Deputat: “İranın hərəkətlərinə göz yummaq olmaz”
Tarix: 20-10-2021 12:59 | Bölmə: Slayd
Deputat: “İranın hərəkətlərinə göz yummaq olmaz”

“Azərbaycan İranla münasibətlərin gərginləşməsində maraqlı deyil. Amma nə vaxta kimi İran bizim süverenliyimizin onlar üçün heç bir əhəmiyyət daşımadığı formasında davranacaqsa, qarşısı alınacaq. Ümumiyyətlə, xain məqsədlərlə Azərbaycana uzadılan əllər kəsilməlidir. Fərq etməz Şimaldan, Cənubdan, Şərqdən və ya Qərbdən olsun”.

Bu sözləri Reyting.az-a Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

Politoloq R. Musabəyov bildirib ki, indiyə qədər yaranmış problem İranın Azərbaycandan icazəsiz Qarabağa daxil olması ilə bağlıdır: “Biz dostcasına onlara xəbər verdik ki, buna yol vermək olmaz. Amma sonradan bəlli oldu ki, yenə ərazilərimizə qanunsuz daxilolmalar var. Bu halda dedik ki, sən benzin aparmaq istəyisənsə, buyur, Azərbaycan gömrük xidmətinə vergini, üstəlik, torpaqbasdını ödə. Yəni rəsmi sənədlərlə sizi buraxaq. Bunlara sərf etmədi. Onlar Ermənistandan Qarabağa girib-çıxmaq istəyirlər. Aydındır ki, buna heç kəs icazə verməyəcək”.

R. Musabəyov əlavə edib ki, İran Azərbaycanın süverenliyi ilə hesablaşmaq istəmir: “Üstəlik, hay-küy qaldırırdılar ki, gərək ermənilərə açıq dəstək verərdik. Bu dost münasibətdirmi? Əlbəttə, belə hallara göz yummaq olmaz. Orada elə ifadələr işlədilir, yanaşmalar ortaya qoyulur ki, onların cavabı verilməlidir”.

Deputat xatırladıb ki, İran Azərbaycandan Naxçıvana hərbi məqsədli daşımaları qadağan edib: “Nə oldu, müharibə dövrü rusun ermənilərə silah daşımasına icazə verirdin, indi bizə qadağalar qoyursan? Onlar bizim Naxçıvandan, Bəndərabbas limanından gələn daşımaları əngəlləyəcəklərsə, bizim ərazimizdən istifadə etməklə Rusiya və Gürcüstana mal daşımaqda problemlə üzləşə bilərlər. Çünki məntiqlə belə addımlar birtərəfli olmur”.

R. Musabəyov əlavə edib ki, əgər Azərbaycanın Xəzərdə davranışı İranın xoşuna gəlmirsə, zəhmət çəkib Xəzərin konvensiyasını imzalasın: “Bunu Lavrov da İran xarici işlər nazirinə dedi. İran Azərbaycanın süverenliyinə, dövlət qanunlarına hörmətlə yanaşdığı, beynəlxalq hüquqa əsasən mehriban qonşuluq münasibətlərinə hazır olduğu halda adekvat cavab alacaq. Yox, bu çərçivədən kənara çıxacaqlarsa, Azərbaycandan fərqli münasibət gözləmək lazım deyil”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}