12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Putin Türkiyənin Ukrayna ilə bağlı mövqeyini qəbul edəcəkmi? - Professorun şərhi
Tarix: 02-02-2022 19:51 | Bölmə: Slayd
Putin Türkiyənin Ukrayna ilə bağlı mövqeyini qəbul edəcəkmi?

“Türkiyənin imkanları böyükdür, sözü eşidilir. Hazırda Türkiyə Ukrayna ətrafındakı gərginliklə bağlı təşəbbüslə çıxış edir, böhranın həlli üçün səylər göstərir. Aydındır ki, Türkiyənin də öz maraqları var. Bu addımlarla həm də xal yığır, Ukraynanı özünə daha yaxın dost halına gətirir. Amma Türkiyə Ukraynaya Azərbaycana etdiyi köməklik qədər dəstək verə bilməyəcək”.

Bunu Reyting.az-a professor Rüstəm Məmmədov deyib.

R. Məmmədov əlavə edib ki, indi hamı beynəlxalq səviyyədə maraq addımları atır:

“Bizimlə bağlı məsələdə Türkiyə Rusiyaya müəyyən mənada təsir göstərə bildi. Allah bizə şans yaratdı və biz də məsələni həll etdik. Türkiyənin vasitəçiliyinin Ukraynada alınıb-alınmayacağını isə zaman göstərəcək. Ehtimalım budur ki, Putin Türkiyənin mövqeyini qəbul etməyəcək. Halbuki Putinin özünün də mövqeyi və vəziyyəti çox ağırdır, çıxılmaz durumdadır. Bunun nə vaxta qədər davam edəcəyini bir Allah bilir”.

Professor bildirib ki, Ukrayna ətrafındakı vəziyyətin gərginliyi ilə Rusiya və Ukrayna rəhbərliyi ölkədaxili gərginliyi kənara istiqamətləndirir. Onun fikrincə, məqsəd əslində dünyanı qarışdırmaqdır: “Putinin imperiya ambissiyası var. Əslində Rusiya tarixin heç bir mərhələsində imperiya ambissiyası olmadan yaşamayıb. I Pyoturun dövründən indiyə qədər onlar imperiya ambissiyası ilə yaşayırlar”.

Rusların hansısa imperiya quracağına inanmayan R. Məmmədov deyib ki, hazırda rusların hansısa imperiya qurması üçün resursları yoxdur: “Amma ümid edirlər ki, ətrafında SSRİ-dən çıxmış dövlətlərdir və Rusiyaya qarşı çıxmayacaqlar.

Qazaxıstandan bir dostumla əlaqə yaratmışdım, deyir ki, rusiyayönlü şəxsləri vəzifələrə gətirirlər. Bu da bir göstəricidir. Fakt odur ki, Rusiyanı dəyişə bilmirlər. Napaleon buna cəhd etdi, alınmadı. Hitlerin də cəhdi uğursuz oldu”.




Bölməyə aid digər xəbərlər