12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Yer planetinə təhlükə yaranıb - Alimlər naməlum radiosiqnalları araşdırır
Tarix: 27-01-2022 15:21 | Bölmə: Slayd
Yer planetinə təhlükə yaranıb - Alimlər naməlum radiosiqnalları araşdırır

Alimlər hər 18 dəqiqədən bir radiosiqnallar yayan naməlum kosmik obyekt aşkarlayıb. Sözügedən obyektə dair arqumentli əsaslandırma hələlik mövcud deyil. Amma buna baxmayaraq, naməlum obyektin aşkarlanması bir sıra iddia və nəzəriyyələrin irəli sürülməsinə səbəb olub.

Reyting.az
-ın məlumatına görə, dünyanın elmi ictimaiyyəti Avstraliya astronomlarının kəşfini müzakirə edir.

Qeyd edək ki, astronomlar kainatdakı radio dalğalarının xəritəsini çəkərkən böyük enerji partlayışları yayan fırlanan göy cisminə rast gəlinib. İlk dəfə bir universitet tələbəsi tərəfindən kəşf edilən obyektdə hər 18 dəqiqədən bir - tam dəqiqə ərzində böyük bir radio enerjisi partlaması müşahidə edilir. Obyekt ilk dəfə Curtin Universitetinin tələbəsi Tyrone Doherty tərəfindən Qərbi Avstraliyanın Murkison Widefield Array kimi tanınan bölgəsində teleskop və inkişaf etdirdiyi yeni texnikadan istifadə olunaraq aşkarlanıb.

Bu işin araşdırılmasında Doherty Curtin Universitetinin Beynəlxalq Radio Astronomiya Tədqiqat Mərkəzindən (ICRAR) astrofizik Dr Natasha Hurley-Walkerin rəhbərlik etdiyi komanda da təmsil olunur.

“O, müşahidələrimiz zamanı bir neçə saat ərzində peyda olub və yoxa çıxıb. Bu, tamamilə gözlənilməz oldu. Bir astronom üçün bu, bir az qorxulu idi, çünki səmada bunu edən heç nə məlum deyil”,- açıqlamada deyilir.

Cismin Yerdən təxminən 4000 işıq ili uzaqda yerləşdiyi, inanılmaz dərəcədə parlaq olduğu və son dərəcə güclü maqnit sahəsi ilə əhatə edildiyi bildirilir.

Astronomlar bunun sıx bir neytron ulduzu və ya güclü maqnit sahəsinə malik ölü ağ ulduz kimi çökmüş ulduzun qalığı ola biləcəyini də düşünürlər.

Bununla belə, sözügedən obyekt haqqında hələ də qənaətbəxş bir nəzəriyyə hazırlanmayıb.

Əslində isə çoxlarını “siqnalların yerüstü sivilizasiyadan gəlib-gəlmədiyi” maraqlandırır. Mütəxəssislər vurğulayırlar ki, mövcud məlumatlar bu siqnalların yerdənkənar sivilizasiyadan olduğu anlamına gəlmir. Bunun Uçan Naməlum Obyekt (UNO) olub-olmadığı da xüsusi maraq kəsb edir.

Xatırladaq ki, 2018-ci ildə dünyasını dəyişən məşhur britaniyalı fizik Stiven Hokinq bildirib ki, yadplanetlilərin riyazi olaraq mövcudluğunu qəbul etmək tamamilə mümkündür. Bu canlıların müxtəlif platformalarda dəfələrlə köçəri mədəniyyətə sahib olma ehtimalını vurğulayan Hokinq iddia edib ki, bunların öz planetlərindəki resursları tükənəcək və həyat üçün uyğun olan başqa planet axtaracaqlar. Yerdənkənar sivilizasiyanın tapılması üçün sınaq göndərilməsinin son dərəcə təhlükəli nəticələr verə biləcəyini deyən ingilis fizik, sözügedən axtarışın planetimizə hücumla nəticələnə bilmə ehtimalını da irəli sürüb.

Reyting.az




Bölməyə aid digər xəbərlər