11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
ABŞ-Rusiya danışıqları: diplomatları generallar müşayiət edib
Tarix: 10-01-2022 09:48 | Bölmə: Slayd
ABŞ-Rusiya danışıqları: diplomatları generallar müşayiət edib

ABŞ dövlət katibinin müavini Vendy Şerman və Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Cenevrədə bir araya gəliblər.

Reyting.az
xəbər verir ki, bu barədə Dövlət Departamentinin açıqlamasında bildirilir.

Açıqlamada qeyd olunur ki, Şerman və Ryabkov bu gün Strateji Sabitlik Dialoqu çərçivəsində ikili mövzulara diqqətə ayırıblar.

Bildirilir ki, görüş zamanı dövlət katibinin müavini Birləşmiş Ştatların beynəlxalq suverenlik, ərazi bütövlüyü və suveren xalqların öz müttəfiqlərini seçmək azadlığı prinsiplərinə sadiqliyini vurğulayıb.

Şerman rusiyalı həmkarına deyib ki, ABŞ diplomatiya yolu ilə real irəliləyiş əldə etməkdən məmnun olacaq.

Dövlət Departamentinin açıqlamasına görə, ABŞ görüşdə Rusiya ilə bəzi ikitərəfli məsələləri müzakirə edib, lakin avropalı müttəfiqləri və tərəfdaşları olmadan Avropa təhlükəsizliyini müzakirə etməyəcək.

Bildirilir ki, bəlli məsələlər yanvarın 12-də Brüsseldə keçiriləcək NATO-Rusiya Şurasının və yanvarın 13-də Vyanada baş tutacaq ATƏT-in Daimi Şurasının iclaslarında müzakirə ediləcək.

Görüş zamanı Şermanı ABŞ-ın Əməliyyatlar üzrə Baş Qərargah rəisi general-leytenant Ceyms Minqus, Rusiya xarici işlər nazirinin müavinini isə müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin müşayiət edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}