Prezident iki rayona icra başçısı təyin edib
Tarix: 14-09-2021 13:58 | Bölmə: Gündəm
Prezident iki rayona icra başçısı təyin edib

Rəşad Ənvər oğlu Tağıyev Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Reyting.az
xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Rafiq Əsgər oğlu Cəlilov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, bu təyinata qədər R. Tağıyev Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri, R. Cəlilov isə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}