18:55 / 19-05-2022
Xalq artisti vəfat edib - Foto
Qazaxıstan: Son statistika - iğtişaşlarda 225 nəfər həlak olub
Tarix: 16-01-2022 09:47 | Bölmə: Siyasət
Qazaxıstan: Son statistika - iğtişaşlarda 225 nəfər həlak olub

Qazaxıstanın Baş prokurorluğu ölkədə baş vermiş qiyam, iğtişaş və silahlı qarşıdurmada ölənlərin və yaralananları son statistikasını açıqlayıb.

Reyting.az
TASS-a istinadla məlumat verir ki, Qazaxıstanda kütləvi iğtişaşların gedişində 225 nəfər həlak olub, 4,5 mindən çox insan isə xəsarət alıb. Silahlı qarşıdurmanın qurbanları arasında 19 polis və hərbçi də var. Bu barədə respublikanın Baş prokurorluğunun cinayət axtarışı xidmətinin rəisi Serik Şalabayev açıqlama ilə çıxış edib.

Onun sözlərinə görə, hadisələr zamanı zərər çəkmiş, yaralanmış 4.578 nəfərdən 4.353-ü hərbçi, o cümlədən, 3.393-ü güc strukturlarının əməkdaşlarıdır.

Bir qədər əvvəl məlum olmuşdu ki, həyatını itirmiş dinc sakinlərin arasında Rusiya vətəndaşı Mariya Kim də var.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}