00:13 / 16-06-2025
İran XİN-in binası vurulub - Ölən və yaralanan var
19:08 / 15-06-2025
İranda indiyədək 128 nəfər həlak olub
16:47 / 15-06-2025
Hidayət Heydərov ilk görüşdə məğlub olub
13:19 / 15-06-2025
Sabah leysan yağacaq, güclü külək əsəcək
13:10 / 15-06-2025
Şıx çimərliyində iki nəfər boğulub - Video
12:59 / 15-06-2025
Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - Fotolar
10:00 / 15-06-2025
Mehriban Əliyeva Mlli Qurtuluş Günü ilə bağlı fotolar paylaşıb
09:14 / 15-06-2025
Vəhdət Partiyasının sədri dəyişib - Fotolar
08:50 / 15-06-2025
İranın zərbəsindən sonra İsraildə tədqiqat mərkəzi yanıb
00:49 / 15-06-2025
İlham Əliyev Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - Foto
00:16 / 15-06-2025
İranda daha bir general həlak olub
00:07 / 15-06-2025
Bu gün Milli Qurtuluş Günüdür
20:24 / 14-06-2025
Ərdoğan İlham Əliyevə zəng edib
19:00 / 14-06-2025
AZAL uçuşların sayını artırır
18:57 / 14-06-2025
İlham Əliyev krala məktub göndərib
18:19 / 14-06-2025
İranın 20-dən çox komandanı zərərsizləşdririlib
18:07 / 14-06-2025
Lənkəranda yeniyetmə dənizdə boğulub
17:50 / 14-06-2025
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
16:01 / 14-06-2025
Ceyhun Bayramov Hakan Fidanla telefonda danışıb
15:09 / 14-06-2025
Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar
14:29 / 14-06-2025
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
13:32 / 14-06-2025
Hikmət Hacıyev: "Azərbaycan Avropa İttifaqı və Çin arasında vacib birləşdirici tərəfdir"
12:36 / 14-06-2025
Sabah yağış yağacaq
11:49 / 14-06-2025
İranın Baş Qərargah rəisinin iki müavini həlak olub
08:51 / 14-06-2025
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur - Fotolar
08:07 / 14-06-2025
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
07:38 / 14-06-2025
Bu gün orta məktəblərdə “Son zəng” çalınacaq
23:40 / 13-06-2025
Putin Pezeşkian və Netanyahu ilə telefon danışıqları aparıb
13:40 / 11-06-2025

08:07 / 14-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

07:17 / 12-06-2025

07:23 / 13-06-2025

21:06 / 11-06-2025

17:06 / 13-06-2025

22:53 / 11-06-2025

21:38 / 12-06-2025

18:49 / 13-06-2025

15:00 / 11-06-2025

Nazir Heydər Əsədov ölkənin ərzaq təhlükəsizliyinə ciddi zərbə vurur
Tarix: 19-10-2017 11:47 | Bölmə: Slayd

