13:06 / 16-06-2025
Sabah yağış yağacaq
Tofiq Zülfüqarov: “Zəngəzur dəhlizi məsələsi həll edilməkdədir”
Tarix: 04-11-2021 10:54 | Bölmə: Slayd
Tofiq Zülfüqarov: “Zəngəzur dəhlizi məsələsi həll edilməkdədir”

“Ermənistanda normal situasiya mövcuddur, ermənilər reallığı tədricən hiss etməli və başa düşməlidirlər”.

Bunu Reyting.az-a Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistandakı siyasi vəziyyəti şərh edərkən deyib.

Sabiq nazir qeyd edib ki, reallığı dərk etmək üçün ermənilərə müəyyən qədər vaxt lazımdır: “Bilirsinizmi, cəmiyyət innersiya şəklində bəzi reallıqları qəbul edir. Ermənilərə zaman lazımdır. Ermənistan hökuməti reallıqları erməni cəmiyyətinə ötürmək üçün zamana ehtiyac duyur. Bu proses gedir. Bu mənada hesab edirəm ki, Ermənistanda müşahidə edilənlər qanunauyğun proseslərdir”.

Ermənistanda revanşist qüvvələrin yenidən fəallaşması, noyabrın 8-də İrəvanda mitinq təşkil etmək niyyəti, erməni hökumətini Azərbaycana münasibətdə tutduğu mövqeyinə görə xain elan etməsinə gəldikdə, T. Zülfüqarov bildirib ki, buna idarəetmə sistemi kimi baxmaq lazımdır: “Nəzərə almaq lazımdır ki, xaricdə olan qüvvələr - Rusiyadan tutmuş Amerikaya qədər olan mərkəzlər - Ermənistanı bu formada idarə edirlər. Burada yeni bir şey yoxdur. İndi aktual ən məsələ Zəngəzur dəhlizidir. Mən hesab edirəm ki, bu məsələ həll edilməkdədir”.

Sabiq nazir sonda diqqətə çatdırıb ki, Ermənistanın müxalif qüvvələri əsasən revanşist meyllərin tərəfdarı kimi çıxış edirlər: “Mən onların bu dönəmdə uğur qazanacaqlarını ehtimal etmirəm. Seçkilər bir neçə ay əvvəl keçirilib və ermənilər Paşinyana səs veriblər. Deməli, poblemi Paşinyanın həll etməsini istəyirlər. Bu mənada İrəvanda işlər tədricən gedir”.




Bölməyə aid digər xəbərlər