18:13 / 20-05-2024
Rusiya bombardmançılarını Olenya aerodromuna köçürüb - Foto
18:02 / 20-05-2024
Xidmət rəisi vəzifədən azad olunub
18:01 / 20-05-2024
Azərbaycan çempionatı: pley-off oyunlarının vaxtı açıqlanıb
17:47 / 20-05-2024
Nazirlər Kabineti daha bir qaydanı təsdiqləyib
17:38 / 20-05-2024
“Hərbi-həkim ekspertizası haqqında" əsasnaməyə dəyişiklik olub
17:32 / 20-05-2024
Vergi orqanlarında xidmət haqqında əsasnamə dəyişib
17:12 / 20-05-2024
Tədavülə yeni metal pul nişanları buraxılıb
17:03 / 20-05-2024
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
16:52 / 20-05-2024
Qarabağ Universitetinə rektor təyin edilib
16:48 / 20-05-2024
Deputat: "İrsi xəstəliklərin çoxu qohum evliliyi ilə bağlıdır"
15:58 / 20-05-2024
Hidayət Heydərov dünya çempionatında finala yüksəlib
15:49 / 20-05-2024
İranın müvəqqəti prezidenti: "Ölkənin idarəçiliyində boşluq olmayacaq"
15:05 / 20-05-2024
Prezident İlham Əliyev Latviya parlamentinin sədrini qəbul edib - Fotolar
14:56 / 20-05-2024
Xankəndi şəhərinə prokuror təyin edilib
14:33 / 20-05-2024
Milli komandamız yoldaşlıq turnirinə qatılacaq
14:24 / 20-05-2024
Gürcüstan parlamenti prezidentin vetosunu ləğv edəcək
14:23 / 20-05-2024
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə: şahidlər ifadə verir
14:09 / 20-05-2024
İran: qəzada həlak olanların cəsədləri müəyyənləşib
14:05 / 20-05-2024
BŞİH-də müşavirə keçirilib, yeni tapşırıqlar verilib
14:04 / 20-05-2024
Kirantsın başçısı: iki ev, üç mağaza Azərbaycanın nəzarətindədir
13:58 / 20-05-2024
Volçansk şəhərində küçə döyüşü gedir
13:52 / 20-05-2024
Ermənistan polisi arxiyepiskopu kəndə buraxmayıb - Video
13:25 / 20-05-2024
Artilleriya bölmələri döyüş atışlı taktiki təlim keçirib - Video
13:24 / 20-05-2024
İranın müvəqqəti xarici işlər naziri təyin olunub
13:19 / 20-05-2024
Qarabağ zonasında daha 308.7 hektar ərazi minalardan təmizlənib
12:36 / 20-05-2024
İbrahim Rəisi sabah dəfn olunacaq
12:22 / 20-05-2024
Şarl Mişel İrana başsağlığı verib
12:19 / 20-05-2024
İran hakimiyyəti prezidentin ölümü ilə bağlı təcili bəyanat yayıb
15:03 / 16-05-2024
Bir kişi istəsə... Və ya “Parkda” nə baş verir? - Fotolar
23:46 / 15-05-2024
Ermənistanla sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb
20:18 / 16-05-2024
Əliyevlə Lukaşenko birgə bəyanat verib, yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
18:30 / 17-05-2024
Belarus prezidenti Füzuli rayonuna səfər edib - (Yenilənib+) - Fotolar
15:57 / 16-05-2024
Rəssamın əsəri 27 milyon dollardan baha satılıb - Foto
21:26 / 15-05-2024
Qubad İbadoğlu siyasi fəaliyyətini dayandırıb
19:20 / 17-05-2024
Poeziya müsabiqəsinin finalçıları müəyyənləşib - Siyahı
10:49 / 16-05-2024
AMEA-da “Akademiya Muzeyi” yaradılacaq
19:46 / 17-05-2024
Lukaşenkonun Azərbaycana səfəri başa çatıb
00:12 / 18-05-2024
Qəzzada öldürülən 3 girovun meyiti tapılıb
20:05 / 18-05-2024
Müdafiə Nazirliyinin idarə rəisi vəzifədən azad edilib
12:31 / 16-05-2024
Yazıçı Anar: "Heç kimdən təklif gözləmirəm"
Ölkədə silahlı quldur dəstələri yarana bilər
Tarix: 01-11-2017 13:08 | Bölmə: Slayd
Təhlükəsizlik polkovniki həyəcan təbili çalır: “Azərbaycanda kriminogen durum gərginləşir. İqtisadi durum ağırlaşdıqca oğurluğun, quldurluğun səviyyəsi artacaq”
Bir neçə gün əvvəl Bakıda daha bir terror aktının qarşısı alınıb. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatında bildirilirdi ki, Azərbaycanın hüdudlarından kənarda fəaliyyət göstərən dini ekstremist terror təşkilatının tabeçiliyini qəbul etmiş bir qrup şəxs Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsində "Abdullah” ləqəbli Azərbaycan vətəndaşı Bəxtiyar Məmmədsadıq oğlu Ələkbərovun yaşadığı evdə toplaşaraq sonuncunu qeyd olunan cinayətkar birliyin tərkibində özlərindən ibarət dəstənin "əmir”i seçiblər.
