12:35 / 16-06-2025
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
12:20 / 16-06-2025
İran hipersəs raketlərindən istifadə edir
11:37 / 16-06-2025
55 yaşlı məktəb yarıməsrlik məzunlarına qucaq açıb - Video
11:14 / 16-06-2025
Xəzər dənizində zəlzələ olub
11:06 / 16-06-2025
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
10:48 / 16-06-2025
Zelenski-Tramp görüşü Kanadada olacaq
10:38 / 16-06-2025
İran İsrailə məxsus təyyarəni vurub
10:34 / 16-06-2025
Pənah Hüseyn sədr səlahiyyətini müavininə həvalə edib - Foto
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
10:01 / 16-06-2025
İran prezidenti: "Biz nüvə silahına can atmırıq"
09:58 / 16-06-2025
İranda “Mossad”ın PUA və bombalar hazırlayan emalatxanası aşkar edilib
08:47 / 16-06-2025
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
08:23 / 16-06-2025
İran İsraili zülmətə qərq edib
00:13 / 16-06-2025
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
19:08 / 15-06-2025
İranda indiyədək 128 nəfər həlak olub
16:47 / 15-06-2025
Hidayət Heydərov ilk görüşdə məğlub olub
13:19 / 15-06-2025
Sabah leysan yağacaq, güclü külək əsəcək
13:10 / 15-06-2025
Şıx çimərliyində iki nəfər boğulub - Video
12:59 / 15-06-2025
Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - Fotolar
10:00 / 15-06-2025
Mehriban Əliyeva Mlli Qurtuluş Günü ilə bağlı fotolar paylaşıb
09:14 / 15-06-2025
Vəhdət Partiyasının sədri dəyişib - Fotolar
08:50 / 15-06-2025
İranın zərbəsindən sonra İsraildə tədqiqat mərkəzi yanıb
00:49 / 15-06-2025
İlham Əliyev Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - Foto
00:16 / 15-06-2025
İranda daha bir general həlak olub
00:07 / 15-06-2025
Bu gün Milli Qurtuluş Günüdür
20:24 / 14-06-2025
Ərdoğan İlham Əliyevə zəng edib
19:00 / 14-06-2025
AZAL uçuşların sayını artırır
18:57 / 14-06-2025
İlham Əliyev krala məktub göndərib
18:19 / 14-06-2025
İranın 20-dən çox komandanı zərərsizləşdririlib
13:40 / 11-06-2025

08:07 / 14-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

07:17 / 12-06-2025

07:23 / 13-06-2025

21:06 / 11-06-2025

17:06 / 13-06-2025

22:53 / 11-06-2025

21:38 / 12-06-2025

18:49 / 13-06-2025

15:00 / 11-06-2025

Qazaxıstanın sabiq baş naziri: “Tokayevin KTMT-ni ölkəyə dəvət etməsi səhv addımdır” - Müsahibə
Tarix: 07-01-2022 18:59 | Bölmə: Slayd

