07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Professor: “Şuşa Bəyannaməsi həm də Zəngəzur dəhlizinin istifadəyə veriləcəyinə mesajdır”
Tarix: 17-06-2021 11:52 | Bölmə: Slayd
Professor: “Şuşa Bəyannaməsi həm də Zəngəzur dəhlizinin istifadəyə veriləcəyinə mesajdır”

“Zəngəzur dəhlizi açılmalıdır. Ermənilərin ayrı yolu yoxdur. Əgər ermənilər bu dəhlizi açmasa, Azərbaycan da Laçın dəhlizini bağlayacaq. Sadəcə, dəhlizin açılmasının geci-tezi var. Əlbəttə, bu dəhlizin açılmasında Azərbaycan və Türkiyə ilə yanaşı bəzi super güclər də maraqlıdır. O cümlədən Çin və Rusiya. Sözsüz ki, İranın bunda marağı yoxdur. Çox müsbət haldır ki, Azərbaycan və Türkiyə arasında Şuşa şəhərində imzalanan Bəyannaməyə Zəngəzur dəhlizi məsələsi da daxil edilib”.

Bu fikirləri Reyting.az-a sabiq təhsil naziri, istiqlalçı deputat Firudin Cəlilov Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı Şuşa Bəyannaməsini şərh edərkən deyib.

Professor xatırladıb ki, Azərbaycan və Türkiyə prezidentlərinin çıxışları zamanı Zəngəzur dəhizinə vurğu edilməsi təsadüfi deyil:

“Türkiyə bizim əsas müttəfiqimizdir. Ərdoğanın Şuşaya gəlməsi, orada təşkil olunan şənliklərdə iştirakı olduqca əhəmiyyətli hadisədir. Biz bilməliyik ki, Qarabağ məsələsində əksər dövlətlər bizə qarşı olub. Yanımızda olan, əlimizdən tutan Türkiyə və Pakistan idi. Digər dövlətlər açıq və gizli şəkildə ermənilərin tərəfində olublar”.

Sabiq nazir əlavə edib ki, Şuşa Bəyannaməsinə də salınan Zəngəzur dəhlizinin açılması gələcəkdə böyük yol xəritələrinin əsasını təşkil edəcək: “Bu, həm də qədim İpək Yolunun aktivləşməsi üçün çox önəmlidir. Bu, Çini birbaşa - kəsəyolla Avropaya çıxarır. Əlbəttə, bu halda biz də Türkiyəyə asan gedib-gəlmək şansı əldə edəcəyik. Eləcədə Naxçıvanı Bakıya birləşdirmək mümkün olacaq. Hesab edirəm ki, Şuşa Bəyannaməsində Zəngəzur dəhlizi ifadəsinə vurğu edilməsi həm də dəhlizin açılacağına mesajdır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}