Ali Məhkəmə Baydenin fərmanını bloklayıb
Tarix: 14-01-2022 10:37 | Bölmə: Siyasət
Ali Məhkəmə Baydenin fərmanını bloklayıb

Amerika Birləşmiş Ştatların Ali Məhkəməsi prezident Co Baydenin böyük şirkətlərdə məcburi peyvəndlənmə barədə fərmanının qüvvəyə minməsini dayandırıb.

Reyting.az
“İnterfaks”a istinadla xəbər verir ki, Ali Məhkəmə, o cümlədən, Ağ Ev administrasiyasının 100 və daha çox əməkdaşı olan müəssisələrdə işçilərin məcburi peyvənd olunması, yaxud, hər həftə COVİD-testini vermək zərurəti ilə bağlı tələbəni qeyri-qanuni hesab edib. Hakimlər belə qərar gəlib ki, Əməyin Mühafizəsi İdarəsi 80 milyondan çox işçini əhatə edən qayda və normaları tətbiq etmək səlahiyyətinə malik deyil.

Prezident Co Bayden belə bir qərardan sadəcə məyyus olduğunu bildirib. О, peyvənd və testlə bağlı özlərinin daxili tələblərini yaratmaları üçün şirkətlərə təzyiq göstərəcəyini deyib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}