16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Məşhur iş adamı Hafiz Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib
Tarix: 27-01-2022 13:46 | Bölmə: Slayd
Məşhur iş adamı Hafiz Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib

Azərbaycanın məşhur iş adamı "Hafka" ləqəbli Hafiz Məmmədov həbs edilib.

Reyting.az
xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində iş adamı Məmmədov Hafiz Məcid oğlunun bilavasitə faktiki rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış külli miqdarda vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə cinayət işi başlanıb: "Başlanmış cinayət işi çərçivəsində Hafiz Məmmədov istintaqa gəlməkdən boyun qaçırdığından, onun barəsində ittiham elan edilməsi üçün şəxsin tutulması ilə bağlı axtarış haqqında qərar qəbul edilib.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə Hafiz Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}