Müəyyən edilib ki, həmin şəxslər ardıcıl terror aktları törətmək məqsədi ilə əldə etdikləri maddə və ləvazimatlarla kustar üsulla partlayıcı-yandırıcı predmetlər hazırlayıb, 2017-ci il oktyabrın 22-də Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində seçdikləri məkanda sınaqdan keçiriblər. Həmin şəxslərin əməliyyat-texniki yolla ətraflı qeydə alınmış görüşlərində onlar ölkədə sabitliyi və təhlükəsizliyi pozmaq, ictimai-siyasi qarışıqlıq yaratmaq məqsədilə 2017-ci il oktyabrın 28-də Bakı şəhərində keçirilən müxalifətin mitinqində terror aktı törətmək barədə razılığa gəliblər.
DTX-də başlanılmış cinayət işi üzrə barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar çıxarılmış şəxslərin saxlanılması üçün 2017-ci il oktyabrın 25-də kompleks əməliyyat tədbirləri keçirilib.
Əməliyyat zamanı cinayətkar dəstənin üzvləri - Azərbaycan vətəndaşları Bəxtiyar Məmmədsadıq oğlu Ələkbərov, "Əbu-Yunis” ləqəbli Anar Mehman oğlu Məsimli və "Əbu-Vakkaz” ləqəbli Cavid Hüseyn oğlu Hüseynli odlu silahlardan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən xüsusi əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla məhv ediliblər. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Ehtiyatda olan təhlükəsizlik polkovniki İlham İsmayıl məsələni “Reytinq”ə şərh edərkən deyib ki, baş verənləri analiz edib hər hansı nəticəyə gəlmək çətindir. Onun sözlərinə görə, DTX-nın ictimaiyyətə təqdim elədiyi məlumat detallı olmadığına görə, konkret fikir yürütmək mümkün deyil. Amma görünən odur ki, yenə də radikal dindarların məsələsidir:
“Xatırladım ki, bir neçə il öncə müxalifətin mitinqlərinin birində İŞİD-in bayrağını qaldırmışdılar. Təbii ki, bu, bir təxribat idi. Sonradan öyrənilmədi ki, İŞİD-in bayrağını kim qaldırıb.
Bilirsiniz, İŞİD heç vaxt hansısa demokratik qüvvələrin tədbirində bayraq qaldırmır. Onlar ya terror törədir, ya da hansısa terror aktını boynuna götürür ki, mən etmişəm. Çox təəssüf ki, bu proses davam edir”.
İlham İsmayıl nəzərə çatdırıb ki, DTX-nın məlumatı sona qədər verilməyib:
“Açılmır ki, nədən müxalifətin mitinqi hədəfə alınıb? Əgər müxalifətin mitinqi hədəfə alınırsa, kameralar var, hamının gözü qabağında terror törətməkdə məqsəd nədir? Nəyə görə ajiotaj yaratmaq istəyirlər? Mitinqin olmasını istəmirlər, yoxsa cəmiyyəti qorxudurlar? Müxalifətin mitinqindənsə başqa kütləvi tədbirdə terror törətsələr, dövlətə daha çox təzyiq etmiş olarlar. Yəni, bu məsələdə xeyli suallar yaranır. Hesab edirəm ki, bu məsələdə əsas sual odur ki, niyə məhz müxalifətin mitinqi hədəf seçilib? Aidiyyatı qurumlar bu suallara cavab tapıb ictimaiyyətə məlumat verməlidir”.
Onu da nəzərə çatdıraq ki, bu, Azərbaycanda ilk terror planı deyil. Bu il ərzində bir neçə dəfə DTX ölkəmizdə terror törətmək istəyənlərin zərərsizləşdirilməsi ilə bağlı rəsmi məlumat yayıb. Hətta bunlardan birinin Milli Məclisin binasında planlaşdırıldığı bildirilirdi.
