16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
“Türk Dövlətləri Təşkilatı Qazaxıstanla bağlı düzgün mövqe seçib” - Professor
Tarix: 12-01-2022 20:26 | Bölmə: Slayd
“Türk Dövlətləri Təşkilatı Qazaxıstanla bağlı düzgün mövqe seçib”

“Qazaxıstanda çox gərgin vəziyyət yaranıb. Türk dövlətlərinin rəhbərləri bu məsələdə düzgün mövqe tutdular. Çünki hadisələrin nə ilə nətiələnəcəyi hələlik bəlli deyil”.

Bunu Reyting.az-a türkoloq alim Firudin Cəlilov deyib.

F. Cəlilov iddia edir ki, Qazaxıstanla bağlı baş verənlər Rusiyanın planıdır: “1990-cı ildə qanlı yanvarı necə hazırlayaraq gəlib Bakıya daxil olmuşdularsa, eyni ssenari Qazaxıstanda təkrarlandı. İndi rusların Qazaxıstandan nə vaxt gecədəyi, ordusunu tam, yoxsa bir hissəsini aparacağı hələlik tam bəlli deyil. Tokayevin vəzifəsində nə qədər qalacağı, dünya dövlətlərinin onunla işləyib-işləməyəcəyi də suallar doğurur. Odur ki, türk dövlətlərinin rəhbərləri ehtiyatlı hərəkət etdi və bu məsələdə yanılmadılar”.

Sabiq təhsil naziri xatırladıb ki, Türk Dövlətləri Təşkilatı bəyanat verərək Qazaxıstan xalqını dəstəkləyib, oradakı proseslərin sakit formada getməsinin tərəfdarı olduqlarını bildirib, xüsusilə, Qazaxıstanın yanında yer aldıqlarını və köməyə hazır olduqlarını bəyan ediblər.

F. Cəlilov əlavə edib ki, əslində Qazaxıstanda belə olaylar gözlənilirdi: “Həm türk dövlətləri, həm də Qazaxıstan buna hazır olmalı idi. Çünki Nazarbayevin son illər apardığı siyasət Moskvanın xoşuna gəlmirdi. Hətta son dövrlər Rusiya ilə söz güləşməsinə çıxımışdılar. Putin deyirdi ki, Qazax adlı dövlət olmayıb, Nazarbayev də filmlər çəkdirir, muzeylər qurur və mesaj verirdi ki, ruslardan əvvəl qazax dövləti olub. Belə qarşıdurma illərlə davam edirdi. Adicə latın əlifbasına keçməyi on illərlə uzada-uzada gəlib bu yaxınlarda gerçəkləşdirmək istədilər, rus dilinin funksiyasını azaltdılar. Sözsüz ki, bütün bunlar həm Rusiyanı qıcıqlandırır, həm də narahat edirdi”.

F. Cəlilovun fikrincə, Rusiya qorxurdu ki, bu gedişlə Qazaxıstanda “məxməri inqilab” olacaq və ölkədə Rusiyanın təsiri tam azala bilər: “Odur ki, Rusiya hazırki planı hazırladı, Qazaxıstana daxil oldu və məqsədinə də çatdı. Amma bunun nə ilə nəticlənəcəyi hələlik bəlli deyil. Bu baxımdan türk dövlətlərinin ehtiyatlı mövqeyi doğrudur”.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}