“Omikron”u nişan verən əlamətlər kompleksi açıqlanıb
Tarix: 22-01-2022 10:22 | Bölmə: Slayd
“Omikron”u nişan verən əlamətlər kompleksi açıqlanıb

Koronavirusun “omikron” ştammına yoluxma zamanı infeksiya özünü həm tək bir əlamətlə, həm də bütöv kompleksi ilə burizə verə bilər.

Reyting.az
-ın məlumatına görə, bu barədə TASS-a müsahibəsində tanınmış virusoloq, pediatr Yevgeni Timakov deyib. Onun sözlərinə görə, əgər insanda eyni vaxtda zökəm, başın və boğazın ağrısı, səsdə xırıltı, qarının işləməsi müşahidə olunursa, bunlar həmin xəstədə ştammın aşkar ediləcəyinin yüz faizlik sübutlarıdır.


Yevgeni Timakov

“Bircə zökəm, yaxud əlamətlərin bütöv kompleksi sizdə “omikron”a yoluxmanın göstəricisi ola bilər. Yəni, yuxarıda sadaladığımız əlamətlərin hamısı varsa, deməli, ştamm özünün inkişaf mərhələsinə qədəm qoyub”, - deyən mütəxəssis qeyd edib ki, həqiqətən yeni ştammın əlamətləri onun müalicə prosesi kimi, tamamilə müxtəlif cür və fərdi xarakterli ola bilər.

“Mədə-bağırsaq traktının pozulması, mədədə ağrılar zamanı kliniki mənzərə və hərarətin reaksiyası daha aydın şəkildə özünü göstərir. Bəli, biz hazırda koronavirusun çoxçeşidli, qeyri-səciyyəvi kliniki təzahürləri ilə rastlaşırıq”,- həkim Timakov açıqlamasını yekunlaşdırıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}