10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Türkiyə-Ermənistan danışıqları: Rusiya Cənubi Qafqazla bağlı yeni layihələr təklif edə bilər
Tarix: 17-01-2022 12:18 | Bölmə: Slayd
Türkiyə-Ermənistan danışıqları: Rusiya Cənubi Qafqazla bağlı yeni layihələr təklif edə bilər

“Cümə günü Moskvada Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələrin görüşü Rusiya Federasiyasının regionda alternativsiz vasitəçi olduğunu nümayiş etdirir”.

Reyting.az
xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının baş direktoru Andrey Kortunov deyib.

A. Kortunov əlavə edib ki, Rusiya bu danışıqları asanlaşdıran vasitəçi kimi çıxış edib: “Bu, Moskva üçün həm də mühüm dəyişiklikdir, çünki Rusiya Federasiyasının Ankara və İrəvanın münasibətlərini balanslaşdırmaq kifayət qədər çətindir. Rusiya üçün Türkiyə və Ermənistan arasında seçim etmək həmişə çətin olub və belə bir dialoqun bərpası, görünür, rus diplomatları və siyasətçiləri üçün bir növ başağrısını yüngülləşdirir”.

Ekspertin fikrincə, Türkiyə və Ermənistan arasında yaranan əməkdaşlığı praktik müstəviyə çevirmək üçün Rusiya tərəflərə Cənubi Qafqazda logistika şəbəkəsinin inkişafı layihələrini təklif edə bilər: “Bu, təkcə Ermənistan və Türkiyəyə deyil, həm də Ankara ilə aktiv ticarət aparan Rusiyanın cənub bölgələrinə sərf edəcək. Eyni zamanda, hər iki tərəf yolun yalnız başlanğıcındadır. Bu iki ölkənin cəmiyyətlərində köhnə incikliklər, bir-birlərinə mənfi münasibət var. Ona görə də münasibətlərin tam normallaşmasına aparan yol, üstəlik, Ankara ilə İrəvan arasında hansısa qarşılıqlı əlaqə uzun və çətin olacaq. Yeni görüşlər və danışıqlar olacaq, bu gərginliyi birtəhər aradan qaldırmaq lazım gələcək. Yaxşı ki, ilk addım Moskvada atılıb”.


A. Kortunov və S. Pritçin

Politoloq Stanislav Pritçin isə qeyd edib ki, ilk müsbət siqnallara baxmayaraq, Türkiyə-Ermənistan münasibətlərinin tezliklə həllini gözləmək lazım deyil: “Burada qarşılıqlı fəaliyyətin tezliklə bərpa olunacağını düşünmürəm, Ankara ilə İrəvan arasında münasibətlərdə çoxlu çətinliklər var idi. Hər iki tərəfdə danışıqlar üçün çoxlu ilkin şərtlər irəli sürür. Münasibətlər mərhələ-mərhələ inkişaf edəcək”.

S. Pritçin diqqətə çatdırıb ki, indiyə qədər hətta ilk görüşün nəticələrinə dair bəyanatlar da kifayət qədər ehtiyatlıdır: “Ona görə də münasibətlərin tez bir zamanda normallaşacağına dair şişirdilmiş gözləntilər yaratmamalıdır. Türkiyədə və xüsusilə Ermənistanda danışıqlar ciddi ictimai nəzarət altında gedir. İrəvanda Baş nazir Nikol Paşinyanın siyasətindən, xüsusən də Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar hamını qane etmir. Bu, danışıqlar prosesində əlavə çətinliklər yarada bilər”.

Reyting.az




Bölməyə aid digər xəbərlər