da dünya üçün əhəmiyyətli dövlətdir: “Bu saat biz Avropaya neft-qaz ixrac edirik, dəmir yolu çəkir. Mən hesab edirəm ki, Ermənistanın dirçəlməsi və Azərbaycana hücum etməsi utopiyadır. Bunun perspektivi yoxdur”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}