12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Polşa bir milyon ukraynalı qaçqını qarşılamağa hazırlaşır
Tarix: 01-02-2022 18:14 | Bölmə: Slayd
Polşa bir milyon ukraynalı qaçqını qarşılamağa hazırlaşır

Rusiya ilə Qərbi Avropa arasındakı bufer zonada yerləşən Polşa bir milyon ukraynalı qaçqını qəbul etməyə hazırlaşır.

Reyting.az
xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti yazıb.

Məlumata görə, Rusiyanın mümkün işğalı səbəbindən Ukraynadan dinc əhalinin qaçacağı marşrutlardan biri də Polşadır.

Kiyev administrasiyası isə hesab edir ki, Ukraynanın işğalı baş verərsə, üç-beş milyon insan evini tərk etməli olacaq. Onların 1,5 milyonu artıq ölkənin şərqindəki başqa yerə miqrasiya edib.

Ukrayna ilə təxminən 530 kilometr sərhədi olan Polşa rəhbərliyi hesab edir ki, müharibə başlayacağı təqdirdə ölkəyə çoxsaylı qaçqın gələ bilər.

Polşanın Daxili işlər nazirinin müavini Makiej Vasik deyib ki, ən pis ssenariyə hazır olmalıyıq.

Bu arada “The Times” yazıb ki, Ukraynanın digər qonşuları - Slovakiya və Çexiyaya da on minlərlə qaçqının gəlməsi mümkündür.




Bölməyə aid digər xəbərlər