07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
ABŞ ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib
Tarix: 25-01-2022 08:44 | Bölmə: Slayd
ABŞ ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib

ABŞ-ın 8500 nəfərlik hərbi kontingenti Avropaya göndərilmək üçün yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Pentaqonun belə bir addım atmasına səbəb Ukrayna ətrafındakı vəziyyətlə bağlıdır. Lakin kontingentin Avropaya göndərilməsi barədə qərar hələ verilməyib.

Reyting.az
xəbər verir ki, “RİA Novosti” bu məlumatı ABŞ-ın Müdafiə Nazirliyinin rəsmisi Con Kirbiyə istinadla yayıb.

Krbi jurnalistlərə deyib ki, müdafiə naziri Lloyd Ostin ABŞ ərazisindəki bəzi hərbi hissələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsinə əmr edib. Bu hərbçilərin sayı 8500 nəfərə çatır. Lakin onların harasa göndərilməsi barədə qərar yoxdur.

Müdafiə Nazirliyinin rəsmisi əlavə edib ki, ölkə xaricindəki qoşunlar da yüksək döyüş hazırlığı səviyyəsindədir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}