Kənd təsərrüfatı nazirinin rəhbərlik etdiyi sahəyə ayrılan milyonları korrupsiya “əjdahası udur”
Azərbaycanda qeyri-neft sektorunun inkişafı dedikdə, ilk olaraq diqqətlər aqrar sahəyə yönəlir. Bu da səbəbsiz deyil, çünki ölkə rəhbərliyinin qeyri-neft sektorunda əsas prioriteti məhz bu sahədir. Xüsusilə son 2 ildə ölkədə ixracyönümlü bitkilərin becərilməsinə böyük önəm verilir. Dövlət torpaq sahiblərini pambıq, çəltik, çay, tütün kimi bitkilərin yetişdirilməsinə stimullaşdırmaq üçün subsidiyalar ayırır. Bundan əlavə, fındıqçılığın, baramaçılığın inkişafına yönəlmiş dövlət dəstəyi tədbirləri həyata keçirilir - tinglər, barama qurdu dövlət hesabına alınır və sair.
Görünən odur ki, aqrar sektorun inkişafı üçün bu sahəyə məsul qurumların təşəbbüsləri ölkə rəhbərliyi tərəfindən dəstəklənir. Yəni aqrar sahədə dövlət siyasətini hazırlayıb həyata keçirən əsas qurum - Kənd Təsərrüfatı Nazirliyinə (KTN) bütün zəruri dəstək verilir.
Lakin ölkə rəhbərliyinin bu dəstəyindən adıçəkilən nazirliyin Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunması baxımından səmərəli bəhrələndiyini söyləmək mümkün deyil. Hansı ki, bu, ölkə prezidentinin birbaşa diqqətində olan məsələdir. Prezidentin kənd təsərrüfatına həsr olunmuş müşavirələrdəki çıxışlarının əsas xəttini məhz ölkənin strateji ərzaq məhsulları ilə daxili istehsal hesabına təmin edilmə vəziyyəti təşkil edir.
Məsələn, bu ilin avqustunda Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsindəki çıxışında İ.Əliyev qeyd edib:
“Bu gün biz özümüzü ətlə tam təmin edirik. Toyuq əti ilə 100 faiz, süd və süd məhsulları ilə təqribən 80 faiz səviyyəsində təmin edirik. Əminəm ki, növbəti 2-3 il ərzində öz tələbatımızı tam ödəyəcəyik və eyni zamanda, xaricə də süd məhsulları ixrac edəcəyik”.
Nazirlik haqlı etirazlara əhəmiyyət vermir
KTN-in bilavasitə xeyir-duası ilə rayonlarda son 2 ildə əkin sahələrinin heyvandarlığın sıxışdırılması hesabına artırılması yolu tutulub: xüsusilə maldarların istifadəsində olan otlaq, qışlaq, biçənək əraziləri, yonca sahələri məcburən müxtəlif bitkilərin əkini üçün ayrılır. Ötən ildən etibarən heyvandarlıqla məşğul olan fermerlərin bununla bağlı etirazları başlansa da, aqrar sektorun inkişafına cavabdeh olan Kənd Təsərrüfatı Nazirliyi bu etirazları qulaqardına vurmaqdadır. Maldar fermerlərin nazir Heydər Əsədovla görüşləri isə heç bir fayda vermir. Onların problemlərini aradan qaldırmaqda yardımçı olmaq əvəzinə, nazirin fermerlərə bir məsləhəti olur: “Etirazın varsa, məhkəməyə get”.
Heyvandarlığın sıxışdırılıması mənfi nəticələrini göstərir
Yeri gəlmişkən, bir haşiyə çıxaraq qeyd edək kənd təsərrüfatı naziri Heydər Əsədov onun fəaliyyətini tənqid edən sabiq işçisi Sabir Vəliyevi də məhkəməyə göndərib və 300 manat cərimə etdirməyə nail olub.
Reyting.az saytı “Yeni Müsavat” qəzetinə istinadla xəbər verir ki, heyvandarlığın sıxışdırılımasının mənfi nəticələri özünü çox gözlətməyib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin 8 ayında ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 66,96 faiz, süd idxalı 54,2 faiz, kərə yağı və süddən hazırlanmış digər yağlar isə 5,82 faiz artıb. Dəyər ifadəsində ət idxalında artım 2 dəfədən çox olub. Süd idxalında isə belə artım 65,4 faiz, kərə yağı və süddən hazırlanmış digər yağlarda 38,69 faiz təşkil edib. Bu 3 məhsulun idxalına ötən ilin 8 ayında 36 milyon dollar sərf olunubsa, bu ilin eyni dövründə xaricə gedən vəsait 97,8 milyon dollara çatıb. KTN-in şöbə müdiri bu artımı əhalinin həmin məhsulları daha çox istehlak etməyə başlaması ilə əsaslandırıb.
İdxalı ilə bərabər, qiyməti də sürətlə artan ət, süd, kərə yağını son illərdə gəlirlərində demək olar ki, artım olmayan əhalinin birdən-birə 30-40 faiz çox alması aydın məsələdir ki, real ola bilməz.