Qazaxıstanda baş verən etiraz aksiyaları nəticəsində gərginlik artır. Bu ölkənin sabiq baş naziri, hazırda mühacirətdə olan və ölkə müxalifətinin liderlərindən biri kimi qəbul edilən Akejan Kazheqeldin mediazona.ca saytına müsahibə verib.
Reyting.az həmin müsahibəni təqdim edir:
- Qazaxıstanda nə baş verir və bunda iştirak edənləri necə adlandırmaq olar? İnqilabçılar, üsyançılar yoxsa qiyamçılar?
- Bu, vətəndaş cəmiyyətinin mövcud hakimiyyətə qarşı çıxışıdır. Bu gün meydanlarda dayanan insanlar QHT-lərin, həmkarlar ittifaqlarının, yaxud başqa birliklərin nümayəndələridir. Bir dənə də olsun siyasi partiya yoxdur, çünki müxalif siyasi partiyalar qeydiyyatdan keçmir və təbii ki, hakim partiya da orada ola bilməz.
- Hansı insanlar hakimiyyətə qarşı çıxıb və hansı məqsədlə etiraz aksiyası kortəbii xarakter daşıyır, hakimiyyətin əleyhdarlarının öz proqramı, təşkilatı, liderləri varmı?
- Hər bir şəhərdə, hər bir rayon mərkəzində həm həmkarlar ittifaqı, həm də digər kiçik qrupların yerli real liderlər var. Uzun müddət bu liderləri qeyri-rəsmi adlandırırdılar. Bunlar hakimiyyətin görmək, tanımaq istəmədiyi şəxslərdir.
Proqrama gəlincə, hər şey sadədir. Prinsipcə, insanlar bu hökuməti dəyişmək istəyirlər və artıq hökumətin istefasına nail olublar, geriyə addım atılıb, qazın qiymətinə yenidən baxılıb.
Amma bu, sadəcə bəhanə idi, əsas səbəblər daha dərindədir. Fakt budur ki, insanlar getdikcə yoxsullaşır. Çox əlamətdar haldır ki, ilk olaraq küçələrə mütəşəkkil insanlar - neft şirkətlərinin işçiləri çıxdı. Təsəvvür edin, belə maaşlı insanlar meydanlara çıxırsa, demək, onların da dolanışığı yoxdur. Qalanlarının necə yaşadığını təsəvvür edə bilərsiniz.
Eyni zamanda cəmi bir gündə, yanvarın 5-də paytaxtdan 27 çarter reysi olan təyyarə uçub. Hakimiyyət o qədər təkəbbürlü idi ki, bu gün hesabı ödəyir.
Bu, yavaş-yavaş və proqnozlaşdırılan şəkildə inqilaba çevrilən bir etirazdır. Bu insanlar quldur deyil. Onlar nə NATO, nə Avropa Birliyi, nə də Vaşinqton deyil. Bunlar öz iqtidarlarına qarşı olan insanlardır.
- Belə bir etiraz yalnız Qazaxıstanın qərbində yarana bilərmi? Doğrudanmı etirazçılar arasında kənd əhalisi üstünlük təşkil edir və hakimiyyət ölkənin qərbinə necə nəzarət edib və ölkənin ən böyük şəhərini etirazçılara necə təslim edib?
- Elə bir il keçməyib ki, qərbdə nəsə baş verməsin. Adətən hakimiyyət bunu susdurmağa, gizlətməyə, hansısa güzəştə getməklə ortaya çıxarmayıb.
Amma burada nə baş verir? Bu gün ailəsini dolandırmaq üçün özünə layiqli maaş tələb edən insanlar ağır şəraitdə yaşayırlar.
Qazaxıstanın qərbində iqlim çətin, qışı rütubətli və soyuq, yayı isti və quraq keçir. Keçən yay quraqlıq ilə fərqləndi, yerli sakinlər məhsullarını itirdilər. Eyni zamanda ora tərəvəz-meyvə gətirilir, lakin onların qiyməti çox yüksəkdir. İnsanlar hər vasitə ilə bu problemləri qaldırsalar da, hakimiyyət başqa işlərlə məşğul olurdu. İndi xalqın qəzəbi bu şəkildə üzə çıxıb.
Əhəmiyyətli bir məqam - üç milyondan çox vətəndaşımız Qazaxıstan Respublikasının bütün banklarının borclularıdır, çünki bir müddət əvvəl vətəndaşlar bir bankdan kredit götürdükdə, sonradan yenidən maliyyələşdiriləndə hökumət real iqtisadiyyatı kreditləşmə ilə əvəz etmək qərarına gəldi. İndi isə məlum olur ki, onların dolanmağa heç nələri yoxdur, iş yoxdur, ipotekaya da heç nə yoxdur və hər şey çoxdan girovdadır. Və bu banklar, ümumilikdə, hakim ailəyə - Nazarbayev klanına aiddir. Bu hadisələrdən ən çox kənd əhalisi zərər çəkib. Onlar şəhərlərdə iş axtarmağa məcbur olublar.
- Əgər Tokayevin yerində Nazarbayev tam sağlam olsaydı, hakimiyyət etirazı əvvəldən dayandıra bilərdimi? İki prezident arasında əsas fərq nədir və Tokayev sərt davranmağa qadirdirmi?
- İnsan davranışını proqnozlaşdırmaq çətindir. İnanıram ki, Tokayev də artıq bu cür hərəkət etməyin mümkün olmadığını, dünyanın dəyişdiyini başa düşür. Bu, Haaqa tribunalına birbaşa yoldur. Onlar Janaozen hadisələrindən uğurla çıxdıqlarına inanırlar.
Görün, bu necə olur, Nazarbayev hakimiyyəti təhvil verdi və şəhərlər onun şərəfinə adlandırıldı, bu gün isə onun abidəsi sökülür.
İronik odur ki, uzun illər əvvəl 1993 və ya 1994-cü ildə Nazarbayev böyük bir jurnalist qrupu ilə Türkmənistana səfər etmişdi. Bu, Türkmənbaşının çiçəklənmə vaxtı idi. O, (Türkmənbaşını nəzərdə tutur-red.) özünə qızıl abidələr ucaltmağa başlamışdı. Qayıdandan sonra böyük mətbuat konfransı keçirildi. Nazarbayev o vaxtlar insanların yanına gedə, açıq ünsiyyətdən və ümumi suallardan qorxmayan adam idi. Üstəlik, maliyyə baxımından təmiz idi. Beləliklə, o, dedi ki, heç vaxt türkmənbaşı kimi olmayacaq. Bəs indi nə görürük?