Məsələ ilə bağlı Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc da bir neşə gün əvvəlki müsahibəsində maraqlı məqamlara toxunub. O, bildirib ki, ələ keçirilən adamlar inanclı kəsimdən olsalar da, onların dini ekstremist qruplaşmalarla nə dərəcədə əlaqəli olduğunu demək çətindir:
"İŞİD yarandıqdan sonra ekspertlər, siyasətçilər həyəcan təbili çalırdı. Hər kəs bir sualı verirdi: İŞİD dayaqlarına zərbə vurulandan, yuvaları dağıdılandan sonra sağ qalan birləşmələr hara üz tutacaq? İŞİD çıxarıldığı ərazilərdə bayrağını endirib, harada qaldıracaq? Elə bilin ki, həmin o dövr gəlib çatıb. İŞİD-ə ciddi zərbə vurulur, məskunlaşdığı yerlərdən çıxarılır.
DTX-nın zərərsizləşdirdiyi həmin adamların ləqəblərindən görünür ki, bu sahədə "əməkləri” olmuş şəxslərdir. Hətta onların arasında “Əmir” rütbəsinə qədər yüksələnlər də var. Bu o anlama gəlir ki, casus kimi ələ keçirilən, terror şəbəkəsinin yeminə çevrilmiş adamlar, təəssüf ki, inanclı kəsimdən olanlardır. Bu adamların etiqadından istifadə edən konkret mərkəzlər mövcuddur. zərərsizləşdirilən adamların həmin dini ekstremist qruplaşmalarla əlaqəsi varmı, bu suala cavab vermək çətindir”.
Millət vəkili düşünür ki, o adamların planları baş tutsaydı, bu, Azərbaycanda qarışıqlıq salmaq istəyən qüvvələrin mənafeyinə işləyərdi:
"Azərbaycanın ən böyük sərvəti sabitliyidir. Lakin düşünün ki, hansısa qüvvələr hər hansı bir kütləvi aksiyanı hədəf götürərək, ora zərbə vururlar. Burada həyatını itirən insanlar hansı cinahdan, hansı siyasi mənsubiyyətdən getmələrindən asılı olmayaraq, birinci növbədə terrorçu qüvvələrin niyyəti baş tutmuş olardı.
İkincisi, onların niyyəti odur ki, camaata "dövlət sizi qorumur, bizimlə hesablaşın”,- mesajını verə bilsinlər.
Üçüncüsü, şübhəsiz ki, Avropada ixtisaslaşmış tənqidçi siyasi mərkəzlər bununla Azərbaycan hakimiyyətini daha çox tənqid etmək imkanı qazanmış olurlar. Ona görə də təhlükəsizlik məsələsində müxaliflik etmək olmaz. Hər kəs bu məsələdə dövlətin müvafiq qurumlarının yanında olmalıdır”.(BakuPost.az)
İ.İsmayıl isə deyir ki, İŞİD-in Azərbaycanı hədəfə alması ilə bağlı iddiaların ciddi əsası yoxdur:
“İŞİD böyük təşkilatdır. Onlar Amerikadan tutmuş Avropaya qədər hər hansı akt həyata keçirə bilirlər. Düzdür, məsələnin başqa tərəfləri də var ki, böyük dövlətlər İŞİD-dən başqa məqsədlər üçün istifadə edirdilər. Amma Azərbaycan İŞİD-in hədəfində deyil. Sadəcə olaraq, İŞİD sıralarında azərbaycanlılar da var. Onlar da müxtəlif vaxtlarda bu istiqamətdə müəyyən mesajlar verirlər. Guya hər kəs öz yerində İŞİD-in təmsilçisi sayılır, sabah hər hansı bir hakimiyyət məsələsində söz sahibi olacaqlar və s. Odur ki, bu təhlükə istisna olunmur. Ona görə də DTX bu məsələni daim diqqətdə saxlayır”.
Son dövrlər iki dəfə əməliyyat keçirildiyinə, 4 nəfərin öldürüldüyünə, bəzilərinin isə məhkəməsinin davam etdiyinə diqqət çəkən İ.İsmayıl bir daha təkrar edib ki, böyük mənada Azərbaycan İŞİD-in hədəfində deyil:
“Milli Məclisdə hər hansı terror aktı törətməyi sadə məsələ saymıram. Çünki parlamentin təhlükəsizliyi olduqca diqqtəli təşkil olunur. İŞİD-in Milli Məclisi hədəfə götürməsi və orada hər hansı akt törətməsi üçün gərək burda yüksək səviyyədə hazırlıq işləri görə. Məsələ ondadır ki, İŞİD-in hazırlığı o səviyyədə deyil. Yadınızdadırsa, İranda məhz parlament hədəf götürülmüşdü. Həmin dəsti-xətti nəzərə alaraq fikirləşirlər ki, İrandakı şeyi Azərbaycanda da edə bilərlər. Nəzərə alsaq ki, İranda kifayət qədər ciddi qruplar var və hazırlıq yüksək səviyyədədir, Azərbaycanda isə elə bir vəziyyət yoxdur.
