12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Alimlər koronavirusa qarşı superimmunitet əldə etmək üzrədir
Tarix: 01-02-2022 09:47 | Bölmə: Slayd
Alimlər koronavirusa qarşı superimmunitet əldə etmək üzrədir

Oreqon Universitetinin elm və sağlamlıq mərkəzinin bir qrup alimi bəyan edib ki, onlar koronavirusa qarşı “superimmunitet”in əldə edilməsinə çox yaxındırlar.

Reyting.az
“Business Insider” portalına istinadla xəbər verir ki, alimlərlərin tədqiqatlarına görə, koronavirusun “Omikron” ştammına ikinci dəfə yoluxmuş xəstələr peyvəndlənmədən sonra virusun qarşıdakı müxtəlif növlərinə qarşı yüksək davamlılıq əldə edə biləcəklər.

Alimlərin qənaətinə görə, “Delta” ştammının yayıldığı dövrdə yoluxan və peyvənd vurulan xəstələr “Pfizer”in ikinci peyvədi ilə müqayisədə min faiz daha effektli immun müdafiəsini qazanıblar.

Aparılan tədqiqatların nəticələri onu da üzə çıxarıb ki, virusa yoluxanlarda orqanizmin təbii müdafiəsi “normal” immunitet əmələ gətirir, “superimmunitet” isə yalnız peyvəndlənmə sayəsində yaranacaq.




Bölməyə aid digər xəbərlər