Qeyd edək ki, son illərdə ölkəyə dövlət hesabına minlərlə baş cins mal-qara idxal olunaraq, fermerlərə güzəştli qiymətlərlə satılır. Hər halda, KTN-in rəsmi statistikasından belə görünür. Elə KTN rəhbərliyi də bir çox hallarda heyvandarlıqda intensiv inkişafın zərurətindən danışır - mal-qaranın baş sayına deyil, məhsuldarlığına önəm verdiklərini bildirir. Lakin həmin mal-qaranın sonrakı taleyi - onları alanların ət-süd istehsalında hansı müsbət nəticələr əldə etdikləri, bundan dövlətin, əhalinin qazancının nə olduğuna dair qiymətləndirmə aparılıb məlumat verilmir. Digər tərəfdən, daxili tələbatı tam təmin edəcək sayda cins mal-qara olmadan baş sayını azaltmaq ölkəni heyvandarlıq məhsullarının idxalından asılı vəziyyətə salmaq təhlükəsi yaradır. Gömrük statistikası isə bu təhlükənin reallaşmağa başlamasından xəbər verir.
Ayrılan subsidiyaların taleyi…
Ölkədə kənd təsərrüfatının əsas problemlərindən biri torpaqların xırda sahələrə bölünməsidir - bu, prezident tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə də əksini tapıb. Belə ki, statistikaya görə, ötən il 1,2 milyon hektar sahədə aparılan əkinlər üçün yanacaq və motor yağlarına görə dövlət yardımı almaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyinə müraciət edən 385,2 min istehsalçının 74,1 faizi 3 hektara qədər, 15,5 faizi 3-4,9 hektar, 7,4 faizi 5-9,9 hektar, 1,9 faizi 10-19,9 hektar, 0,9 faizi 20-49,9 hektar, 0,4 faizi 50 hektar və daha çox torpaq sahəsinə malikdir. Bu problemin həlli üçün ötən il “Kənd təsərrüfatı kooperasiyası haqqında” Qanun qəbul edilib, bu ilin iyulunda isə “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” prezident tərəfindən təsdiqlənib. Hər iki sənəddə kənd təsərrüfatı kooperativlərinin yaradılmasının dövlət tərəfindən dəstəklənməsi əsas prioritet elan edilib. H.Əsədov isə mətbuata müsahibə verərək kooperativlərin Azərbaycanda geniş yayılacağına inanmadığını bildirir.
“Özəl mülkiyyət toxunulmazdır. Kim hansı bitkini istəyirsə, əkir və dövlət inkişafı stimullaşdırmalı və insanların azad seçim hüququnu təmin etməlidir.” - Bunu deyən kənd təsərrüfatı naziri rayonlarda inzibati qaydada - kənd icra nümayəndələrinə, bələdiyyə sədrlərinə pərakəndə şəkildə müxtəlif bitkilər əkdirilməsinə, yumşaq desək, göz yumur. Kənd Təsərrüfatı Nazirliyinin internet saytında əkinlərə görə subsidiyaların verilməsinə dair cədvəllərə baxdıqda açıq görünür ki, hər kənddə ən çox subsidiya məhz icra nümayəndələri və bələdiyyə sədrlərinə verilir. Hansı ki, bir çox hallarda yerlərdə torpaqların imkanı, suvarılma şəraiti nəzərə alınmadan aparılan belə əkinlərdən məhsuldarlıq çox aşağı olur, bəzənsə heç olmur.
KTN aqrar planlaşdırma apara bilmir
Ötən ay mətbuatda Goranboy rayonunda suvarma imkanı məhdud ərazilərdə əkilən pambıq sahələrinin susuzluqdan məhv olmasına dair məlumatlar yer aldı. Halbuki prezident İ.Əliyev əkinlər planlaşdırılarkən suvarma imkanlarının nəzərə alınmasını daim vurğulayır, məsul şəxsləri bu amilə diqqət yetirməyə səsləyir.
Müstəqil mütəxəssislərin hesablamalarına görə, Azərbaycanda əkin sahəsinə görə subsidiyalaşma kənd təsərrüfatı istehsalında ciddi kəmiyyət və keyfiyyət dəyişikliyinə gətirməyib. Buna görə də illərdir dövlətin dəstək verdiyi bütün növ bitkilər üzrə subsidiyanın əkin sahəsinə görə deyil, son məhsula görə verilməsi təklif olunur. Məsələn, 10 ildən yuxarıdır Azərbaycanda taxıl əkinlərinin sahəsinə görə istehsalçılara subsidiya ödənir. Nəticə isə belədir ki, taxıl əkinlərinin sahəsi az qala 1 milyon hektara çatsa da, ölkə ərzaq buğdasının əksər hissəsini xaricdən idxal edir. Hər il Rusiya və Qazaxıstandan 250-300 milyon dollarlıq buğda alınır. Üstəlik, daxildə istehsal olunan buğda çox ciddi keyfiyyət problemi yaşayır.
Heyvandarlıq məhsullarının idxalının sürətlə artdığı, taxıl istehsalında qarşıya qoyulan əsas hədəfə nail olunmadığı bir dövrdə H.Əsədovun söylədiyi “cənab prezident bizim qarşımızda dəqiq hədəf qoyub - ölkəni kənd təsərrüfatı məhsulları ilə maksimum daxili istehsal hesabına təmin etmək. Söhbət ilk növbədə heyvandarlıq məhsullarından, ətdən, yağdan, un məmulatlarından gedir” fikrinin nə qədər real olub-olmadığını görmək elə də çətin deyil...