- Qazaxıstan və Belarusdakı etiraz aksiyalarının fərqi nədir? İndi Qazaxıstanda baş verənləri 2005-ci ildə Əndican hadisələri və ya Qırğızıstandakı inqilablarla müqayisə edə bilərsinizmi?
- Belarusdakı dinc etirazlar heyrətamizdir, mən belarus xalqına heyran oldum, onlar buna necə səbirlə dözdülər. Amma bu etiraz dərs oldu. Küçəyə çoxlu sayda insan çıxırsa, bəlkə də bir az daha sərt davranmaq lazımdır. Və eyni barmaqlıqlı eyni avtomobillər indi Almatı küçələrindədir və yanır.
Etirazın sadə riyaziyyatı var. Bir polisə beş etirazçı düşür və məsələ hakimiyyətin xeyrinə həll olunmur. Buna görə də Qərbi Qazaxıstanın bir çox şəhərlərində yerli polis etirazçıların tərəfinə keçib. Təsəvvür edin ki, bu insanlar səhər uşaqlarını eyni məktəbə, eyni bağçaya aparırlar. Qazaxıstanda şəhərlər arasında yüzlərlə kilometr məsafə var və şəhərlər elədir ki, hamı bir-birini adı ilə olmasa da, görkəmindən tanıyır. “Rosqvardiyaçıları” başqa şəhərdən bir şəhərə gətirmək mümkün olduqda belə deyil və onlar yerliləri amansızcasına döyəcəklər. Qazaxıstanda bu işləmir.
Mənim proqnozlaşdırmayacağam - hər şey mümkündür. Amma düşünürəm ki, işlər vətəndaş müharibəsinə getməyəcək. Sanksiyalar var, rıçaqlar var, dünya dəyişib. İnsanlar təslim olmamalı, meydanları tərk etməyə ehtiyac duymamalı, Tokayevdən dialoq və siyasi islahatlar axtarmalıdırlar. Tokayev ölkə tarixinə 30 ildən sonra siyasi islahatlara başlayan şəxs kimi düşə bilər.
- Kim etirazın lideri ola və sistemə meydan oxuya bilər? Məsələn, siz ona rəhbərlik etməyə hazırsınızmı?
- Mən qayıdıb xalqla hakimiyyət arasında dialoqa başlamağa hazıram. Hökumətin necə işlədiyini bilə-bilə, hakimiyyətin qaytarılması lazım olan xalqın aldadılmasının qarşısını ala bilərəm. Xalq özü liderlərini seçməli, hakimiyyəti müxtəlif qollara bölməli və hər 4-5 ildən bir, əgər bu hakimiyyətdən narazıdırsa, onu dəyişmək şansı olmalıdır. Bu baş verməsə, hakimiyyət qəsb edilir, hakimiyyətdə olanlar oğurluğa başlayır.
- Etirazda dini, yoxsa milli motivlər var?
- Xeyr, əlbəttə yox. Qazaxıstan yüksək dərəcədə avropalaşmış respublikadır. Bəli, insanlar qazax dilində danışırlar, amma axtardıqları düsturlar tamamilə qərbdir. Onlar övladlarına yaxşı sosial təminat, layiqli həyat, təhsil tələb edirlər. Onlar inkişaf etmiş cəmiyyət, hökumətə nəzarət etmək, ən əsası isə oğurluğa son qoyulmasını istəyirlər.
- Nazarbayevin süqutu Kremlə faydalı ola bilərmi?
- Fikir vermisiniz ki, MDB ölkələrinin müxalifəti Moskvada yox, hər yerdə yaşayır? Rusiya üçün Qazaxıstan liderləri deyil, ilk növbədə ölkə və xalqı əsasdır. Nazarbayev uzun müddət orada idi. Yaxşı, indi Nazarbayev yoxdur, nə etməli? Düşünürəm, Kremlin kifayət ağlı var ki, bunun Qazaxıstanın daxili işi olduğunu anlasın və istənilən Qazaxıstan hökuməti ilə işləsin. İndiki vəziyyətdə Rusiyanın qazaxıstanlılar timsalında daha bir dostunu itirməyə əsası yoxdur. Şəxsi dostluq gəldi-gedərdi, dostluq dostluqdur, siyasətdə isə ancaq maraq var.
- Tokayevin etirazlara qarşı mübarizəyə KTMT qüvvələrini cəlb etmək qərarı məcburi olubmu?
- Bu, onun öz təhlükəsizlik işçilərinə inamsızlığı ilə bağlı məcburi tədbirdir. Və həm də səhv qərardır, səhv edib. Buna görə də o, KTMT-dəki həmkarlarına təşəkkürünü bildirməli və sülhməramlılarını vətənə qaytarmalarını xahiş etməlidir.
Amma əsas odur ki, o, Almatı hadisələri ilə bağlı araşdırma aparmalı və baş verənlərin obyektiv mənzərəsinə nail olmalıdır. Əgər vətəndaşlar hakimiyyətə etimad göstərsəydilər, parlament araşdırması aparıla bilərdi. Amma belə bir etimad yoxdur. Ona görə də prezident araşdırmanı mümkün qədər ictimailəşdirməlidir. Əgər yaxın gələcəkdə Almatı şəhərinin və güc strukturlarının keçmiş rəhbərlərinin real prosedurlarını, dindirmələrini və ya müsahibələrini görsək, bu o deməkdir ki, Tokayev vəziyyətə ciddi yanaşır və oyunun tərkib hissəsi deyil.
Bölməyə aid digər xəbərlər

Bu gün, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
Bu gün, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
Bu gün, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
Dünən, 13:19
Sabah leysan yağacaq, güclü külək əsəcək
14-06-2025, 20:24
Ərdoğan İlham Əliyevə zəng edib
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb