12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Zərdüşt Əlizadə: “Putinin Ankaraya getmək qərarını alqışlamaq lazımdır”
Tarix: 27-01-2022 17:09 | Bölmə: Slayd
Zərdüşt Əlizadə: “Putinin Ankaraya getmək qərarını alqışlamaq lazımdır”

“Rusiyanın dövlət başçısı Vladimir Putinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifini qəbul edərək Ankaraya getmək qərarı verməsi çox müsbət hadisədir. Bunu ancaq alqışlamaq lazımdır”.

Bu sözləri Reyting.az-a tanınmış politoloq Zərdüşt Əlizadə Rusiya rəhbəri Putinin Türkiyə lideri Ərdoğanın səfər təklifini qəbul etməsindən danışarkən deyib.

Z. Əlizadə xatırladıb ki, bir müddət əvvəl “Cəngəllik yırtıcıları” adlı məqaləsində bu məsələlərdən bəhs edib.

Politoloqun sözlərinə görə, Ərdoğanın təklifinin Putin tərəfindən qəbul edilməsi müsbət proses sayılmalıdır.

Qeyd edək ki, bu gün Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Türkiyə lideri Ərdoğanın irəli sürdüyü təklifi qəbul etdiyini bildirib və Putinin Türkiyəyə səfər edəcəyini deyib.

Xatırladaq ki, bir neçə gün əvvəl prezident Ərdoğan Ukraynada gərginliyi azaltmaq üçün Rusiya və Ukrayna prezidentlərinə Türkiyədə danışıqlar aparmağı təklif etmişdi. Dünən Ərdoğan bir daha bu mövzuya toxunaraq bildirmişdi ki, Putini ölkəsinə dəvət edib və onunla bəzi məsələləri müzakirə etməyi düşünür.

Z. Əlizadə isə qeyd edir ki, yaranmış gərginlik zamanı Qərb, Ukrayna, Rusiya və digər oyunçular qeyri-adekvat olduqlarını nümayiş etdiriblər. Yəni təhlükənin miqyasını nəzərə almayıblar: “Yalnız cənab Ərdoğan məsələnin mahiyyətini, təhlükənin miqyasını nəzərə aldı və təklif verdi ki, bu prosesdə vasitəçi olmağa hazırdır”.

Politoloq əlavə edib ki, prezident Ərdoğan bu məsələdə özünü yüngül etməmək üçün əvvəldən bunu açıqlamayb: “Öncə özü Putinlə danışıqlar apardı. Daha sonra prezident İlham Əliyev Ukraynaya səfər edərək Zelenski ilə danışdı. Əliyev Bakıya qayıtdıqdan sonra Putinlə təmas oldu. Bütün bunlardan sonra Ərdoğan tərəflərə təklif etdi ki, gəlin Türkiyəyə, danışaq. Təki ölüm-itim, qan olmasın. Bu təşəbbüsü də yüksək qiymətləndirmək lazımdır. Nəzərə almalıyıq ki, indi Ukraynada vəziyyət olduqca gərgindir. Belə təşəbbüslər üçün əsaslar var”.

Reyting.az




Bölməyə aid digər xəbərlər