16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Paşinyan rəqiblərini üstələyir - Partiya sədri
Tarix: 18-06-2021 14:13 | Bölmə: Slayd
Paşinyan rəqiblərini üstələyir

“Ermənistanda seçki öncəsi gərgin siyasi vəziyyət olsa da, bu seçkilərdə Nikol Paşinyan hakimiyyətini qoruyub saxlaya bilcək. Nəzərə almaq lazımdır ki, Paşinyanı Qərb də, Rusiya da dəstəkləyir. Üstəlik, erməni xalqı da anlayır ki, hakimiyyətə digər qüvvələr gəlsə, Qarabağ məsələsi uzun çəkəcək. Bu səbəbdən də çalışırlar ki, Qarabağ problemindən yaxalarını qurtarsınlar”.

Bunu Reyting.az-a Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Ermənistanda seçki öncəsi daxili qüvvələrin düşmən münasibətindən danışarkən bildirib.

Araz Əlizadə deyib ki, Robert Köçəryan da seçki kampaniyası dövründə özünü göstərməyə çalışır: “Hər halda aydın olan budur ki, hətta Robert Köçəryan belə hakimiyyətə gəlsə, heç nə dəyişməyəcək. Bir çaya iki dəfə daxil olmaq mümkün deyil. Heç nəyə nail ola bilməzlər. Bu adam Azərbaycanla müharibə edə bilməz. Çünki real mənzərə var. Bunun üçün Ermənistan ordusunu yenidən qurmaq lazım gələcək. Mən düşünmürəm ki, hansısa axmaq, məsələn, Rusiya onlara müftə silah versin. Daha doğrusu, silah verəcəklər, amma əvvəlki qədər yox”.


A. Əlizadə

Partiya sədri əlavə edib ki, Köçəryan-Sarkisyan cütlüyü bəzən Şuşanı bizdən aldıqlarını deyirdilər. Amma onlar Şuşanı bizdən almamışdılar, bu gözəl şəhərimiz siyasi oyunların qurbanı olmuşdu.

A. Əlizadə sonda qeyd edib ki, indi rallıqlar dəyişib: “Köçəryan keçmişdi, o gələcək ola bilməz. Hesab edirəm ki, seçkilərdə Paşinyanın qələbə qazanmaq şansı rəqibləri ilə müqayisədə daha çoxdur”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}