Dünyanın hər yerində dövlət aqrar sektora dəstək verir, subsidiyalaşdırır. Bu zaman bütün ölkələrdə verilən subsidiyanın aqrar istehsala və istehsalçılara təsiri, əldə olunacaq nəticələr dəqiq hesablanır və ictimaiyyətə açıqlanır. Azərbaycanda isə hələ də belə bir analitik hesablamanın aparılmasına dair hər hansı məlumata rast gəlinmir. Buna görə də bilmək olmur ki, Azərbaycanda aqrar istehsala yönəldilən yüz milyonlarla manat dövlət dəstəyi istehsalın hansı həcmdə artmasına imkan verəcək? Bunu etməli olan KTN-də isə institutların sayı durmadan artırılır...
Şübhəli tender oyununda nazirin qardaşı da iştirak edir
Ötən ay mətbuatda “Aqrolizinq” ASC-nin lizinq yolu ilə fermerlərə satdığı texnikanın qiymətində ötən ilə nisbətən 50 faizədək bahalaşma olduğu, bunun isə həmin texnikanın H.Əsədovun qardaşının şirkətlərindən alınması ilə bağlı faktlar yer alıb. Hələ ki nazir bu faktlarla bağlı əsaslı bir açıqlama verməyib. Lakin tenderlərin rəsmi reyestrində diqqətimizi ASC-nin bir tender cəlb etdi. “Traktora asılan və qoşulan müxtəlif kənd təsərrüfatı texnikaların satın alınması” üzrə “Networks Europe L.P.” şirkəti ilə bağlanmış müqavilənin dəyəri 7 milyon 110 min 894.20 manat təşkil edir. Çox maraqlıdır ki, internet axtarış resurslarında bu şirkət barədə 2011-ci ildə Böyük Britaniyada qeydiyyatdan keçməsi və ünvanından başqa heç bir məlumat yer almayıb. Daha maraqlısı budur ki, 2016-cı ildə bu KTN-in bu şirkətdən 6,5 milyon manatlıq vaksin almasına dair mətbuatda məlumat gedib. Vaksinlə kənd təsərrüfatı texnikası arasında hansı əlaqənin olduğunu yəqin ki, H.Əsədov və onun işçiləri daha yaxşı izah edərlər.
Apardığımız kiçik araşdırma göstərdi ki, “Aqrolizinq” ASC-nin fəaliyyətində qeyri-şəffaflıq qalmaqdadır. Xatırladaq ki, H.Əsədov nazir təyin olunandan dərhal sonra ASC-nin əvvəlki rəhbərliyini qeyri-şəffaf işləməkdə, dövlət vəsaitlərindən səmərəsiz istifadədə günahlandırıb vəzifədən uzaqlaşdırmağa nail oldu. Bundan sonra gözlənilirdi ki, kənd təsərrüfatına dövlət dəstəyinin ən əsas icraçısı olan bu qurumun işində dönüş yaranacaq, ən azı dövlətin ayırdığı pullar təyinatına uyğun xərclənəcək. Lakin Hesablama Palatasının ASC-də apardığı yoxlamalar bunun əksini göstərdi. Palatanın açıqladığı məlumatdan aydın oldu ki, 2014-2015-ci illər və 2016-cı ilin 6 ayı ərzində artıq xərclərə yol verilib. Müəyyən edilib ki, kənd təsərrüfatı texnikaları üçün 2014-2016-cı illərdə alınmış ehtiyat hissələrinin rayon bölmələrinə və kənar şəxslərə verildiyi rəsmiləşdirilsə də, onların dəyəri ASC-nin istifadəsində olan texnikaların qalıq dəyərinə əlavə edilməyib. Auditlə əhatə olunan dövrdə alınmış mineral gübrənin anbardan vahid qiymətə satışı ASC tərəfindən qiymətlərin tənzimlənilməsi üçün imzalanmış əmrlər əsasında təmin edilib ki, bu da qiymət fərqi hesabına gəlirlərinin təkrar dövriyyə və büdcə vəsaiti hesabına artmasına səbəb olub və sair.
Nə nazirliyin öz saytında, nə də tabeli qurumlarında, o cümlədən “Aqrolizinq” ASC-nin saytında illik təsərrfüfat və maliyyə hesabatları yerləşdirilməyib. Nazirlik tərəfindən dövlət vəsaitləri hesabına həyata keçirilən irihəcmli alqı-satqıları üzrə keçirilmiş prosedurların nəticələri barədə heç bir məlumat açıqlanmır.
Güman edirik ki, mətbuata açıq olduğunu bəyan edən H.Əsədov qaldırdığımız problemlərlə bağlı açıqlama verəcək.
Xatırladaq ki, H.Əsədov nazir vəzifəsinə 2013-cü ilin oktyabr ayında təyin edilib. Ötən 4 il müddətində onun rəhbərlik etdiyi sahə nəinki inkişaf etmədi, əksinə, daha da geri qaldı. Heydər Əsədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qudasıdır.
Bölməyə aid digər xəbərlər

Bu gün, 00:13
İran XİN-in binası vurulub - Ölən və yaralanan var
Dünən, 13:19
Sabah leysan yağacaq, güclü külək əsəcək
14-06-2025, 20:24
Ərdoğan İlham Əliyevə zəng edib
14-06-2025, 15:09
Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar
14-06-2025, 14:29
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
14-06-2025, 08:51
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur - Fotolar
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 22:31
İran İsrailə raket hücumuna başlayıb
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib