12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ukrayna kəşfiyyatı məxfi sənədləri Kiyevdən çıxarır
Tarix: 31-01-2022 20:50 | Bölmə: Slayd
Ukrayna kəşfiyyatı məxfi sənədləri Kiyevdən çıxarır

Ukrayna kəşfiyyatı dövlətin məxfi sənədlərini Kiyev şəhərindən ölkənin qərbindəki təhlükəsiz zonaya daşıyır.

Reyting.az
xəbər verir ki, belə iddia ilə “Vasinqton Post” qəzeti çıxış edib.

Qəzet adı açıqlanmayan mənbəyə istinadla yazır ki, Ukrayna kəşfiyyatı dövlətin məxfi sənədləri ilə yanaşı bəzi avadanlıqları da ölkənin qərb hissəsindəki “təhlükəsiz yerlərə” daşıyıb.

Kiyevin gərginliyi artırmağa hazırlaşdığını iddia edən qəzet, digər tərəfdən, Qərb rəsmilərinin Ukrayna prezidenti Volodimir Zelenskinin son zamanlar sakit davranışı və onun Ukrayna-Rusiya sərhədində vəziyyətin daha gərgin olmadığına dair bəyanatlarından narahat olmağa başladığını qeyd edib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında artan gərginlik, mümkün münaqişə və müharibə ehtimalı dünyanın qorxulu günlər yaşamasına səbəb olmaqda davam edir. Müharibə təhlükəsini neytrallaşdırmaq üçün intensiv diplomatik səylərə baxmayaraq, yüz mindən çox rus əsgəri Ukrayna sərhəddində qalır.

Qərb mediasının bu xəbərləri ilə paralel olaraq Ukrayna-Rusiya böhranını yoluna qoymaq üçün Türkiyə prezidenti Ərdoğan real diplomatik təmaslara başlayıb. Ərdoğan Rusiya ilə Ukrayna arasında artan gərginliyi aradan qaldırmaq üçün fevralın 3-də Kiyevə səfər edəcək və Ukrayna prezidenti V. Zelenski ilə görüşəcək. Zelenski ilə görüşdən sonra Rusiya prezidenti Vladimir Putinin fevralın 20-də başa çatacaq Qış Olimpiya Oyunlarından sonra Türkiyəyə səfəri planlaşdırılır.

Türk rəsmisi “Röyter”ə deyb: “Görüşün əsas gündəliyi təbii ki, Rusiya ilə Ukrayna arasında gərginliyin artması olacaq. Ərdoğan Zelenskiyə bölgədə sülhü qorumaq, gərginliyi artırmamaq və qaynar münaqişələrdən qaçmaq üçün mesajlar verəcək. Axı Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə münasibətləri çox yaxşıdır”.




Bölməyə aid digər xəbərlər