12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Hafiz Məmmədov ev dustaqlığına buraxılıb: borcun 600 min manatını ödəyib - Yenilənib
Tarix: 31-01-2022 19:09 | Bölmə: Slayd
Hafiz Məmmədov ev dustaqlığına buraxılıb: borcun 600 min manatını ödəyib

Məşhur iş adamı Hafiz Məmmədov dövlətə borcundan 600 min manatını ödəyib, qalan hissəsinin bir həftə ərzində ödəniləcəyinə dair öhdəlik götürüb.

Reyting.az
 xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, iş adamı Məmmədov Hafiz Məcid oğlu barəsində bilavasitə faktiki rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış 1 465 200 manat məbləğində vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə başlanmış cinayət işi üzrə Yasamal rayon məhkəməsinin 25 yanvar 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib:

"Hafiz Məmmədov istintaq prosesində ona qarşı irəli sürülmüş ittihamı qəbul edib, 600 min manat məbləğində vergi və məcburi dövlət sosial sığorta haqlarını ödəyib, qalan borcun 1 həftə ərzində ödəniləcəyinə dair öhdəlik götürülməsi barədə iltizam verib.

Göstərilənləri nəzərə alaraq, Yasamal rayon məhkəməsi 31 yanvar tarixində Hafiz Məmmədovun vəkilinin həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatətini təmin edib.

Xatırladaq ki, ev dustaqlığı və girov həbsə alternativ qətimkan tədbirləridir".

***

Məşhur iş adamı Hafiz Məmmədovun ev dustaqlığına buraxılıb.

Bu barədə onun vəkili İsmayıl Kəngərli deyib.

O bildirib ki, Yasamal Rayon Məhkəməsinin hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə H.Məmmədovun ev dustaqlığına buraxılması ilə bağlı qaldırdığı vəsatət təmin olunub.

Qeyd edək ki, H.Məmmədov böyük məbləğdə vergi və məcburi dövlət sosial sığorta haqqını ödəməkdən yayınmaqda ittiham olunur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində sahibkarın barəsində cinayət işi başlanıb.

Başlanan cinayət işi çərçivəsində H.Məmmədov istintaqa gəlməkdən boyun qaçırdığından, onun barəsində ittiham elan edilməsi üçün şəxsin tutulması ilə bağlı axtarış haqqında qərar qəbul edilib. Yasamal Rayon Məhkəməsinin qərarı ilə iş adamının barəsində həbs qətimkan tədbiri seçilib.




Bölməyə aid digər xəbərlər