13:06 / 16-06-2025
Sabah yağış yağacaq
Elman Rüstəmov: "Manatın məzənnəsinə heç bir təhdid və təzyiq yoxdur"
Tarix: 29-10-2021 11:32 | Bölmə: Slayd
Elman Rüstəmov: "Manatın məzənnəsinə heç bir təhdid və təzyiq yoxdur"

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın məzənnəsi, ölkədə yenidən devalvasiya olacağı barədə fikirlərə münasibət bildirib.

Bu barədə qurumun sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında danışıb.

"Biz medianı izləyirik. Mənə də maraqlıdır ki, belə başlıqlarla yazılan xəbərlər haradan yaranır. Bu iddiaların heç biri peşəkar şəxslərin deyil. Mövcud makroiqtisadi şərait iqtisadi inkişafı dəstəkləyir. Biz tədiyyə balansında əhəmiyyətli profisit gözləyirik. Bildiyiniz kimi beynəlxalq təşkilatlar neft qiymətləri proqnozunu əhəmiyyətli dərəcədə qaldırıb. Biz isə dövlət büdcəmizdə neftin qiymətini 50 dollar civarında götürmüşük. Bu gün Milli Məclisdəki sənədlər İqtisadi Şurada müzakirə olunub. Manatın məzənnəsinə heç bir təhdid və təzyiq yoxdur. Əksinə manatın məzənnəsinin möhkəmlənməsinin əhəmiyyətli təzyiqi var. Bu, bizim iqtisadi strategiyamıza uyğun deyil. Ona görə də ilin sonuna qədər bu təzyiqin azalması gözlənilir. Əhalini belə qeyri-professional yazılarla həyəcanlandırmaq lazım deyil. Mən hamını ciddi sosial məsuliyyətə dəvət edirəm", - deyə o, qeyd edib/Report.

Elman Rüstəmov deyib ki, Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsinə müdaxilə etmir.

Onun sözlərinə görə, milli valyutanın məzənnəsinin süni olması barədə deyilənlər həqiqətə uyğun deyi: "Bu, açıq bazardır. Mən bilmirəm onu necə tutub saxlamaq olar. O ki, qaldı Dövlət Neft Fondundan (ARDNF) transfertlərə, bu prosesdə AMB yalnız agent rolunu oynayır. Bəzi dövlət xərcləri ödənilməlidir. Bu, daha çox fiskal prosesdir. Belə köçürmələr daha çox dövlət büdcəsi üçün həyata keçirilir. Biz çox az hallarda banklardan valyuta alırıq. Çünki onlarda likvidlik problemi olur. Bir də ki, beynəlxalq təşkilatların AMB-də hesabları var. Əgər biz valyutanı alırıqsa, bu məqsədlə alırıq. Biz həm də valyutanı manatın məzənnəsinin möhkəmlənmək təzyiqindən azad etmək üçün alırıq. Bəzi ekspertlər bu fikirdən istifadə edir. Bu gün ekspert bazası da çox irəli gedib. Amma belə fikri səsləndirən bir neçə ekspert qalıb”.

Reyting.az




Bölməyə aid digər xəbərlər