Amma açığını deyim ki, DTX-nın ayıq-sayıqlığı, əməliyyat şəraitinə nəzarəti olmasa, çox şey baş verə bilər. Deməli, nəzarət var. Son əməliyyat tədbirləri də göstərir ki, ədəbiyyatdan tutmuş digər addımlar nəzarətdədir. Təbii ki, bu da müsbət haldır”.
Digər diqqətçəkən məqam odur ki, son dövrlər ölkədə kriminogen durum da kritikləşir. Artıq iş o yerə çatıb ki, təhlükəsizlik orqanlarına qarşı silahlı müqavimət də göstərilir. Belə ki, 25 oktyabr 2017-ci il tarixdə DTX əməkdaşları tərəfindən müxtəlif dini etiqadlara mənsub üç silahlı şəxsin zərərsizləşdirilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirilmiş ünvanda (Abşeron rayonu, Xırdalan şəhərində) yerləşən mənzilə Abşeron Rayon Prokurorluğunun və Baş Prokurorluğun Kriminalistika şöbəsinin prokuror-kriminalistlərinin iştirakı ilə baxış keçirilib. Prokurorluqdan verilən məlumata görə, baxış zamanı mənzildən 5 ədəd patronla birlikdə 1 ədəd "Makarov” markalı tapança, 2 ədəd partlayışa hazır vəziyyətdə olan əl qumbarası, 7 ədəd hazır vəziyyətdə şüşə butulkalarda kustar üsulla hazırlanmış "Molotov kokteyli”, həmin partlayıcı-yandırıcı predmetlərin alışması üçün nəzərdə tutulmuş xeyli sayda alışdırıcılar, "Molotov kokteyli”nin hazırlanması üçün nəzərdə tutulmuş 4 ədəd alışdırıcı maye ilə dolu 5 litrlik plastik qablar aşkar edilələrək müvafiq qaydada qablaşdırılaraq maddi sübut kimi götürülüb. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Keçmiş MTN polkovniki isə, son dövrlər kriminogen durumun gərginləşdiyini və oyanmanın baş veridyini vurğulayıb. Onun sözlərinə görə, ölkədə sosial-iqtisadi böhran dərinləşdikcə, insanların dolanışığı çətinləşdikcə kriminal hadisələr artır: “Bu, bütün dövrlərdə belə olub. Kriminal iki formada olur. Biri cibgirlər, oğrulardır, digəri silahlı banda formasında fəaliyyət göstərənlərdir. Hesab edirəm ki, artıq bu proses başlayıb. Cəmiyyətdə iqtisadi durum ağırlaşdıqca oğurluğun, quldurluğun səviyyəsi artacaq. Bu quldurluğun silahlı formaya keçməsi daha təhlükəlidir. Mənə elə gəlir ki, sosial vəziyyətin ağırlığından kriminal hadisələrin artması başlanğıcdır. Vəziyyət belə davam eləsə, qeyd olunan kriminallar xeyli arta, hətta bir qədər də inkişaf etməklə silahlı quldur dəstələri yarana bilər. SSRİ-də müharibədən sonra bu cür quldur dəstələri geniş yayılmışdı. İndi də Azərbaycanda vəziyyət getdikcə pisləşir. Bu da quldurğuluğa, kriminal hadisələrin artmasına rəvac verir. Hər halda, aidiyyatı qurumlar bunu nəzərə almalıdır. Proseslər təhlil olunmalı, profilaktik tədbilərlə yanaşı, əməliyyat tədbirləri artmalıdır. Bu məsələlər təhlükəsizliyə cavabdeh olan yüksək çinli məmurların gündəmində olmalıdır”.
