Professor: “Üçüncü tərəfə ehtiyac yoxdur, danışıqlar Ankara və İrəvanda aparılmalıdır”
Tarix: 26-01-2022 12:43 | Bölmə: Slayd
Professor: “Üçüncü tərəfə ehtiyac yoxdur, danışıqlar Ankara və İrəvanda aparılmalıdır”

“Artıq Türkiyə tərəfi elan edib ki, Ermənistan-Türkiyə danışıqlarını Ankara və İrəvanda davam etdirməyə hazırdır. Xatırladım ki, iki ölkə arasında danışıqlar ilk dəfə Moskvada keçirilib. Əgər danışıqlar İrəvan və Ankarada aparılsa və prosesdə üçüncü tərəf olmasa, müsət nəticələr daha tez əldə olunar”.

Bunu Reyting.az-a Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üzrə danışıqları şərh edərkən AMEA-nın əməkdaşı, professor Əli Abbasov deyib.

Professor diqqəti Ermənistanın Baş naziri Nikol Paşinyanın Antalyada keçirilən diplomatiya forumuna qatılmaq istəyinə çəkərək bildirib ki, bu, müsbət mövqedir.

Ə. Abbasovun sözlərinə görə, N. Paşinyan Türkiyə ilə danışıqlarda maraqlı olduğunu nümayiş etdirir: “Paşinyan hər dəfə mesaj göndərir ki, bu il ola bilsin, Türkiyə ilə hansısa razılığa gələ bilərlər. Eləcədə Azərbaycanla delimitasiya və demarkasiya prosesini aparmaq üçün tezliklə komissiyanın yaradılmasını deyir. Həmçinin bildirir ki, sərhəd zonasında hər iki tərəfin ordusu simmetrik geri çəkilməli, Zəngəzur dəhlizi işə düşməlidir və s. Əlbəttə, bunlar müsbət mesajlardır”.

Ə. Abbasov qeyd edib ki, Azərbaycan və Ermənistan rəhbərliyi bir dəfə Brüsseldə görüşüb və nəticə ortadadır: “Bir çox məsələlər orada müzakirə edilib. Türkiyə ilə bağlı məsələ də eyni cürdür. Aydındır ki, danışıqlara qoşulan üçüncü tərəf daima öz maraqlarını güdür. Daha nə Türkiyənin, nə də Ermənistanın maraqları onun üçün prioritet olmur”.

Professor sonda bir daha xatırladıb ki, Türkiyə və Ermənistanın xüsusi nümayəndələri bir dəfə Moskvada görüşüblər: “Lap yaxşı, proses başlandı. Bundan sonra prosesi tərəflər öz ölkəsində aparmalıdır. Nə Rusiyanın, nə də ABŞ-ın bu prosesdə iştirakına ehtiyac yoxdur. Belə olarsa, Türkiyə və Ermənistan diplomatları birbaşa təmasları daha tez inkişaf etdirə bilərlər”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}