12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ərdoğan-Putin münasibətləri: onlar təkcə əməkdaşlıq etmir, həm də qarşı-qarşıyadır
Tarix: 03-02-2022 14:11 | Bölmə: Slayd
Ərdoğan-Putin münasibətləri: onlar təkcə əməkdaşlıq etmir, həm də qarşı-qarşıyadır

Son vaxtlar artan Rusiya-Ukrayna gərginliyinin Türkiyəyə mümkün təsirləri və ssenariləri Britaniyanın diqqət mərkəzindədir.

Reyting.az
xəbər verir ki, bu mövzu populyar “Financial Times”in diqqətini cəlb edib.

“Prezident Ərdoğan Ukraynaya dəstək verməklə Putinlə incə bir xətdə irəliləyir. Ərdoğanın Kiyevi dəstəkləməsi və pilotsuz uçuş aparatlarının (PUA) tədarükü Moskvanı qəzəbləndirir”, - “Financial Times” yazır.

Ukraynanın ötən ilin oktyabrında Türkiyə istehsalı olan PUA-larla Rusiyanın dəstəklədiyi separatçıları vurduğunu açıqlamasından sonra Türkiyənin Ukrayna ilə Rusiya arasında ilişib qaldığını xatırladan qəzet, prezident Ərdoğanın bu gün Kiyevə getməsinin həssas tarazlıq yaratdığını qeyd edir.

Ərdoğanla Putin arasında tarazlığın incə olduğu, illərdir ki, NATO-dan ayrılaraq üzünü Qərbdən çevirən və Moskvaya yaxınlaşmaqda ittiham olunan Ərdoğanın Ukraynaya müdaxilənin təhlükəli olacağını dönə-dönə təkrarlaması bir yana, “Bayrakdar TB2” PUA-ların Ukrayna üçün tədarükü xüsusi vurğulanır. Prezident Ərdoğanın bu gedişlərinin NATO müttəfiqləri tərəfindən məmnuniyyətlə qarşılandığı bildirilir.

Ərdoğanın Rusiya və Ukrayna arasında vasitəçi olmaq istəyinə diqqət çəkən “Financial Times” Türkiyə prezidentinin bu gün Kiyevə səfərinin simvolik olduğunu və Ukraynanın Ankaradakı səfiri Vasili Bodnarın “Türkiyə Ukraynaya dəstək olaraq görüləcək. Bu səfəri etməyə qərar verdi. Biz bunu çox yüksək qiymətləndiririk”,- ifadəsinə də yer verib.

Ankaranın 2014-cü ildə Rusiyanın Krımı ilhaqına qarşı çıxdığına diqqət yönəldən ingilis analitiklər qeyd ediblər ki, Ərdoğanın Putinlə münasibəti Qərbin təcrid olunması ilə daha da yaxınlaşıb. Türkiyə Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemi alıb və bunun müqabilində ABŞ Türkiyəni “F-35” proqramından çıxarıb.

“Ərdoğan və Putin arasında isti şəxsi münasibətlərə baxmayaraq, iki lider xüsusilə xarici siyasət kontekstində əməkdaşlıq etməkdənsə, qarşıdurmadadır”, - yazılan məqalədə Türkiyə və Rusiyanın Suriya, Liviya və Qafqaz kimi regionlardakı gərginliyin əks tərəfində olduqları xatırladılır.

Qeyd olunur ki, bir müddətdir Türkiyə ilə Ukraynanın yaxınlaşması Moskvanı narahat edir. Ankaranın “qırmızı xəttin” keçdiyini hiss etsə, Putinin bu vəziyyətdən istifadə edəcəyini bildiyini vurğulayan məqalədə Rusiyanın təbii qaza güvəndiyi də diqqətə çatdırılır.

Türkiyənin Rusiya ilə dərin iqtisadi əlaqələrinin Qərb dövlətlərini narahat etdiyinin yazıldığı məqalədə qeyd olunur ki, Qərb ölkələri Türkiyənin Rusiyaya qarşı yeni sanksiyalara qoşulmayacağını düşündüklərini açıqlayıb: “Amma Ankara üçün əsas çətin vəziyyət 1936-cı ildə imzalanmış Montrö müqaviləsi olacaq. NATO Türkiyənin daha çox hərbi dəstək verməsini istəsə, necə davranacaq?”.

Qəzetə danışan başqa bir Qərb ölkəsinin müdafiə rəsmisi “NATO Türkiyənin hərbi obyektlərindən dəniz və ya hava əməliyyatlarını dəstəkləmək üçün istifadə etmək istəsə nə olacaq? Bax, bu onları həqiqətən də çətin vəziyyətdə qoyur”,- deyib.




Bölməyə aid digər xəbərlər