Son olaraq qeyd edək ki, istər İŞİD təhlükəsinə, istərsə də müxtəlif cinayətkar şəxs və ya şəxslərə qarşı mübarizə təkcə hüquq-mühafizə orqanlarının işi sayılmamalıdır. Azərbaycanı sevən, onun inkişafını istəyən hər bir vətəndaş cəmiyyət və dövlətimiz üçün təhlükəli olan bu məsələdə hüquq-mühafizə orqanlarına imkanı daxilində köməklik göstərməlidir.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 16:52
Qarabağ Universitetinə rektor təyin edilib
Bu gün, 11:21
İranın “sərt enişi”: helikopter qəzası təsadüfidirmi?
Bu gün, 08:47
COVID-19-un yeni ştammı yayılır - Xəbərdarlıq
Bu gün, 01:55
Azərbaycan İrana xilasedici qrup göndərmək istəyir
Dünən, 12:48
İlham Əliyev və İbrahim Rəisi açılış mərasimində iştirak ediblər - (Yenilənib) - Fotolar
18-05-2024, 18:05
Prezident və birinci xanım Zəngilanda: hotelin açılışı olub, qəsəbənin təməli qoyulub - (Yenilənir) - Fotolar
18-05-2024, 16:54
26 ildir itkin düşən şəxs qonşu evin zirzəmisindən tapılıb
18-05-2024, 16:44
Prezident dörd kəndin təməlini qoyub - (Yenilənir)
18-05-2024, 16:41
Müsavat Məclisinə sədr seçilib, başqana müavinlər təyin olunub
18-05-2024, 15:45
Zelenski: “Qərb Rusiyanın müharibəni uduzacağından qorxur”
18-05-2024, 12:35
Çin kosmosa turist daşıyacaq - Foto
18-05-2024, 12:06
General-mayor yeni vəzifəyə təyin olunub - Foto
17-05-2024, 11:25
Lukaşenko Əliyevi “Qafqazın lideri” adlandırıb
17-05-2024, 10:43
ABŞ ermənilərə sanksiya tətbiq edib
16-05-2024, 17:27
Putinin varisi... - Ekspertlər əsasən bir şəxsə işarə edir - Foto
16-05-2024, 16:59
Rusiya Ukraynaya qarşı yeni cəbhə açıb
16-05-2024, 15:45
Rusiyada elitaların rəqabəti: Şoyqunu kürsüsündən kimi aşırdı?
16-05-2024, 12:29
Ruben Vardanyanın həbs müddəti uzadılıb - Yenilənib
16-05-2024, 10:40
İcra Hakimiyyətinin vəzifəli şəxsi rüşvət alarkən tutulub
15-05-2024, 23:46
Ermənistanla sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb
15-05-2024, 12:41
Ermənistandakı missiya qonşu dövlətlərə qarşı təxribatla məşğuldur
15-05-2024, 11:16
Fransa Cənubi Qafqazla bağlı beynəlxalq ictimaiyyəti çaşdırır
15-05-2024, 10:28
Türkiyədə çevriliş təhlükəsi - Ərdoğan təcili iclas çağırıb - (Yenilənib) - Fotolar
15-05-2024, 08:47
Rusiyanın Xarkova hücumu... - Döyüşlər səngiyib, digər taktika işə düşüb
15-05-2024, 07:20
Putin: “Ukrayna ilə danışıqlara hazırıq”
14-05-2024, 16:14
Paşinyan: “Azərbaycanla sülh müqaviləsi imzalamağın vaxtı çatıb”
14-05-2024, 11:56
Şoyqunun gedişi... - Qərb yeni təyinatda xüsusi alt mətn axtarır
14-05-2024, 10:07
İrəvanda gərginlik: etirazçılar mərkəzi küçələri bağlamaq istəyir
14-05-2024, 09:56
Kiyevə yenidən hücum təhlükəsi artır
13-05-2024, 16:33
Keşiş Baqrat İrəvanda qiyamət qopara bilmir - Etirazçılar məyus olur
13-05-2024, 16:07
Müəlimlərin işə qəbulu qaydası dəyişib - İxtisasların siyahısı müəyyənləşib - Fotolar
13-05-2024, 15:45
Rusiya üç gün ərzində Ukraynanın ən azı 10 kəndini ələ keçirib - Fotolar
13-05-2024, 15:30
Lavrov: “Qərb bizi aldatdı və yenidən döyüşməyə məcbur etdi”
13-05-2024, 13:18
Prezident bir sıra məhkəmələrə hakimlər təyin edib - Siyahı
13-05-2024, 13:05
Baş Prokurorluq Əhməd Əhmədovla bağlı ekspertiza rəyini açıqlayıb
13-05-2024, 12:40
9 klinikanın rəhbərliyi məsuliyyətə cəlb olunub
13-05-2024, 11:34
Müdafiə nazirinə müavin təyin olunub