12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiya və ABŞ-ın təhlükəli oyun ssenarisi dəyişir
Tarix: 01-02-2022 10:39 | Bölmə: Slayd
Rusiya və ABŞ-ın təhlükəli oyun ssenarisi dəyişir

“Rusiya neçə illərdir basqı və sanksiya altında olsa da, ölkə rəhbərliyi imperiya düşüncəsindən əl çəkmir. Amma indi sanki ABŞ və Rusiya arasında Çinə qarşı razılaşdırılan nələrsə var. Əvvəl təzyiqlər Rusiyaya ünvanlanırdısa, indi sanki ssenaridə dəyişiklik edilib. Çünki hər ikisinin Çinlə bağlı problemləri mövcuddur”.

Bu sözləri Reyting.az-a politoloq Cümşüd Nuriyev Ukrayna gərginliyindən danışarkən deyib.

Professor C. Nuriyevin sözlərinə görə, ABŞ və Rusiya indi görür ki, hazırda Afrikanın 69 faizinə Çin nəzarət edir: “Əlbəttə, söhbət iqtisadi münasibətlərdən gedir. Latın Amerikasını Pekin tədricən “işğal” edir. Hətta Rusiya və ABŞ-ın uzun müddət iqtisadi baxımdan nəzarət etdikləri ərazilər indi Çinin təsiri altına keçir. Çin həmin ölkələrin xarici borcunu bağlayır və onlara sahiblənir. Daha sonra oralarda fabrik və zavodlar qurur”.


C. Nuriyev

C. Nuriyev əlavə edib ki, zamanında İngiltərə Çinin indi tətbiq etdiyi iqtisadi siyasətdən yararlanaraq öz zavod və fabriklərini Hinditsan, Pakistan, Banqladeş və digər ölkələrə köçürüb: “İndi isə bu siyasəti Çin həyata keçirir. Bu da ABŞ və Rusiyanı narahat edir. Məncə, hazırda Moskva və Vaşinqton arasında razılaşdırılmış oyun var”.

Politoloqun qənaətincə, bu kontekstə diqqət edildikdə aydın olar ki, Rusiya Ukraynaya hücum etməyəcək: “Hazırda Rusiyanın buna ehtiyacı yoxdur”.

C. Nuriyev sonda öz ehtimallarına əsaslanaraq diqqətə çatdırıb ki, ruslar oyun qaydasını dəyişdiyinə görə, Ukraynaya rus hücum olmayacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər